−Алимләрин кәрамәтләри−


«Mənim dərsim artıq qurtardı»



Yüklə 2,53 Mb.
səhifə21/33
tarix11.06.2018
ölçüsü2,53 Mb.
#53321
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

«Mənim dərsim artıq qurtardı»


... Hava yavaş-yavaş istiləşməyə doğru gedirdi. Nəvvab mədrəsəsinin tələbələri (Məşhəd) cümə axşamı və cümə günləri günortadan keçmiş mədrəsənin kölgəlik bir yerinə xalça-palaz döşəyib sərin olsun deyə, orada otururdular. Mirzə Mehdi İsfəhani də mədrəsəyə gələndə dərsini həmin yerdə keçərdi. Havanın həddən artıq isti olması üzündən hövzənin dərsləri tə`til oldu, amma bu dərs davam edirdi. Getməlilər getdi, bu dərsin həvəskarı olanlar qaldı. Həqiqətdə tələbələr iki yolayrıcında qalmışdılar, bir hissəsi öz vətəninə və ya şəhərdən qıraq bir yerə səfər etmək istəyirdi, başqa bir dəstə isə dərsdən ayrılmaq istəmirdi.

Cümə axşamı dərs başa çatanda tələbələr arasında dilli-dilavərliyi ilə tanınan cənab Sədrzadə dedi:

Ağa havalar çox istiləşib, dərsləri tə`til etmək istəmirsiniz?

Mirzə İsfəhani dedi:

Siz kafirlik edirsiniz ha... Burda gül-çiçəyin kənarında oturmusunuz və bir belə ne`mətə küfr edirsiniz. Sabah Məşhədin yaylaqlarından birinə − məsələn tərqəbəyə də getsəniz, neçə gün qalandan sonra başqa bir yerə getmək həvəsinə düşəcəksiniz.

Sonra dedi: “lən tə`til lil-dərs” Əlavə olaraq izah etdi ki, “lən” kəlməsi əbədi inkar mə`nasını verir, bunu dedim biləsiniz ki, tə`til söhbəti olmayacaq.

O günün sabahısı, yə`ni cümə günü mədrəsəyə dərs demək üçün gələndə ustadın bütün xüsusi şagirdləri hazır dayanmışdılar. Ustad həmişəkindən fərqli olaraq dərs metodunu dəyişmişdi.

Mirzə Cavad Tehraniyə xitab olaraq (Mirzə İsfəhaninin şagirdlərindən olmuşdur) bir neçə kəlmə söz deyib sonra məbdə və məad, maarifin və e`tiqadların üsulu haqqında müxtəsər mətləblərə toxundu. Hər iki-üç cümlənin arasında və ya hər mövzudan sonra buyururdu:

Cavad ağa! Mən sizə deyirəm, başa düşürsən nə deyirəm, hükəma nə demişdir?

Artıq mənim dərsim sona yetdi! Siz gərək məndən sonra bu sözləri tələbələrə çatdırasınız, tələbələrə yol göstərəsiniz!

Təqribən bir saata yaxın söhbət bəyan etdi və hər beş dəqiqədən bir yenə deyirdi:

Cavad ağa, bunları sənə dedim, tələbələrin hidayətini sən öz öhdənə götürməlisən.

Xülasə dərs başa çatdı. Bütün şagirdlər təəccüb içində idilər, hər biri ustadın danışığını bir cürə yozurdu. Daha çox da şagirdləri təəccübləndirən bu idi ki, dünən ustad tə`tili qadağan edirdi, amma bu gün deyir mənim dərsim qurtardı, artıq dərsim yoxdur. Bu əmr hardan gəldi? Yoxsa qeybdənmi işarə oldu? Ustada nə olur? Gələcəkdənmi xəbər verir? Mütləq şəkildə dərslərinin tə`til olacağını bildirir.

Yay tə`tili başa çatdı və hövzənin dərsləri yenidən başladı. Amma ustad daha dərs demirdi. Çox keçmədi ki, ustadın infarkt keçirdiyini və az sonra ürəkağrıdan ölüm xəbərini eşitdik.

Ustadın böyük oğlu Mirzə Əlirza tez özünü yetirdi ki, atasının başı üstündə olsun. Onu saxlayıb dedilər ki, atan infarkt keçirib, yanında hay-küy salmaq olmaz.

Fəryad çəkib dedi:

Atam bu gün sübh öləcəyini xəbər vermişdi. Demişdi mən gedirəm qüsul verməyə, Pərvərdigarımın yanına pak-qüsullü getmək istəyirəm. İcazə verin atamla görüşüb, üzündən öpüm.1

«Allahın izni ilə öl!»


Nəcəfli dostlarımdan bir-neçə nəfəri Nəcəfin elmi hövzəsinin tanınmış ustadlarından birinin dilindən nəql edirlər ki, deyirdi:

Mən ariflər ustadı Mirzə Əli Qazi Təbatəbai və onun dilindən nəql edilən mətləblər və onun haqqında tez-tez qulağıma çatan qəribə əhvalatlar barəsində şəkdə idim. Öz-özümə həmişə deyirdim görən bütün bu danışılanlar doğrudur, yoxsa yalan?

Tərbiyə etdiyi bu şagirdlər ki, deyirlər belə hal sahibi olurlar, elə kamala çatırlar − düzdür, yoxsa təxəyyül?

Uzun müddət bu fikirlər zehnimdə dolaşırdı və tərədüddən qurtara bilmirdim. Kimsənin mənim bu fikrimdən xəbəri yox idi. Bir gün namaz, ibadət və Kufə məscidinin ziyarət buyuruqlarını yerinə yetirmək üçün həmin məscidə yollandım. (Rəhmətlik Qazi Kufə məscidində çox olurdu. İbadət üçün orada xüsusi hücrəsi də var idi. Kufə və səhlə məscidinə çox rəğbət göstərirdi və əksər gecələri sübhə qədər həmin yerlərdə ibadət edirdi.)

Məscidin həyətində dolaşarkən Qazi ilə rastlaşdım. Salamlaşıb edib bir-birimizlə hal-əhval tutduq və söhbət edə-edə gəlib məscidin arxa hissəsinə çatdıq.

Məscidin arxa hissəsi çöllü-biyabana baxırdı və get-gəl az olurdu. Məscidin hündür divarının dibində, qiblə tərəfdə hər ikimiz yerə oturduq ki, bir az dincəlib alıb yenidən məscidə gedək.

Aramızda söhbət qızışdı. Rəhmətlik Qazi ilahi ayələrin sirlərindən mənə əhvalatlar danışırdı. Tövhidin əzəmətli və cəlallı məqamından, bu yola qədəm qoymaqdan, bu yolun insan yaradılışının yeganə hədəfi olmasından maraqlı söhbətlər edir, dediklərinə tutarlı dəlillər gətirirdi.

Mən öz ürəyimdə yenə də tərəddüd edib dedim, mən nə bilim bu deyilənlər doğrudur, ya yox? Deyilənlərə şübhə edirəm. Ola bilsin doğru olsun, amma mənim xəbərim olmasın.

Əgər ömür bu minvalla keçsə vay mənim halıma; əgər deyilənlər doğru olsa və bizə bir şey çatmasa vay halıma.

Başqa bir tərəfdən, eşitdiklərimin nə dərəcədə doğru olduğunu bilmədiyim üçün şəkdə qalmışdım ki, dalınca gedim, yoxsa getməyim.

Bu fikirdə idim ki, qarşıdakı təpənin deşiyindən böyük bir ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə başladı. (Bu yerlərdə çoxlu ilan olur və əksər hallarda camaat onları görür, amma indiyə qədər kimsəni çaldığını eşitməmişik.)

İlan bizim qarşımıza çatanda məni ixtiyarsız vahimə götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: “Mot biznillah!” (Allahın izni ilə öl!) Həmin dəqiqə ilan yerində quruyub qaldı.

Ağa Qazi heç nə olmayıbmış kimi söhbətini davam etdirdi. Bir az da söhbət edəndən sonra qalxıb məscidə getdik. Ağa Qazi məscidin ortasında iki rək`ət namaz qılandan sonra öz hücrəsinə getdi və mən də məscidin bir-iki ziyarət əməllərini yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim.

Ziyarət etdiyim anda birdən yadıma düşdü ki, bayaq məscidin arxasında baş verən əhvalat, Qazinin gördüyü iş həqiqət idi, yoxsa gözbağlıca idi? Dedim bəlkə kişi məni sehrə salıb, mənə elə görsəndi? Bu fikirlər məni əldən saldı, daha necə ziyarət oxuduğumu bilmədim. Dedim yaxşısı budur gedim görüm ilan həqiqətən ölübdür, yoxsa dirilib qaçıbdır? Ziyarəti başa çatdırıb tələsik çölə çıxdım. Bayaqkı oturduğumuz yerə gedib gördüm ilan quru ağac kimi yerə sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir.

Ağlım başımdan çıxdı. Məscidə qayıtdım ki, bir-iki rək`ət də namaz qılıb Nəcəfə dönüm, amma bacarmadım. Fikir-xəyal məni götürdü ki, əgər bu işlər haqdırsa, bəs bizim niyə xəbərimiz yoxdur? Rəhmətlik Qazi öz hücrəsində ibadətə məşğul idi. Öz hücrəsindən çıxanda, mən də məsciddən çölə çıxdım. Məscidin həyətində yenə də bir-birimizlə rastlaşdıq, məni görüb gülümsündü və dedi:

Ağa can! İmtahan da etdin, daha nə deyirsən?!1



Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin