AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə95/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   91   92   93   94   95   96   97   98   ...   134

«Qəribə yuxu»


Ayətullah Zəncani yazır:

İnsanın ölümdən qurtulmasına səbəb olan yuxulardan birini də Tehranın mötəbər üləmalarından biri Mirzə Məhəmmədəli Şahabadi görmüşdür. O deyir:

Yuxuda gördüm ki, bir neçə nəfərlə bir yerdə oturmuşuq; mənim yanımda da bir uşaq əyləşmişdi. Oturduğumuz yerdən bir az aralı bir uçurum var idi. Mən qorxurdum ki, məbada uşaq gedib ordan yıxılar.

Ətrafımdakı adamlarla söhbət edə-edə uşağa da göz yetirirdim. İşin tərsliyindən uşaq gözümdən yayındı, onda gördüm ki, uşaq uçurumdan yıxıldı.

Bu mənzərənin vəhşətindən yuxudan ayıldım. Qapını açıb otaqdan çölə boylananda gördüm ki, balaca bir uşaq su anbarının kənarında dayanıb. İstədim səslənib haraylayam ki, geri qayıtsın, elə bu dəmdə uşaq su anbarının içinə yıxıldı. Tez qaçıb uşağı quyudan çıxartdım. Əgər bir an gec oyanmış olsaydım, yəqin ki, uşaq suda batıb öləcəkdi.1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin