Ali-Muhammedin sirleri indd


Osmanın qətlindən sonra camaat İmam Əliyə (ə) necə



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə188/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   184   185   186   187   188   189   190   191   ...   227
AliMuhemmedin sirleri

Osmanın qətlindən sonra camaat İmam Əliyə (ə) necə 
beyət elədi
Sonra Əli (ə) üç gün camaatdan uzaqlaşdı. Camaat onu istəyirdilər. Bəni-
Nəccara məxsus ağacdan evdə yanına getdilər və dedilər: “Biz üç gün bu iş 
(xəlifəlik) barəsində məşvərət etdik və camaat arasında səndən daha çox 
xəlifəliyə haqqı çatan bir nəfər də tapa bilmədik. Muhəmməd (s) ümməti 
barəsində səni Allaha and veririk ki, bu ümmət zay olmasın və iş səndən başqa-
sının əlinə keçməsin”. Ona beyət etdilər. İlk beyət edən Təlhə və Zübeyr oldu. 
Sonra o ikisi Bəsrəyə gəldilər və beyətə məcbur edildiklərini iddia elədilər. 
Halbuki yalan söylədilər.


Ali-Muhəmmədin sirləri
243
Sonra Mehrədən
1
bir nəfər Əlinin (ə) yanına gəldi. Bu vaxt Əbu Məhəmməd 
ibn Əbu Bəkr Əlinin (ə) yanında idi və mən də söhbətlərini eşidirdim. Əli (ə) 
həmin şəxsə dedi: “Ey Mehrənin qardaşı! Beyət etmək üçün gəlmisən?” O: 
“Bəli” dedi. Əli (s) dedi: “Peyğəmbər (s) vəfat etdikdə xəlifəliyin mənim oldu-
ğu, Əbu Quhafənin oğlunun və ondan sonra da Ömərin zülm və düşmənçiliklə 
bizə qarşı çıxdığını qəbul edərək mənə beyət edəcəksən”. Həmin şəxs dedi: 
“Bəli”. Heç bir məcburiyyət olmadan müti şəkildə Əliyə (ə) beyət elədi.
Mən Həsən Bəsriyə dedim: “Camaatın hamısı buna əsasən beyət etdilər?” 
Dedi: “Xeyr! Yalnız Əlinin inandığı və etibar etdiyi şəxslər bu cür beyət 
edirdilər.
Ey Əbul-Qeysin qardaşı! Osmanın işlədiyi böyük günahlar və pisliklərinə 
baxmayaraq onun üçün bağışlanma diləməyimiz bizə caizdirsə, bu zaman o ikisi 
üçün bağışlanma diləməyə icazə verər. Çünki onlar qan tökmədilər, hakimiyyətdə 
olduqları vaxtda mərhəmətlə rəftar elədilər, əllərini dinc saxladılar və yaxşı 
davrandılar. Osmanın etdiyi zülm və yanlışlıqları eləmədilər. Təlhə və Zübeyr 
kimi dünya və səltənət tamahından beyətlərini pozmadılar və haqsız yerə qan 
tökmədilər. Halbuki Təlhə və Zübeyrin əməllərinin və cinayətlərinin Peyğəmbər 
(s) tərəfi ndən qadağan edildiyini hamı eşitmişdi. Onlar Allahın və Peyğəmbərin 
əmrlərini açıq aşkar dəlillərdən və bəyandan sonra yüngül sayıb tərk etdilər.
Ey Əbul-Qeysin qardaşı, əgər yaşlı səhabənin və Səhhakın oğlunun 
Peyğəmbərin (s) Əli barəsində söylədiklərini eşitdiklərini desən, həmin sözləri 
Osman, Təlhə və Zübeyr də eşitmişdilər. Buna baxmayaraq haqsız yerə qan tök-
müş və Əliyə (s) qarşı savaşmışdılar. Əbu Bəkr və Ömər isə bundan çəkindilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin