«Yanğından nicat tapma»
Bu hadisə də çox isti yay mövsümündə baş vermişdir. Həmin vaxt elə bil göydən alov tökülürdü. Göyün üzündə buluddan heç bir əsər-əlamət yox idi və yağış fəsli də deyildi.
Müfti Abbas evin üstündə bir neçə tələbəyə dərs deyirdi. Onun ailəsi də həmin evdə idi və pilləkənin altında qamışdan tikilmiş çox balaca bir ev var idi. Birdən həmin qamış ev yanmağa başladı. Alov çox sür`ətlə pilləkənlərə və evin damına qalxdı. Hər yeri alov bürümüşdü.
Aşağı düşməyə başqa bir yol yox idi. Alovun istisindən və tüstüsündən hamı boğulmaq üzrə idi. Aşağı mərtəbədən qadınların şivən səsi eşidilirdi. Mə`lum idi ki, hamı yanğından həlak olacaq. Elə bu vaxt Müfti asimana tərəf baxdı. İki əlini göyə qaldırıb, göz yaşları tökərək dua etməyə başdadı. Duanı qurtarmamışdı ki, göyün üzündə bir bulud parçası göründü. Düz yanğın baş verən evin üstündə yağış yağmağa başladı. O qədər yağdı ki, yanğın söndü və mənzildə olanların hamısı qəti ölümdən nicat tapdılar.
Bir müddətdən sonra yağış dayandı. Qəribə orasıdır ki, yanğın baş verən mənzilin ətrafındakı evlərə hətta bir damla da yağış yağmamışdı. Bu kəramət səfər ayının 15-i 1274-cü hicri ilində, həftənin birinci günü baş vermişdir.
«Müfti Abbas ildırımla üz-üzə»
Bir gün Müfti Hindistanın Kanpur şəhərində Nəvvab Seyyid Baqir Əlixanın mənzilində qonaq idi. Mənzildən çöldə bir yer vardı ki, o orada ibadətlə məşğul idi. Həmin mənzilin ətrafı kərpic divar əvəzinə qurumuş otlarla örtülmüşdü ki, yanğına hazır idi.
Qürub vatxı idi. Ağa Müfti həmişəki adəti üzrə, xuzu və xuşu ilə namaz qılmağa məşğul idi. Elə bu vaxt göyün üzü buludla örtüldü. Birdən şimşək səsi yeri-göyü lərzəyə gətirdi və ildırım həmin yeri elə vurdu ki, ürəklər əsib, gözlər bərələ qaldı.
Həmin ildırım Ağa Müftinin ətrafında elə fırlandı ki, hamı elə bildi onu başdan-ayağa yandırdı. Hamının vücudunu dəhşət və qorxu elə bürümüşdü ki, gözlərini yumdular
Müfti deyirdi ki, həmin vaxt mənim halım elə idi ki, az qala nəfəsim kəsilirdi və boğulma halı məndə baş verdi. Kükürd iyini daha çox hiss edirdim və az qala can verəcəkdim. Həmin iztirablı və həyəcanlı halda “Ya Allah” kəlməsi dilimə gəldi. Elə bu vaxt ildırım məni buraxıb düz xətt üzrə bir ağaca tərəf hərəkət edərək, onu bütövlükdə yandırdı.
Bu hadisəni görənlər deyirlər ki, biz gördük ki, ildırım bir neçə dəfə Müftinin başına fırlanıb, sonra bir ağaca dəydi və onun altında olan heyvanlarla (inək və qoyun) birlikdə elə yandırdı ki, külü qaldı.
Ağa Müftinin böyük iman sahibi olması bu hadisədən mə`lum olur. Çünki, bu vaxta qədər heç kəs eşitməyib ki, ildırım adamı bu cür vura, amma o yanmaya.
Namazı qurtarandan sonra yenidən əvvəlki hala qayıtdım. Başa düşdüm ki, həmin vaxt ətrafdakılar qışqırırmış:
Vay, ağa öldü. Onlar deyirdilər:
Görürdük ki, elə bil alovlu bir papaq ağanın başı üstə idi.1
«Ölüm mələyi İmamın əmrinə tabedir»
Ayətullah Cəzayiri deyir ki:
Uşaq vaxtı əlacsız bir xəstəliyə tutulmuşdum və halım çox pis idi. Artıq ölüm əlamətləri məndə görünürdü. Bu elə bir vaxtda idi ki, Kazimeyndə çoxlu mö`cüzələr baş verir və hər gün yüzlərlə xəstə şəfa tapırdı.
Anam gedib evindəki hüseyniyyədə fəryad etdi:
Ey Musa ibn Cə`fər, Babul-həvaec (dərdlərin dərmanı). Sizin kəramət və mö`cüzələriniz təkcə sizin hərəminizə aiddirmi? Edə bilməzsiniz ki, Hindistana gəlib mənim ölüm ayağında olan uşağıma şəfa verəsiniz? Bunu deyərək özünü döyüb ağlayırdı.
Atam Müfti Seyyid Məhəmməd Əli Cəzayiri deyir:
Həmin vaxt mən yuxuda gördüm çox hündür və uca boylu ayağı yerdə, başı isə göylərə dəyən bir şəxs mənim yatağıma tərəf gəlir. Dedim:
Siz kimsiniz? Dedi:
Mən ölüm mələyiyəm, gəlmişəm bu uşağı özümlə aparam. Dedim:
Məgər anasının fəryad səsini eşitmirsən? O bu uşağı Babul-həvaicə zəmanət verib. Dedi:
Artıq faydası yoxdur. Çünki ömrü sona yetib.
Elə bu vaxt mən əl-ayağa düşüb, özümü itirdim. Yuxuda çağırdım: Ey Musa ibn Cə`fər! Ey Babul-Həvaec! Bizim dadımıza çat! Elə həmin vaxt gördüm ki, bir nurani şəxs mənim yatağımla Ölüm mələyi arasında göründü. Ölüm mələyi onu görən kimi yerində dayanıb, salam verdi. Həmin nurani şəxs dedi:
Nə üçün gəlmisən?
Ölüm mələyi dedi:
Bu uşağı qəbze-ruh etmək üçün. Çünki ömrü sona çatıb. Dedi:
Qayıt, çünki mən Allah-təaladan bu uşaq üçün artıq ömür istəmişəm.
Bu yuxudan sonra atam yuxudan oyandı. Amma anam hələ də hüseyniyyədə ah-nalə edirdi. Anamı çağırıb dedi:
Gəl uşağına bax, indi Babul-həvaec gəlib ona şəfa verdi.
Üzümə örtülən parçanı çəkəndə məni qıvraq və sağlam gördülər. Üz-gözümün rəngi açılmış və halım yaxşılaşmışdı.
«Ölü yenidən dirilir»
Ayətullah Cəzayiri (Müfti Seyyid Təyyib) deyir:
Mən Pakistanda, xüsusilə də Pəncab məntəqəsində, Əhli-beytsevərlərin evlərinin üstündə bayraq görürdüm ki, üzərində “Ya Abbas” yazılmış və Həzrət Əbülfəzl bayrağı adı ilə məşhur idi. Bu işin fəlsəfəsi mənim üçün aydın olmadığından, onlardan təqlid etməyə hazır deyildim. Amma zaman keçdikcə onun xeyir-bərəkətini görürdüm. Mən də Nəcəf-Əşrəfdəki mənzilimdə bu bayrağı (pərçəmi) taxdım. Əlhəmdülillah, indiyə qədər ki, mənzilim Qum şəhərindədir, bu bayraq mənim evimin üstündədir və mən çoxlu fövqəladə kəramətlərini müşahidə etmişəm.
O cümlədən, Nəcəf-Əşrəfdə olduğum bir vaxtda, günlərin birində uşaqlarımdan biri ki, böyük qızım idi, güclü ishal olmuşdu. Mən çox ciddi yanaşmayıb, öz-özümə dedim ki, yəqin istidən olub. İnşallah cüz`i dərmanlarla yaxşı olub keçər.
Günortadan sonra evə qayıdanda, anası dedi: Qıza bax, halı çox pisdir. Gərək onu həkimə aparaq. Elə bu vaxt qızım ayağa qalxıb, ayaqyoluna getmək istəyəndə, addım ata bilməyib yerə yıxıldı. Gözlərini yumdu və ağzı qıfıllandı. Nəbzi də vurmurdu.
Tez evin damına qalxıb Həzrət Əbülfəzlin bayrağını gətirib qızın başı üstə sərdim. O Həzrəti adıyla çağırmağa başladım. O biri uşaqlarıma da dedim ki, siz də Abbas, Abbas deyib, çağırın.
Hamımız qışqırırdıq:
Ey Abbas, ey Abbas! Mən gah ey Abbas deyir, gah da xəstə qızımın adını çağırırdım.
Birdən gördüm ki, xəstə qızımın bədəni titrədi və gözlərini açdı.
Soruşdum:
Necəsən? Dedi:
Yaxşıyam. Bundan qabaq elə bilirdim ki, dərin bir quyuya düşürəm və sizin səsiniz də uzaqdan gəlirdi ki, məni çağırırsınız. Həmin vaxt gördüm ki, bir şəxs əlini uzadıb məni tutdu və həmin qaranlıq quyudan çıxartdı.
Bu əhvalatdan sonra, uşağın yaxşılaşmasına baxmayaraq, ehtiyat üçün onu xəstəxanaya apardıq. Orada qan analizi verdikdən sonra dedilər ki, zəhərlənibmiş, indi gərək xəstəxanada yata.
Mən uşağın anasına dedim:
İndi ki, Həzrət Abbas ona şəfa verib və halı da yaxşıdır, niyə onu xəstəxanada yatırdaq? Evə gəldik və qızımın halı lap yaxşılaşdı.
Dostları ilə paylaş: |