−Алимләрин кәрамәтләри−


«Təxti-fuladda qorxulu mənzərə»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə95/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   91   92   93   94   95   96   97   98   ...   131
alim-keramet

«Təxti-fuladda qorxulu mənzərə» 
Seyyid Cəmaləddin Gülpayqani Nəcəf-Əşrəfin böyük mərcə-
təqlid  və  alimlərindən  olmuşdur.  Gülpayqani,  Ayətullah 
Naininin  şagirdlərindən  olub,  elm  və  əməldə  Nəcəfdə  ad 
çıxarmışdır.  Onun  kəramət  və  məqam,  pak  nəfsə  sahib 
olmasında  kimsənin  şübhəsi  yox  idi.  Nəfsin  həvavü-
həvəsindən qorunmaqda ilk yerlərdən birini tuturdu. 
Onun  münacatının,  ağlamağının  səsindən  qonşular  qəribə 
əhvalatlar  söyləyirdilər.  Səhifeyi-Səccadiyyə  həmişə  onun 
xəlvət  vaxtlarının  müunisi  idi,  qarşısından  əskik  olmazdı; 
mütaliədən  ayrılan  kimi  onu  vərəqləməyə  başlayırdı.  Yanıqlı 
ahı,  göz  yaşı,  təsirli  sözü,  maraqlı  bəyanı  və  ilahi  eşqdən 
közərmiş ürəyi vardı. 
Doxsan  ildən  çox  ömür  yaşadı,  neçə  ildir  ki,  artıq  aramızda 
yoxdur. 
Cavanlığında İsfahanda dərs oxuyurdu və Hüseyn Bürucerdi 
ilə həm sinif yoldaşı, həm də yaxın dost idilər. 
Ayətullah  Bürucerdi  sonralar  da  istər  Bürucerddə  olanda, 
isərsə də Quma köçüb orda yerləşəndən sonra həmişə onunla 
məktublaşar,  bəzi  çətin  məsələlərin  həllindən  ondan  kömək 
istəyərdi. 
Gülpayqani deyirdi: 
 
1
 Əli Dəvani, “Tarixe Qum”, səh. 253 


 
116 
Cavanlıq  illərində  İsfahanda  olanda,  axund  Kaşi  və 
Cahangirxan Qaşqayi kimi böyük ustadlardan əxlaq və seyrü-
süluk dərsi öyrənirdim. Onlar mənim mürəbbilərim idilər. 
Mənə  tapşırıq  vermişdilər  ki,  cümə  axşamı  və  cümə  günləri 
gecələri İsfahandan qırağa çıxım  və Təxt-fulad qəbristanlığına 
gedib  bir  az  ölüm  və  ruhlar  aləmi  haqqında  təfəkkürə  dalım; 
bir az da ibadət edib səhər açılanda geri qayıdım. 
Mən də bir qayda olaraq cümə axşamı və cümə gecələri Təxt-
fulada gedər, qəbir və məqbərələrin arasında bir-iki saat gəzib 
təfəkkür  edəndən  sonra  bir  az  dincimi  alıb  gecə  namazına  və 
münacata  qalxardım.  Sübh  namazını  qılandan  sonra  İsfahana 
qayıdardım. 
Bir  gün  yenə  də  qışın  soyuq  gecələrindən  birində,  qarlı-
soyuqlu havada ruhlar və o aləmin sakinləri haqqında təfəkkür 
üçün  İsfahandan  hərəkət  edib  Təxt-fulada  gəldim.  Oradakı 
hücrələrdən  birinə  daxil  olub  boxçanı  açdım  ki,  bir-iki  loğma 
çörək yeyib sonra da bir az yıxılıb yatım və gecə yarısı qalxıb 
öz işlərimlə məşğul olum. 
Bu vaxt məqbərənin qapısı döyüldü. Gördüm bir neçə nəfər 
adam təzə cənazə gətiriblər ki, axşamı bura qoyub səhər gəlib 
dəfn etsinlər. Cənazə məqbərə sahibinin yaxın qohumlarından 
biri  idi  və  İsfahandan  gətirmişdilər.  Cənazənin  yanında 
qalmaq üçün də bir nəfər Quran oxuyan adam gətirmişdilər ki, 
səhərə qədər cənazənin başı üstündə Quran oxusun. 
Mən gətirdiyim boxçanı açıb təzəcə çörəyə əl uzatmışdım ki, 
bir  də  gördüm  əzab  mələkləri  gəlib  cənazəyə  divan  tutmağa 
başladılar.  Odlu  gürzləri  onun  başına  elə  çırpırdılar  ki,  od-
alovu  asimana  yüksəlirdi.  Meyidin  fəryadı,  ah-naləsi  bütün 
qəbiristanı  lərzəyə  salmışdı.  Bilmirəm  hansı  günahın  sahibi 
imişsə ona bu  cür əzab verirdilər. Bütün bu hadisədən Quran 
oxuyanın  əsla  xəbəri  yox  idi;  sakitcə  cənazənin  başı  üstündə 
oturub öz işinə məşğul idi. 


 
117 
Bu  mənzərəni  görəndə  bihuş  oldum,  bədənimə  titrətmə 
düşüb  rəngim  qaçdı.  Məqbərə  sahibinə  nə  qədər  işarə  eləsəm 
də,  qapını  aç,  mən  getmək  istəyirəm,  bir  şey  başa  sala 
bilmədim.  Nə qədər danışmağa səy etsəm də alınmırdı, dilim 
kilidlənmişdi, hərəkət edə bilmirdim. 
Axırı  bir  təhər  onu  başa  saldım  ki,  qapını  aç,  mən  çıxmaq 
istəyirəm. 
Dedi:  
Ağa,  hava  çox  soyuqdur,  yolu-izi  büs-bütün  qar  örtüb,  gecə 
vaxtı qurda-quşa rast gələrsən səni parçalayar. 
Ona  heç  cür  anlada  bilmirdim  ki,  mənim  bu  mənzərəni 
görməyə taqətim yoxdur. Naçar qalıb özümü bir təhər qapının 
yanına  sürüklədim,  qapını  açıb  çölə  çıxdım.  Təxt-fuladdan 
İsfahana elə də çox məsafə olmasa da yolu çox çətinliklə gedir, 
tez-tez  yerə  dəyirdim.  Çətin  əzab-əziyyətdən  sonra  nəhayət 
özümü evə çatdırdım. 
Bu hadisədən sonra düz bir həftə xəstə yatdım.  Axund Kaşi 
və  Cahangirxan  tez-tez  gəlib  mənə  baş  çəkir,  dərman 
verirdilər.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin