Аллаһын елчиси


PEYĞəMBəR ŞəHəRİ Və MəQSəDLəRİN TəMİNİ



Yüklə 1,08 Mb.
səhifə50/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   46   47   48   49   50   51   52   53   ...   130

PEYĞəMBəR ŞəHəRİ Və MəQSəDLəRİN TəMİNİ


Mədinə camaatının fədakarlığı bu şəhər üçün böyük iftixara səbəb oldu və şəhər qonaqlara öz isti qoynunu açdı. Mədəni bir cəmiyyətin bünövrəsi quruldu. Elə bir mədəniyyət yarandı ki, həmişə parlasın. Buna görə də həzrətin hicrəti münasibəti ilə Yəsrib adı fəzilət ifadəsi «Mədinətün-nəbi» adı ilə əvəz olundu.

Mədinə siyasi, ictimai, hətta etiqadi baxımdan Məkkədən fərqlənirdi. Siyasi nöqteyi-nəzərdən qüdrət Məkkədə olduğu kimi küfr və şirk başçılarının əlində deyildi. Qurana münasibətdə ictimai cəhətdən mülayim, xoş mədəniyyətə malik idi. Etiqad baxımından da burada şirk və küfr Məkkədəki kimi deyildi. Əhalinin çoxu kitab əhli, xüsusi ilə yəhudi idi. Eləcə də tanınmış adamların böyük bir hissəsi müsəlman olmuşdu. Bu səbəbdən də Məkkədə olduğu kimi müsəlmanlara qarşı hansısa bir dəstə çıxmırdı və onların öz qüvvələrini möhkəmləndirmək imkanı yaranırdı.

Peyğəmbərin (s) Mədinəyə daxil olması və layiqincə qarşılanması islam və Peyğəmbərin mövqeyini Mədinə ətrafında geniş şəkildə formalaşdırdı. Ətrafdan, hətta Həbəşə kimi uzaq yerlərdən insanlar müsəlmanlığa üz tutdular. Mədinənin siyasi durumundan faydalanmaq üçün Peyğəmbər (s) münasib fürsət əldə etdi. Mütəşəkkil, vəfalı, böyük məqsəd yolunda fədakar müsəlmanlar əl-ələ verdilər. Onlar həzrətlə (s) beyət bağladılar ki, ilahi dəyərləri müdafiə edəcəklər.

Peyğəmbər (s) vahid ümmət və yeni siyasi ilahi quruluş təşkil etməklə Mədinədə yeni bir nizam yaratdı. Mədinədə söhbət yalnız şirk və bütpərəstliklə mübarizədən yox, islamın ictimai-siyasi məsələlərinin qurulmasından gedirdi. Mədinədə qarşıda bu məsələ dururdu ki, müsəlmanlar etiqadi, iqtisadi, hüquqi, ictimai-siyasi, hərbi sahələrdə islamdan faydalana bilsinlər. Bu mövzular Quranın Mədinə surələrindən məlumdur. Məkkə surələrində şirk, küfr, əxlaqsızlıqdan danışılırsa, insanlar tövhid və gözəl əxlaqa dəvət edilirsə, artıq Mədinə surələrində ilahi vəhyə əsaslanan siyasi bir quruluşdan söhbət gedir.

Peyğəmbər (s) üçün Mədinədə qalmaq fürsəti on ildir. Bu on il müddətində Peyğəmbər (s) mütəşəkkil bir ümmət hazırlayır ki, həqiqətin yolunu hamarlamaq, ilahi dəyərləri həyata keçirmək üçün onlar maneələri aradan qaldırırlar. Siyasi, ictimai, hərbi qüvvə ilə Məkkədə Qüreyşin küfr başçılarına etiraz edilir. On ildən də az müddətdə Məkkə fəth olunur. Əbu Süfyanlar qorxudulub, təslim edilirlər. Bu on il ərzində həzrətin (s) şəxsən iştirak etdiyi iyirmi yeddi döyüş qeydə alınıb. Xalqın möhkəmliyi əsasında ilahi yardım olmasaydı, bu qanlı döyüşlərdən biri cavan islam ümmətinin bünövrəsini sarsıdardı. Lakin Peyğəmbərin (s) ilahi rəhbərliyi haqq ordusunda hökm sürən vəhdət və müqavimət onları batillə döyüş meydanında möhkəmləndirdi və gözqamaşdırıcı qələbələr gətirirdi. Nəhayət, həmin qüdrətdən faydalanaraq o dövrün hökmranları – Rum və İran kim möhtəşəmlərlə qarşılaşdılar. Peyğəmbər (s) onları haqqa təslim olaraq qurtulmağa çağırırdı. Pərakəndə bir xalq arasında mütəşəkkilik və qardaşlıq yaratmaq həzrətin (s) rəhbərliyinin nailiyyətlərindən idi və tarixdə bunun misli görünməmişdi. Peyğəmbər öz risalətində bütün cəhətlərdən nail oldu və risalətin böyük hədəfləri təmin edildi. Bu hədəflərin əhəmiyyətini nəzərə alaraq gələn bəhsdə bu barədə danışacağıq.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin