Ali-Muhammedin sirleri indd


Kölə və əcəmilərə qarşı Müaviyənin alçaldıcı münasibəti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə104/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   100   101   102   103   104   105   106   107   ...   227
AliMuhemmedin sirleri

Kölə və əcəmilərə qarşı Müaviyənin alçaldıcı münasibəti
Kölə və İslamı yeni qəbul edən əcəmilərə diqqət yetir, onlarla Səhhakın 
oğlu kimi rəftar elə. Çünki alçaldılmaları və zəlil olmaları bundadır. Ərəblər on-
ların qadınları ilə evlənsinlər, amma öz qadınlarını onlara verməsinlər. Ərəblər 
onlardan miras aparsınlar, amma onlara ərəblərdən miras verilməsin. Onların 
ərzaqlarını və bəxşişlərini azalt, döyüşdə ordunun ön cərgələrinə yerləşdir, yol 
açsınlar və ağacları kəssinlər. Heç bir əcəmi namazda ərəblərə pişnamazlıq 
etməsin. Namaz sıralarında ərəblər var ikən onlardan heç biri (cərgələri dol-
durmaq istisna olmaqla) ön cərgələrdə dayanmasın. Müsəlmanların heç bir 
sərhədini və şəhərini onlara etibar eləmə. Onlardan heç biri müsəlmanlar arasın-
dakı iddia və məhkəmələrdə məsuliyyətini üzərinə götürməsin. Səhhakın oğlu-
nun onlar haqqındakı rəftar tərzi budur. Allah Muhəmməd ümməti və xüsusilə 
Üməyyə oğulları tərəfi ndən ona (Səhhakın oğluna) gözəl mükafat versin! 
Müaviyə xilafətə necə tamah saldi və necə əldə etdi
Ömrümə and olsun ki, əgər onun və yoldaşının (yaşlı səhabənin) etdikləri 
olmasaydı, Allahın dinində güclü və möhkəm olmasaydılar biz və bu ümmət 
Bəni-Haşimin köləsi olardıq. Onlar Kisra və Qeysər əhli kimi xəlifəliyi bir-
birinə ötürərdilər. Amma Allah xəlifəliyi o ikisinin əlilə Bəni-Haşimdən aldı 
və Bəni-Tey ibn Murra verdi. Sonra da Bəni-Udey ibn Kəbə xilafətə keçdi. 
Halbuki Qüreyş arasında onlardan daha zəlil, alçaq və rəzil bir qəbilə yox idi. 
O ikisi bizim xəlifəliyə tamah salmağımıza səbəb oldular. Biz isə (xəlifəliyə) 
onlardan və onların nəslindən daha layiq idik. Çünki sərvət və izzət bizdədir 
və biz qohumluq baxımından Peyğəmbərə daha yaxınıq. Bizdən əvvəl yolda-
şımız Əffanın oğlu şura və xalqın razılığı ilə altı nəfərlik şuradan sonra xəlifə 
oldu. Onlar isə Əffanın oğlundan əvvəl şurasız xəlifə olmuşdular. Yoldaşımız 
Əffanın oğlu məzlum şəkildə qətlə yetirildikdə biz xəlifəliyə çatdıq. Çünki hər 
kim məzlum olaraq öldürülsə Allah onun vəlisinə səlahiyyət verər!

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin