Ali-Muhəmmədin sirləri
247
HƏDİS 60
Quranda və Peyğəmbərin nəzərində İmam Əlinin (ə) ən
üstün fəzilətləri
Süleym ibn Qeys deyir ki, bir nəfər Əlinin (ə) yanına gəldi. Mən də orada
idim və söhbətlərini eşidirdim. Kişi dedi: Mənə ən üstün fəzilətindən xəbər
ver”. Əli (ə) dedi: “Bunlar Allahın mənim haqqımda kitabda endirdikləridir”.
Kişi dedi: “Allah sənin haqqında nə nazil edib?” İmam (ə) buyurdu: “Al-
lahın bu ayəsi:
“Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca
Allahdan bir şahid gələn”.
1
Mən peyğəmbərin ardınca gələn həmin şahidəm.
Həmçinin Allahın bu sözü
“Mənimlə sizin aranızda Allahın və yanında kita-
bın elmi olan şəxs şahid olaraq yetər!”
2
Yəni mən”.
Allahın onun haqqında (Quranda) nazil etdiyi heç bir şeyi nəzərdən qaçır-
madan hamısını bir-bir sadaladı.
Peyğəmbərin (s) dilindən onun ən üstün fəzilətləri
Kişi dedi: “Peyğəmbərin (s) sənin barəndə söylədiyi ən üstün fəzilətlərini
məni xəbər ver”.
Əli (ə) buyurdu: “Qədir Xumda məni yerinə xəlifəliyimi elan etdi və mənim
üçün Allahın əmrilə Allah tərəfi ndən təyin olunduğum vilayəti insanlara çatdır-
dı. Həmçinin haqqımda belə söylədi: “Sənin mənə olan
nisbətin Harunun Mu-
saya olan nisbətidir”.
Peyğəmbərlə (s) birgə səfər edirdik (bu, Peyğəmbərin (s) qadınlarına hicabı
əmr etməsindən əvvəl idi). Mən Peyğəmbərə (s) xidmət edirdim, onun məndən
başqa xidmətçisi yox idi. Həmçinin Peyğəmbərin (s) yalnız bir yorğanı vardı.
Aişə də onunla idi.
Peyğəmbər (s) mənimlə Aişənin arasında bir yorğanın altında yatırdı.
Peyğəmbər (s) gecə namazına qalxarkən əli ilə yorğanı ortadan döşəyə to xu na-
nadək
yerə birləşdirər, bundan sonra namaza başlardı.
Bir gün məni qızdırma tutdu, səhərədək yata bilmədim. Peyğəmbər də (s)
mənimlə birgə səhərədək oyaq qaldı. Gecəni mənə baş çəkməklə və mümkün
1
“Hud” surəsi, ayə 17.
2
“Rəd” surəsi, ayə 43.
248
Suleym ibn Qeys Hilali
olduğu qədər namaz qılmaqla keçirirdi. Sonra yenə mənə baş çəkir halımı so-
ruşurdu. Bu gediş-gəlişi səhərədək davam etdi. Səhər olduqda səhabələrlə sübh
namazını qıldı, sonra belə dua etdi: “İlahi, Əliyə şəfa və sağlamlıq ver, onun
ağrılarına görə mən də gecəni oyaq qalmışam”.
Bu duadan həmən sonra mən
sağaldım, sanki heç bir narahatlığım və xəstəliyim olmamışdı
1
.
Əli (ə) sözünə davam etdi: “Sonra Peyğəmbər (s) buyurdu: “Müjdələr,
ey qardaşım!” Bunu dedikdə səhabələri də yanında idi və ona qulaq asırdı-
lar. Mən dedim: “Allah sənin xeyirlərlə müjdələsin, məni sənə fəda etsin, Ya
Peyğəmbər!”
Buyurdu: “Allahdan
özüm üçün elə bir şey istəməmişəm ki,
sənin üçün də
eynisini istəməyim. Mən Rəbbimdən səninlə mənim aramda qardaşlıq yaratma-
sını istədim, bunu etdi, Ondan səni məndən sonra bütün möminlərə vəli qərar
verməsini istədim, bunu da etdi.
İki səhabədən biri yoldaşına dedi: “Bunları istəməkdə məqsədi nədir? Al-
laha
and olsun ki, bir sa` xurma istəsəydiniz, bu onun üçün daha yaxşı idi!
Allaha and olsun ki, əgər Rəbbindən ona düşmənlərinə qarşı yardım üçün bir
mələk göndərməsini, yaxud özünün və səhabələrinin faydalanacağı bir
xəzinə
göndərməsini diləsəydi (belə ki, ona ehtiyacı var) bunlardan daha xeyirli olar-
dı! Əlini haqq və ya batil
2
nəyə dəvət etsə, o da razı olur”.
Bu hədisi Muhəmməd ibn Müslim İmam Baqirdən (ə) də nəql edib.
3
1
Bu hadisə kitabın 36-cı hədisində də qeyd edilib.
2
Buradakı “batil” sözü o iki nəfərin sözüdür və onların zənnidir. Belə ki, Peyğəmbər (s) heç
vaxt batilə dəvət etməz və Əli (ə) batilə razı olmaz.
3
Bəlkə də bu, Aban ibn Əbu Əyyaşın sözüdür. O, İmam Baqirin (ə) əshabələrindən idi.