Ali-Muhammedin sirleri indd


ha və haqla batilin ayırd edildiyi gün iki dəstənin bir-birilə qarşılaşdığı gün



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə94/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   90   91   92   93   94   95   96   97   ...   227
AliMuhemmedin sirleri

ha və haqla batilin ayırd edildiyi gün iki dəstənin bir-birilə qarşılaşdığı gün 
(Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə iman gətirmisinizsə
bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, 
onun qohum-əqrəbasının, yetimlərinin, yoxsullarının və müsafi rlərinindir. 
Allah hər şeyə qadirdir!”
1
Biz Allahın nəzərdə tutduğu Peyğəmbərin yaxın-
ları, yetimlər, miskinlər və yolda qalmışlarıq. Bunların hamısı məxsusi olaraq 
bizdəndir. Çünki Allah bizə sədəqədən bir nəsib ayırmamışdır. Peyğəmbərini 
və bizi camaatın əlindəki çirki yeməkdən daha uca tutmuşdur”.
Səhhakın oğlunun bu qərarı Peyğəmbərin (s) sünnəsinin ziddinə olaraq dinə daxil etdiyi bidət 
idi. Burada da Allahın əmrini öz istəyinə görə tapdalamışdı.
1
“Ənfal” surəsi, ayə 41.


120
Suleym ibn Qeys Hilali
HƏDİS 19
Fitnələr barədə hədislər
Aban Süleymdən nəql edir: “Səhhakın oğlunun xəlifəliyi zamanı idi. Əbu 
Zərr xəstələnmişdi. Səhhakın oğlu xəstənin ziyarətinə gəldi. Möminlərin-əmiri
Salman və Miqdad da Əbu Zərrin yanında idilər. Əbu Zərr Əliyə vəsiyyət et-
miş, yazdırmış və onu şahid tutmuşdu.
Səhhakın oğlu çıxdıqdan sonra Əbu Zərin ailəsindən, Bəni-Ğəffardan olan 
əmisi oğlullarından bir nəfər kişi dedi: “Möminlərin-əmiri Səhhakın oğluna 
vəsiyyət etməyinə nə mane oldu?!”
Əbu Zərr dedi: “Mən möminlərin həqiqi əmirinə vəsiyyət etdim”.
Biz qırx nəfər ərəbdən və qırx nəfər də əcəmdən bir yerə toplanmışdıq. 
Peyğəmbər (s) bizə Əliyə (ə) möminlərin-əmiri olaraq salam verməyimizi əmr 
etdi. Hazırda “Möminlərin-əmiri” dediyimiz kəs də aramızda idi. O və onu öz 
yerinə xəlifə edən dəyərsiz dostundan başqa ərəb və əcəmdən heç kəs bu barədə 
Peyğəmbərə (s) etiraz etmədi. Bu ikisi isə dedilər: “Allahın və Rəsulunun 
əmirdir?” Peyğəmbər (s) qəzəbləndi və dedi: “Allah şahiddir ki, bəli. Allahın 
və rəsulunun əmridir. Allah bunu mənə əmr etmiş, mən də sizə əmr edirəm”.
Süleym Əlidən (ə) soruşdu: “Ey Əbul-Həsən, Salman və ey Miqdad! Əbu 
Zərrin sözlərini təsdiqləyirsiniz?” Dedilər: “Bəli, o doğru söyləyib”. Dedim: 
“Dörd ədalətli (şəxs)! Əgər onlardan yalnız biri mənə bunları nəql etsəydi yenə 
də doğruluğuna şübhə etməzdim. Amma siz dördünüz birdən bəsirətim və 
nəfsimin rahatlığı üçün tam yetərlisiniz”.
Süleym belə soruşduğunu deyir: “Allah sizə mərhəmət göstərsin! Ərəb və 
əcəmlərdən olan o səksən nəfərin adını mənim üçün saya bilərsinizmi?” Sal-
man tək onların adlarını bir-bir saydı. Əli (ə), Əbu Zərr və Miqdad da: “Salman 
doğru söyləyir” dedilər.
Salmanın adlarını saydığı şəxslərdən bəziləri bunlardı: Yaşlı səhabə, 
Səhhakın oğlu, Əbu Übeydə, Muaz, Salim, beş nəfər şura əhli
1
, Əmmar ibn 
Yasir, Səd ibn Übadə, Əqəbə əshabı,
2
Übey ibn Kəb, Əbu Zərr və Miqdad. 
Digərləri isə əksəriyyəti Bədr döyüşündə iştirak edənlər və ənsardan ibarət 
1
Təlhə, Zübeyr, Əbdür-rəhman ibn Ovf, Sad ibn Əbu Vaqqas. 
2
Kitabdakı 20-ci hədisə müraciət et.


Ali-Muhəmmədin sirləri
121
idilər. Onlardan: Əbu Heysəm, Xalid ibn Zeyd, Əbu Əyyub, Üseyd ibn Hüzeyr 
və Bəşir ibn Səid.
Süleym deyir: “Demək olar ki, Salmanın adlarını çəkdiyi şəxslərin hamı-
sı ilə görüşdüm və təklikdə onlardan bu barədə soruşdum. Onlardan bəziləri 
susmağı üstün tutub və mənə bir cavab verməyib həqiqəti gizlətdilər. Bəziləri 
isə hadisəni nəql edərək dedilər: “Bir fi tnə bizə üz tutdu, qəlbimiz, gözlərimiz 
və qulaqlarımız bağlandı. Bu fi tnə yaşlı səhabənin həmin hadisədən sonra 
Peyğəmbərin (s): “Biz elə bir Əhli-Beytik ki, Allah bizi kəramətləndirmiş, bi-
zim üçün axirəti dünyadan üstün tutmuşdur. Allah xilafəti və nübuvvəti bizim 
üçün bir yerdə cəm olmasına icazə verməyib” buyurduğunu iddia etdiyi zaman 
baş verdi. Əlini (ə) beyət etmək üçün gətirdikləri zaman o bu sözü dəlil olaraq 
söylədi. Bizim nəzərimizdə xeyirxah və hər hansı pis bir işlə ittiham edilməmiş 
dörd nəfər onu təsdiqlədilər və şahidlik etdilər. Bunlar: Əbu Übeydə, Salim, 
Səhhakın oğlu və Muaz ibn Cəbəl idilər. Biz onların doğru söylədiklərini zənn 
etdik”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin