Birincisi: Hiss və təcrübə yolu ilə alınan nəticələri bir yerə toplamaq mərhələsi.
İkincisi: əqli mərhələ, yəni ümumi və məqbul bir nəticə çıxarmaq üçün əldə olunan nəticələri bir-biri ilə uyğunlaşdıraraq tənzim etmək.
Amma alimlərin bu barədə çox çalışmasına baxmayaraq, təcrübə və hissiyyatın əql qüvvəsindən ehtiyacsız olması müddəasını yenə də doğrulda bilmədi.
Təbii hadisələr üzərində tədqiqat aparan alimlər təbiətin sirlərini və qanunlarını yalnız o zaman kəşf edə bildilər ki, birinci mərhələdə təfəkkür olmadan, sadəcə hiss və eksperimental müşahidələr yolu ilə əldə etdiklərini bir yerə topladıqdan sonra, ikinci mərhələdə əql qüvvəsinin köməyi ilə onların arasındakı asılılığı tapıb elmi nəticələr aldılar. İndiyə qədər heç bir elmi ixtira və kəşf ikinci mərhələ olmadan elə birinci mərhələdə kəşf olunmamışdır. Çünki birinci mərhələnin məlumatları həmişə hiss olunan hadisələrdir. İkinci mərhələnin məsələləri isə əqlin dərk edərək nəticə aldığı işlərdir. Bunları yalnız əql dərk edir və birbaşa hiss üzvləri ilə dərk oluna bilməz.
Misal üçün ümumdünya cazibə qanununu göstərmək olar. Nyuton3 cisimlər arasında qarşılıqlı cazibə olduğunu birbaşa hiss etməmişdi. O, (bu qanunu kəşf etməzdən qabaq) bu qüvvənin cisimlərin arasındakı məsafənin kvadratı ilə tərs mütənasib, həmçinin bu cisimlərin kütlələrinin hasili ilə düz mütənasib olduğunu bilmirdi. Sadəcə olaraq o, yerə doğru şaquli istiqamətdə hərəkətdə olan bir daşın düşməsini müşahidə etmişdi. Yaxud Ayın Yerin ətrafında, planetlərin günəş ətrafında fırlanmasını görüb düşünməyə başlamış, sonra vaxtaşırı bu hərəkətləri izah edib ümumi bir nəticəyə gəlməyə çalışmışdı. Bu məqsədlə Qalileyin yerə düşən cisimlərin sərbəstdüşmə təcilinin sabit və dəyişməz olması, dairəvi hərəkətdə isə dəyişən təcil barəsindəki nəzəriyyəsini araşdırdı. O, Keplerin planetlərin hərəkəti barədə dediyi hər bir planetin günəş ətrafına fırlanma zamanının kvadratı, aralarındakı məsafənin kubu ilə mütənasibdir qanunundan istifadə edərək cazibə qanununu kəşf etmişdir.
O, bu fərziyyəni irəli sürdükdən sonra sübut etdi ki, iki cisim arasındakı cazibə qüvvəsi onların kütlələri düz, aralarındakı məsafə ilə tərs mütənasibdir və özlərinin kütlə, həcm və aralarındakı məsafədən asılı olaraq bir-birinə təsir edirlər.
Hiss və eksperimental təcrübə üslubunun kainatın sistematik qanunlarını araşdırıb onda olan qanunauyğunluğu və Allahın varlığına dəlalət edən hikmətli dəlilləri aşkar etməsi Ona iman gətirmək üçün ən yaxşı və yeni bir dayaq olardı. Amma yalnız təbii elmlərdə tədqiqat aparan alimlər bu məsələyə əhəmiyyət verməyib onun işıqlandırılması yolunda ciddi səy göstərmədilər. Hələ də bu alimlər, bəşərin təbii elmlər barəsindəki mövcud təsniflərinə görə fəlsəfi sayılan bu məsələyə diqqət yetirməmişlər. Amma çox keçmədən fəlsəfə aləmində, elm və onun predmetlərindən daha geniş miqyasda olan yeni fəlsəfi-məntiqi cərəyanlar meydana gəldi və bu üslubun (eksperimental üslubun) fəlsəfi və məntiqi metod kimi təqdim olunmasına çalışdılar. Onlar bu qərara gəldilər ki, idrak və mərifətin yeganə yolu hissdir və insanın idrakı onun hiss və duyğularının hüdudlarından o tərəfə aşa bilmir. Hər hansı bir şey hiss olunan və təcrübi olaraq dərk edilən olmasa, insan onun varlığını isbat edə bilməz.
Bununla da, hissi və eksperimental təcrübəyə kəskin təmayül Allahı inkar etmək üçün bir vasitə oldu. Onlar öz müddəalarını belə əsaslandırırdılar: Allah gözlə görünüb hiss olunan varlıq deyilsə, deməli Onun sübut olunması üçün heç bir yol yoxdur.
Amma bu metod, təcrübi yolla müvəffəqiyyətlər qazanan alimlərin getdiyi yol deyildi; əksinə, o, özünün xüsusi məntiq və fəlsəfi nəzəriyyələri ilə bu üslubu düzgün olmayan şəkildə yozan filosofların əlində bir bəhanə idi.
Bu ifratçı nəzəriyyələr tədricən və bir neçə cəhətdən paradoksla qarşılaşdı:
Dostları ilə paylaş: |