−Алимләрин кәрамәтләри−


«Övladımın ölümünü yetir»



Yüklə 2,53 Mb.
səhifə5/33
tarix11.06.2018
ölçüsü2,53 Mb.
#53321
1   2   3   4   5   6   7   8   9   ...   33

«Övladımın ölümünü yetir»


Fəthəli şah Qacarın Mirzə Qumiyə böyük hörməti vardı. Hər dəfə Quma gələndə, Mirzəni də ziyarət edərdi. Mirzə də əlacsız qalıb onunla həmsöhbət olardı. Əlbəttə, həmişə ona nəsihət edərdi. Bir gün Mirzə, Fəthəli şahın uzun saqqalına əl çəkib dedi:

Ey padşah, elə iş görmə ki, qiyamət günü bu saqqalın cəhənnəm odunda yansın. Həmin görüşdə Fəthəli şah gördü ki, çox ədəbli bir cavan onlar üçün çay gətirdi. Mirzədən soruşdu:

Bu cavan oğlanın sizinlə nə nisbəti var. Mirzə dedi:

Oğlumdur. Fəthəli şah cavan oğlanın camal və kamalına heyran qalmışdı. Mirzəyə dedi:

Mənim də bir qızım var. İstəyirəm sənin oğluna verəm. Mirzə dedi:

Mənim sizinlə qohum olmağım düzgün deyil. Bu istəyindən vaz keç. Fəthəli şah israr edib dedi:

Gərək bu iş baş tuta. Mirzə çarəsiz qalıb dedi:

Elə isə bizə bir gecə möhlət ver ki, fikirləşək. Fəthəli şah onlara bir gecə möhlət verdi.

Həmin axşam gecəyarısı Mirzə gecə namazı qılmaq üçün yuxudan oyandı. Namazın əvvəlində belə ərz elədi:

İlahi! Mən çox yaxşı bilirəm ki, əgər bu əlaqə baş tutsa, elə bilirəm sənə olan məhəbbətim azalsın. Əgər bu işin vəslətin zərəri olacaqsa onda övladımı öldür.

Gecə namazının ikinci rək`ətində ikən arvadı gəlib dedi:

Oğlun bərk sancılanıb. Namazın dördüncü rək`ətində yenə arvadı gəlib dedi:

Oğlunun halı çox pisdir. Nəhayət namazın on birinci rək`ətində oğlunun ölüm xəbərini verdilər. Mirzə Qumi namazdan sonra şükür səcdəsi etdi. Bu çıxılmaz vəziyyətdən nicat taparaq şahın onlarla heç bir rabitəsi baş tutmadı.

Maraqlısı bu idi ki, Mirzə Qumi şaha da belə bir məktub yazdı:

Sənə olan azacıq məhəbbət və rabitəmi də kəsdim və sənə nifrət edirəm. Özüm də çərşənbə bu dünyadan köçəcəyəm. Məktubu möhürləyib şaha göndərdi.

Təsadüfən məktub çərşənbədən əvvəl Fəthəli şaha çatdı. Əmr etdi ki, tez faytonu hazırlasınlar. Özünü Tehrandan tez Quma çatdırmaq istəyirdi ki, bəlkə Mirzə ilə görüşə bildi. Qumun Əliabad kəndinə çatanda Mirzə Quminin vəfat xəbərini eşitdi. Əmr etdi ki, Quma çatmamış cənazəni dəfn etməsinlər. Özünü Mirzə Quminin cənazəsinin başı üzərinə çatdırıb ağlamağa başladı. Şah dedi:

Ay Mirzə, sən məni rədd etdin, amma mən səni çox istəyirdim.1

«Xalis incilər silsiləsindən»


İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala mə`rifət və agahlıq üzündən olmayan əməli qəbul etməz və mə`rifət də əməlsiz olmaz. Deməli kimin mə`rifəti olsa, ona əməlində bir bələdçi olacaqdır. Kim əməl etməzsə, mə`rifəti yoxdur. Bilin ki, imanın hissələri biri digərindən asılıdır!”

«Həqiqi sərraf»


Günlərin birində zahid alim, təqva və kəramət sahibi, şiənin fəxri Molla Mehdi Mollakitab Nəcəf-Əşrəfdə həzrət Əlinin (ə) hərəminin həyətində bir qrup tanışları ilə birgə oturmuşdu. Elə bu zaman Şeyx Cavad Amuli çox narahat halda gəlib onların kənarında oturdu. Molla Mehdi ondan narahat olmasının səbəbini soruşanda dedi:

Bazarda bir dükançıya 6 tümən borcluyam və bu gün çox kobud bir tərzdə məndən öz borcunu istədi. Amma mənim isə borcu qaytarmağa pulum yoxdur. Şeyx dedi:

Narahat olma, borcunu mən ödəyərəm. Orada olanlar bilirdilər ki, Şeyxin pulu yoxdur və zarafatla dedilər:

Haradan ödəyəcəksən? Ya da ki, o yəhudi sərrafın yanına göndərə bilərsən. Dedi:

Onu əsil sərrafın yanına göndərirəm. Ey Şeyx Cavad, səni Əmirəlmö`mininə (ə) tapşırdım. Get o məbləği Həzrətdən al.

Şeyx heç vaxt bihudə və hədər söz danışmadığı üçün, Şeyx Cavad qəbul etdi. Ayağa qalxıb hərəmə yollandı. Bir az keçməmiş içində 6 tümən (30 şami) olan pul kisəsiylə qayıtdı. Dedi:

Hərəmə daxil olub ərz elədim:

Ey Əmirəlmö`minin, mən ziyarətə gəlməmişəm. Məni Şeyx Mehdi sizin hüzurunuza göndərdi və 6 tümən üçün gəlmişəm. Sonra mübarək zərihi öpüb, neçə addım atmışdım ki, bir şəxs məni çağırıb dedi:

Al, bu Şeyxin tapşırdığı məbləğdir. Çox təəccüblü və heyran halda onu aldıqdan neçə saniyədən sonra ətrafa baxdıqda daha onu görmədim.1

«Dostun diyarına gedən yol»


Şeyx Mehdi Mollakitab ömrünün sonuncu ilində Həccə getmək arzusuna düşdü. Ona dedilər ki, yaxşısı budur Kərbəlaya gedin. Ərəfə günü İmam Hüseynin (ə) hərəmində olmaq həccin savabından yüksəkdir. O dedi:

İki şeyə görə həccə getmək istəyirəm. Birincisi, əgər birdən həccə gedəndə ya qayıdanda vəfat etsəm Allah-taala məni behişt bağına daxil edər. Həmin bağ Məkkə yolunda vəfat edənlərə məxsusdur. İkincisi, bəlkə Həzrət Sahibəzzəmanla (ə) birlikdə olmaq iftixarı mənə nəsib oldu.

Mə`lum olduğu kimi İmam Zaman (ə) hər il həcc mərasimində iştirak edir. Şeyx bir qrup xas adamlarla, o cümlədən Seyyid Hüseyn Nəhavəndi, şeyx Məhəmməd Ubudi və digər fazil alimlərlə Məkkəyə yola düşdü. Məkkədən qayıdanda Şeyx Mehdi Mollakitab Nəcd ərazisində vəfat etdi və az bir fasilə ilə Seyyid Hüseyn də dünyasını dəyişdi. Karvandakılar cənazələri Nəcəf-Əşrəfə aparmaq istədikdə xəbis karvanbaşı bu işdən xəbərdar olub bunu Nəcdin şeyxi və Vəhhabilərin böyüyü İbn Səuda xəbər verdi. Vəhhabilər cənazəni bir yerdən başqa yerə aparmağı bid`ət saydıqları üçün, cənazəni Nəcəfə aparmaq istəyənlər, mə`murlar gəlib çıxmamış, şeyx Mollakitabın və Seyyid Hüseyn Nəhavəndinin cənazələrini elə Nəcd ərazisində dəfn etdilər. Qəbirlərin üstünü hamarlayıb, izi itirsələr də, buna görə çox narahat oldular.

Səhəri gün şeyx Məhəmməd onlara dedi:

Narahat olmayın, mən öz gözümlə gördüm ki, dünən axşam cənazələr Nəcəf-Əşrəfə aparıldı. Dedilər:

Nə gördün? Şeyx Məhəmməd dedi:

Dünən gecədən bir az keçmiş olardı ki, siz yatmışdınız. Amma mən oyaq idim və ocağın yanında oturub qızınırdım. Birdən, Şeyxin qəbrinin yanında bir dəstə atlı gördüm. Soruşdum:

Nə iş üçün gəlmisiniz? Dedilər:

Gəlmişik Şeyxi Əmirəlmö`mininin (ə) qonşuluğuna aparaq. Sonra gördüm ki, Şeyx də atlıdır və onlarla gedir. Mən onların ardınca düşüb dedim:

Mən də sizinlə gəlim. Dedilər:

Qayıt, olmaz. Onlar Nəcəf-Əşrəfə yollandılar. Mən bir neçə addım atandan sonra, Şeyx mənə üz tutub dedi:

Geri qayıt, hələ sənin bizimlə gəlmək vaxtın çatmayıb. Amma narahat olma, sevin ki, səni də ayın 3-də cümə günü Əmirəlmö`mininin (ə) hərəminə gətirəcəklər.

Qayıtdım və atlıların arasında dünyadan köçmüş alimlərdən Seyyid Sadiq Fixam və başqalarını da gördüm ki, mən onları tanıyırdım. Sözümün doğruluğunun əlaməti də budur ki, mənə xəbər verdikləri kimi, ayın 3-də cümə günü vəfat edəcəyəm. Onun dediyi kimi də oldu. Həmin tə`yin olunmuş gün çatanda Şeyx Məhəmməd Ubudi vəfat etdi.1


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin