−Алимләрин кәрамәтләри−


«Allahdan istədim ki, hələ sağ qalasan»



Yüklə 2,53 Mb.
səhifə7/33
tarix11.06.2018
ölçüsü2,53 Mb.
#53321
1   2   3   4   5   6   7   8   9   10   ...   33

«Allahdan istədim ki, hələ sağ qalasan»


Şeyx Ənsarinin şagirdlərindən olan Şeyx Mahmud Əraqi “Darüs-səlam” kitabında Hacı Seyyid Əli Şüştərinin övladından belə nəql edir:

1260-cı qəməri ilində Nəcəf-Əşrəfdə vəba xəstəliyi yayılmışdı. Bir gecə gecə yarısı mərhum atam (Hacı Seyyid Əli Şüştəri) da bu xəstəliyə tutuldu. Onu rəngi qaçmış və pərişan halda görəndə çox qorxdum. Öz-özümə dedim ki, əgər atam vəfat etsə Şeyx bizi danlayacaq ki, niyə Seyyiddin əyadətinə gəlməsi üçün ona qabaqcadan xəbər verməmişik. Çırağı yandırdım ki, Şeyxin mənzilinə gedib Seyyidin ağır xəstə olduğunu ona xəbər verim. Seyyid (atam) dedi:

Neyləyirsiniz? Ərz elədik:

İstəyirik gedib Şeyxə xəbər verək. Dedi:

Lazım deyil, özü indi gələcək. Bir az keməmiş mənzilin qapası döyüldü. Seyyid dedi:

Qapını açın, gələn Şeyxdir. Qapını açdıq. Gələn Şeyx Ənsari və rəhmətlik Molla (xadim) idi. Şeyx dedi:

Hacı Seyyid Əli necədir? Dedik:

İndi ki, bu xəstəliyə yoluxub, Allah özü rəhm eləsin. Dedi:

İnşallah, heç bir qorxusu yoxdur. İçəri girəndə Seyyidi pərişan və narahat görüb dedi:

Narahat olma, inşallah yaxşı olacaqsan. Seyyid ərz elədi:

Hardan bilirsən? Dedi:

Mən Allahdan arzu eləmişəm ki, sən məndən sonra sağ qalıb, mənim cənazəmə meyyit namazı qılasan. Seyyid dedi:

Niyə bunu arzulamısan (istəmisən)? Dedi:

Bir istək idi ki, qəbul da olub. Şeyx oturub Seyyidlə bir az söhbət etdikdən sonra qalxıb getdi. Ertəsi gün Şeyx tədrisini (dərsini) qurtarandan sonra dedi:

Deyirlər Hacı Seyyid Əli xəstədir. Tələbələrdən kim onun əyadətinə getmək istəyirsə, mənimlə gəlsin. Şeyx minbərdən aşağı enib bir dəstə tələbəylə Seyyidin evinə getdi.

Şeyx evə daxil olanda xəbərsiz adam kimi Seyyidin halını soruşmağa başladı. Mən istədim deyəm ki, ey Şeyx, dünən axşam siz buradaydınız və Seyyidin halından da xəbəriniz var. Birdən Seyyid barmağını dodağının üstünə qoyaraq mənə işarə etdi və mən də susub heç nə demədim.

Seyyidin halı yaxşılaşdı və Şeyx vəfat edənə qədər sağ qaldı. Şeyxin vəsiyyət etdiyi kimi onun cənazəsinə atam meyyit namazı qıldı.1

«Pulu bölüşdürün»


Şeyx Məhəmməd Hüseyn Kazimi belə nəql edir:

Hər axşam xiftən namazından sonra hərəmə daxil olub, hərəmin qapısı kənarında üzüm zərihə tərəf və divara söykənib ziyarətnamə oxuyardım. Adətən, axşamlar Şeyx Murtəza Ənsarinin hərəmə girib-çıxdığı vaxt, mənim hərəmdə olduğum vaxta təsadüf edirdi.

Təsadüfən bir axşam Şeyxlə rastlaşdığım zaman yavaşca bir pul kisəsini ovucuma qoyub dedi:

Bu pulların yarısı sənin, yarısını da öz şagirdlərinin arasında bölərsən.

Hərəmdən çıxıb evə qayıtdım. Pulları sayanda gördüm ki, mənim payım borcum qədərdir. Öz-özümə dedim: Borcumun hamısını qaytararam, qalan pulları da tədricən şagirdlərə verərəm. Mən bu haqda heç kimlə danışmadım.

Yenə bir axşam hərəmdə olduğum vaxt, Şeyx mənim yanımdan keçəndə yavaşca qulağıma pıçıldayıb dedi:

Ey Şeyx, siz şagirdlərin pulunun hamısını onların arasında bölün, mən yenə sizə pul verərəm.

Bu əhvalatdan sonra başa düşdüm ki, Şeyxin mənim nə fikirləşdiyimdən xəbəri varmış. Beləliklə öz fikrimdən daşındım və onun necə böyük məqam sahibi olduğunu dərk etdim.1


«Qonağın uşağına nəvaziş»


Hacı Seyyid Məhəmməd Həsən Cəzayiri Seyyid Məhəmməd Təqi Təbatəbaidən, o da Kərbəla ə`yanlarından olan Seyyid Cə`fər Sabitidən belə nəql edir:

Bir dəfə uşaq vaxtı atamla birlikdə Kərbəladan Nəcəf-Əşrəfə gəldik. Həzrət Əlinin (ə) hərəmini ziyarət etdikdən sonra atam dedi:

İmam Əli Murtəzanı ziyarət etdik, indi isə gedək Şeyx Murtəzanı da ziyarət edək.

Atamla birlikdə Şeyxin mənzilinə getdik. Qapını döyəndə Molla adlı bir şəxs (xadim) qapını açdı. Həyətdə oturub Şeyxi gözlədik. Molla Şeyxi çağırandan sonra Şeyx də gəlib bizimlə əyləşdi. Bir az keçəndən sonra Molla bir sinidə nahar yeməyini gətirib qabağımıza qoydu. Nahar bir qab bozbaş, bir neçə dənə xurma və 3 tikə çörəkdən ibarət idi.

Şeyx çörəyi doğrayıb bozbaşın içinə tökdükdən sonra yeməyə başladıq. Amma mən bozbaş çox dadsız olduğuna görə bir neçə xurma yeməklə kifayətləndim.

Nahar yeməyindən sonra Şeyxlə sağollaşıb evə qayıtdıq. Yolda atamdan soruşdum:

Axı o dadsız bozbaşı necə o cür ləzzətlə yeyirdin? Dedi:

Sən o yeməyin tə`sirini bilmirsən. Evə qayıdanda, anamdan yeməyə bir şey istədim. soruşdu:

Məgər siz qonaq getməmişdiniz? Dedim:

Bəli, dilənçi evinə və onların yeməyindən yemədim.

Səhəri gün atamla hərəmə getdik. Təsadüfən Şeyx də hərəmdə idi. Şeyx ziyarətnaməni oxuyub qurtarandan sonra mənim əlimdən tutub, atamla birlikdə hərəmdən çölə çıxdıq. “Qiblə” qapısının (hal-hazırda Şeyxin məqbərəsi orada yerləşir) yanında mənə dedi:

Desəyən, dünən dilənçi evindəki yemək xoşuna gəlməmişdi. İndi isə bunları götür. Ovucumun içinə iki lirə qoyub getdi. Mən çox təəccübləndim. Çünki bu sözləri ancaq anama demişdim və bizim yanımızda da başqa bir adam olmamaşdı ki, Şeyxə xəbər versin. Elə ondan sonra o dindar fəqihin böyük şəxsiyyət olduğu mənə aydın oldu.1


«Xalis incilər silsiləsindən»


İmam Sadiq (ə) buyurur: “Hüzn və qəm ariflərin şüarıdır. Çünki onların qəlblərinə daim qeybdən çoxlu xəbərlər daxil olur və İlahinin camal və cəlal çətri altında olmaq iftixarını daşıyırlar.

Hərçənd arifin zahiri tutqun və qəmlidir, amma batini aydın və genişdir. Onun camaat arasında yaşayışı zahirdə bir xəstə həyatına bənzəyin və Allahla əlaqəsi isə müqərrəblərin həyatı kimi, tam meyl və rəğbətlədir.2


«Çox qürurlanma»


Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir:

İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəf-Əşrəfə yollandım və Şeyxin dərslərinə qatıldım. İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim. Nə qədər sə`y etsəm də faydası olmayırdı.

Nəhayət bir gün həzrət Əmirəlmö`mininə (ə) mütəvəssil oldum. Axşam yuxuda gördüm ki, Həzrətin hüzurundayam. Əli (ə) mənim qulağıma “Bismillahir-Rəhmanir-Rəhim”i oxudu.

Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm. Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı. Bir neçə gündən sonra artıq sinifdə mən də dərs haqqında öz fikrimi söyləyirdim.

Bir gün dərsdə Şeyxlə çoxlu bəhs edib, səhv tuturdum. Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim. O yavaşca qulağıma pıçıldayıb dedi:

Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzalin”ə qədər oxuyub. O bunu deyib getdi. Mən bu işdən çox təəccübləndim və başa düşdüm ki, Şeyx kəramət sahibidir. Çünki o vaxta qədər yuxumu heç kimə danışmamışdım.3



Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin