Ali-Muhammedin sirleri indd


Ərəb qəbilələrilə Müaviyənin rəftarı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə103/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   99   100   101   102   103   104   105   106   ...   227
AliMuhemmedin sirleri

Ərəb qəbilələrilə Müaviyənin rəftarı
“Mənə yazdığın məktubda ərəblər haqqında soruşursan, onlardan hansına 
ehtiram edib və hansına əhəmiyyət verməməyini bilmək istəyirsən. Onlardan 
hansını özünə yaxınlaşdırıb, hansını özündən uzaqlaşdırmalı, hansına güvənib 
və hansından çəkinməli olduğunu soruşursan?
Ey qardaşım! Ərəbləri ən yaxşı tanıyam mənəm. Yəmənli camaata nəzər 
sal, zahirdə onlara ehtiram göstər, xəlvətdə isə onlara dəyər vermə! Mən də 
onlarla belə rəftar edirəm. Məclislərində onları öz yanımda oturduram və on-
ların mənə digərlərindən daha yaxın olduğu təəssüratını verirəm. Amma onlar-
dan xəlvətdə digərlərinə üstünlük verir və hədiyyələr verirəm. Bunun səbəbi 
həmin camaatın böyük bir hissəsinin o adamla (Əli (ə) ilə) birlikdə mənə qarşı 
döyüşməsidir.
Rəbiyə ibn Nizar qəbiləsini nəzər sal, şərəfl ilərinə hörmət göstər və digər-
lərinə əhəmiyyət vermə. Çünki digərləri həmin şərəfl ilərə və ağalarına tabedirlər.
Muzar qəbiləsinə də nəzər sal, onları bir-birinə müsəllət elə. Çünki on-
lar çox kobud, təkəbbürlü, özünü bəyənmiş və qürurludurlar. Əgər onları bir-
1
“Atasının oğlu Ziyad” mənasında “Ziyad ibn Əbihi” olaraq tanınmışdır. Anası Süməyyə ta-
nınmış əxlaqsız qadınlarından biri idi. Ziyad ibn Süməyyə sonradan özünün Əbu Süfyanın 
zanakarlığı nəticəsində doğulduğunu iddia etmişdi. Ubeydullah ibn Ziyad Yezidin Kufə və 
Bəsrə valisi olaraq əvvəlcə İmam Hüseynin (ə) elçiləri Müslim və Qeysi öldürtmüş, son-
ra da Kərbəlada İmam Hüseyni (ə) susuz şəhid etmələri üçün Ömər Sədin başçılığı altında 
ordu göndərmişdi. Əhli-Beytin (ə) və xüsusilə İmam Əlinin (ə) tərəfdarlarını öldürmüşdü. 
Kərbəlada Yeziddən sonra ən böyük qatillərdən biridir. Ubeydullah İmam Əlinin (ə) sərkərdəsi 
Malik Əştərin oğlu İbrahim tərəfi ndən öldürülmüşdü.
Ziyad deyə tanınan bu kəsin atası məlum deyil. Müaviyə onun Əbu Süfyana nisbət verərək öz 
qardaşı olduğunu söyləyirdi. Ziyad əvvəllər Əli (ə) tərəfdarı görünsə də, sonradan Müaviyə 
tərəfi nə keçmişdi. Əli tərəfdarlarını çox yaxşı tanıdığı üçün şiələri qətl etməkdə çətinlik 
çəkmirdi. 


132
Suleym ibn Qeys Hilali
birlərinin üzərinə salsan bir qismi sənin üçün digərinə qarşı çıxacaq. Əməli icra 
etmədikcə sözlərinə, yəqinin olmadıqca zənlərinə razı olma.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin