12 Suleym ibn Qeys Hilali Aban ilə tanışlığı və kitabı ona verməsi Süleym gəldiyi bu şəhərdə Aban adında on dörd yaşlı bir gənclə tanış oldu.
Əlbəttə Aban ilə aralarındakı bu tanışlığın səbəbi bizə məlum deyil. Qohumu,
dostu və ya təsadüfü tanışı olduğunu bilmirik. Amma hər halda, sahib olduğu-
muz məlumat Süleymin Aban ibn Əbu Əyyaşın atasının evində qalmasıdır.
Süleym böyük əmanətini və ömrünün meyvəsini yaxşı qoruyacaq və onu
sağlam şəkildə gələcək nəsillərə çatdıracaq etibarlı, qəlbi mətin və İmam Əlinin
(ə) vilayətinə bağlı bir şəxs axtarırdı. Bu səbəblə Abanın tərbiyəsilə şəxsən
məşğul olur və mövcud şərait haqqında onu məlumatlandırırdı. Aban Süleym
haqqında belə deyir: “O, ibadət əhli yaşlı bir adam idi, nurlu üzü vardı. Çox
çalışqan və böyük bir ruha sahib idi”.
Süleym isə Aban haqqında belə deyir: “Mənim səninlə dostluğum var və
mən səndə sevdiyim şeylərdən başqa bir şey görmədim”.
Nəticədə Süleym kitabını təhvil verəcəyi adamın Aban olduğuna qərar verir
və ölümündən əvvəl kitabı ona miras buraxır. Süleym kitabı verməzdən əvvəl
Abanı əqidə və əmanətdarlıq baxımından imtahan edir. Abana üç şərt qoyur
və bu şərtlər barədə ona Allahı şahid tutur: Süleym həyatda olduğu müddətdə
kitabdan və onda yazılan mövzulardan heç kimə söz açmayacaq; Süleymin
ölümündən sonra da kitabdan və onda yazılan mövzulardan Əhli-Beyt (ə)
şiələrindən etibarlı şəxslərdən başqa heç kimə söz deməyəcək; öz ölümündən
əvvəl kitabı Əhli-Beyt (ə) şiələrindən möhkəm əqidəyə və etibara sahib bir
nəfərə təhvil verəcək.
Sonra kitabı qaranlıq mövzu qalmaması üçün Abana oxudu və Aban da
diqqətlə dinlədi. Bu mərhələlərdən sonra Süleym kitabını Abana təslim etdi.
Süleym hicrətin 76-cı ilinin sonlarında 78 yaşında bir fars şəhəri olan
Novbəndəcanda həyata vida etdi. Böyük ehtimalla həmin şəhərdə torpağa tap-
şırıldı.
O, ömrünün altmış ildən çoxunu Əhli-Beytin (ə) vilayətini yaşatmaq yo-
lunda fəda etdiyi halda mövlalarına qovuşmaq üçün tələsirdi və bu kitabı böyük
bir xatirə olaraq özündən sonra bizə qoydu.