−Алимләрин кәрамәтләри−



Yüklə 2,53 Mb.
səhifə24/33
tarix11.06.2018
ölçüsü2,53 Mb.
#53321
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

«Yağış namazı»


1362-ci (h.q.) ildə İran müttəfiqlərin işğalı altında olanda və İngiltərə, Amerika əsgərlərinin bir hissəsinin Qumun “Xakfərc” məhəlləsində yerləşdikləri vaxt İranda havaların yağmursuz keçməsi nəticəsində quraqlıq hökm sürürdü. Camaat susuzluqdan əziyyətə düçar olub gələcək günlərin çox çətin şəraitdə keçəcəyini deyirdi. Xalqın ağsaqqalları yığılıb həzrət Ayətullah Məhəmmədtəqi Xansarinin yanına gedir və ondan xahiş edir ki, islam qanunlarına əsasən onlarla birlikdə istisqa namazı qılsın ki, bəlkə Allah öz rəhmət yağışını onlardan əsirgəmədi.

Xansari onların xahişini qəbul edib, şəhərin müxtəlif təbəqələrindən olan 20 minə yaxın cəmiyyətlə birlikdə ramazan ayının günlərindən birində, orucağız Xakfərc məntəqəsində yerləşən böyük müsəllaya doğru hərəkət edir.

Bu vaxt İranın siyasi çöhrələrindən bir-neçə nəfər dövlət mə`muru (bəhai) müttəfiq qoşunların içində olan nüfuzlarından istifadə edib zabitlər arasında şayiə yayırlar ki, şəhərin camaatı çölə tökülüb sizin üstünüzə hücuma hazırlaşırlar; Vaxtında tədbir töküb camaatın qarşısını alın.

Zabitlər qoşuna hazırlıq komandası verir; topların, pulemyotların lüləsini camaat gələn səmtə tuşlayıb sıraya düzlənirlər.

Amma gözlədiklərinin əksinə görürlər ki, camaat səssiz-səmirsiz hərəkət edib müsəllaya yığışdı.

Ayətullah Xansari iki gün dalbadal istisqa namazına gedir. İkinci gün namaza duranda müttəfiq cəbhənin əsgərləri bir-neçə nəfər bəhainin təhriki ilə camaatı ələ salıb gülməyə başlayırlar. Çünki havada buluddan əsər-əlamət yox idi.

Namaz qurtarar-qurtarmaz birdən göydə qara bulud topaları görsənməyə başlayır. Camaat müsəlladan çıxıb evlərinə çatmamış elə şiddətli yağış yağmağa başlayır ki, qurumuş çaylar daşıb, coşmuş selə dönür. Hadisə o qədər fövqəladə olur ki, xarici jurnalistlər və müttəfiq qoşunların nümayəndəsi bu xəbəri xaricdə də yayımlayırlar. Həmin günün səhərisi əksər radiolar bu hadisəni təfsilatı ilə şərh edib xəbər verirlər.

Maraqlı burasıdır ki, müttəfiq qoşunlar arasında təxribat yaratmaq istəyən bir-neçə bəhai həmin gecə aradan çıxırlar. Zabitlər onları cəzalandırmaq üçün nə qədər axtarsalar da tapa bilmirlər.1


«Təxti-fuladda qorxulu mənzərə»


Seyyid Cəmaləddin Gülpayqani Nəcəf-Əşrəfin böyük mərcə-təqlid və alimlərindən olmuşdur. Gülpayqani, Ayətullah Naininin şagirdlərindən olub, elm və əməldə Nəcəfdə ad çıxarmışdır. Onun kəramət və məqam, pak nəfsə sahib olmasında kimsənin şübhəsi yox idi. Nəfsin həvavü-həvəsindən qorunmaqda ilk yerlərdən birini tuturdu.

Onun münacatının, ağlamağının səsindən qonşular qəribə əhvalatlar söyləyirdilər. Səhifeyi-Səccadiyyə həmişə onun xəlvət vaxtlarının müunisi idi, qarşısından əskik olmazdı; mütaliədən ayrılan kimi onu vərəqləməyə başlayırdı. Yanıqlı ahı, göz yaşı, tə`sirli sözü, maraqlı bəyanı və ilahi eşqdən közərmiş ürəyi vardı.

Doxsan ildən çox ömür yaşadı, neçə ildir ki, artıq aramızda yoxdur.

Cavanlığında İsfahanda dərs oxuyurdu və Hüseyn Bürucerdi ilə həm sinif yoldaşı, həm də yaxın dost idilər.

Ayətullah Bürucerdi sonralar da istər Bürucerddə olanda, isərsə də Quma köçüb orda yerləşəndən sonra həmişə onunla məktublaşar, bə`zi çətin məsələlərin həllindən ondan kömək istəyərdi.

Gülpayqani deyirdi:

Cavanlıq illərində İsfahanda olanda, axund Kaşi və Cahangirxan Qaşqayi kimi böyük ustadlardan əxlaq və seyrü-süluk dərsi öyrənirdim. Onlar mənim mürəbbilərim idilər.

Mənə tapşırıq vermişdilər ki, cümə axşamı və cümə günləri gecələri İsfahandan qırağa çıxım və Təxt-fulad qəbristanlığına gedib bir az ölüm və ruhlar aləmi haqqında təfəkkürə dalım; bir az da ibadət edib səhər açılanda geri qayıdım.

Mən də bir qayda olaraq cümə axşamı və cümə gecələri Təxt-fulada gedər, qəbir və məqbərələrin arasında bir-iki saat gəzib təfəkkür edəndən sonra bir az dincimi alıb gecə namazına və münacata qalxardım. Sübh namazını qılandan sonra İsfahana qayıdardım.

Bir gün yenə də qışın soyuq gecələrindən birində, qarlı-soyuqlu havada ruhlar və o aləmin sakinləri haqqında təfəkkür üçün İsfahandan hərəkət edib Təxt-fulada gəldim. Oradakı hücrələrdən birinə daxil olub boxçanı açdım ki, bir-iki loğma çörək yeyib sonra da bir az yıxılıb yatım və gecə yarısı qalxıb öz işlərimlə məşğul olum.

Bu vaxt məqbərənin qapısı döyüldü. Gördüm bir neçə nəfər adam təzə cənazə gətiriblər ki, axşamı bura qoyub səhər gəlib dəfn etsinlər. Cənazə məqbərə sahibinin yaxın qohumlarından biri idi və İsfahandan gətirmişdilər. Cənazənin yanında qalmaq üçün də bir nəfər Qur`an oxuyan adam gətirmişdilər ki, səhərə qədər cənazənin başı üstündə Qur`an oxusun.

Mən gətirdiyim boxçanı açıb təzəcə çörəyə əl uzatmışdım ki, bir də gördüm əzab mələkləri gəlib cənazəyə divan tutmağa başladılar. Odlu gürzləri onun başına elə çırpırdılar ki, od-alovu asimana yüksəlirdi. Meyidin fəryadı, ah-naləsi bütün qəbiristanı lərzəyə salmışdı. Bilmirəm hansı günahın sahibi imişsə ona bu cür əzab verirdilər. Bütün bu hadisədən Qur`an oxuyanın əsla xəbəri yox idi; sakitcə cənazənin başı üstündə oturub öz işinə məşğul idi.

Bu mənzərəni görəndə bihuş oldum, bədənimə titrətmə düşüb rəngim qaçdı. Məqbərə sahibinə nə qədər işarə eləsəm də, qapını aç, mən getmək istəyirəm, bir şey başa sala bilmədim. Nə qədər danışmağa sə`y etsəm də alınmırdı, dilim kilidlənmişdi, hərəkət edə bilmirdim.

Axırı bir təhər onu başa saldım ki, qapını aç, mən çıxmaq istəyirəm.

Dedi:

Ağa, hava çox soyuqdur, yolu-izi büs-bütün qar örtüb, gecə vaxtı qurda-quşa rast gələrsən səni parçalayar.



Ona heç cür anlada bilmirdim ki, mənim bu mənzərəni görməyə taqətim yoxdur. Naçar qalıb özümü bir təhər qapının yanına sürüklədim, qapını açıb çölə çıxdım. Təxt-fuladdan İsfahana elə də çox məsafə olmasa da yolu çox çətinliklə gedir, tez-tez yerə dəyirdim. Çətin əzab-əziyyətdən sonra nəhayət özümü evə çatdırdım.

Bu hadisədən sonra düz bir həftə xəstə yatdım. Axund Kaşi və Cahangirxan tez-tez gəlib mənə baş çəkir, dərman verirdilər.1


«Xəbis ruhlarla söhbət»


Seyyid Cəmaləddin Gülpayqani deyirdi:

Nəcəf-Əşrəfdə olarkən bir gün qəbir əhlini ziyarət etmək üçün Vadiüs-səlama getdim. Hava olduqca isti idi. Zöhr namazını qılıb havanın istisindən özümü kölgəlik bir yerə verib əyləşdim ki, bir az yorğunluğum çıxsın. (Seyyid Cəmaləddin Vadiüs-səlama çox gedirdi. Qəbristanlıqda oturub saatlarla ləngiməsindən biz belə başa düşürdük onun pak ruhlarla nə isə bir işi var, elə-belə burada oturmur, öz aralarında söhbət edir, bir-birlərinə xəbər ötürür, xəbər gətirirlər.)

Gülpayqani deyir: Oturub çubuğu çıxardıb alışdırdım ki, bir az istirahət edim, elə bu dəmdə gördüm bir dəstə pis gündə ruh mənə tərəf gəlir. Üst-başları cır-cındır içində idi. Yalvarıb məndən xahiş edirdilər ki, ağa gəl bizim fəryadımıza yetiş və bizə şəfaətçi ol!

Bu ruhlar mən aralarında oturduğum qəbirlərin yiyələri idi və hamısı da ərəbin böyükləri və şeyxləri olub dünyada var-dövlətləri ilə ad çıxarmış, sağlıqlarında təkəbbür və vəzifə sahibləri olmuşdular. Öz xahişlərində israr edir, yaxamdan əl çəkmək istəmirdilər.

Mənim keyfim bərk pozuldu, hamısını qovub dedim: Ey insafsızlar! Siz vaxtilə dünyada yaşayırdınız, xalqın malını çalıb-çapırdınız, cinayət edirdiniz, yetimin-yesirin, zəifin haqqını əlindən alırdınız və biz nə qədər sizə desək də qulaq asmırdınız. İndi gəlmisiniz ki, bizə şəafət elə; itilin gözümdən, rədd olun gedin. Hamısını qovdum dağılışıb getdilər.2


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin