Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə9/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   5   6   7   8   9   10   11   12   ...   130

İBRAHİMİN (ə) İSTəKLəRİ


Kəbə yenidən qurulandan sonra İbrahim öz istəklərini Allaha bildirdi: «Pərvərdigara, bu torpaqları əmin-aman qərar ver, bizi övladlarımızı bütlərin ibadətindən uzaq et» («İbrahim» 35). «İnsanların qəlbini mənim övladlarıma qarşı mehriban buyur» («İbrahim» 37). «Ey Rəbbim, məni , nəslimdən olanları da namaz qılan et, duamı qəbul buyur» («İbrahim» 40). «Xudaya, bizə ailə uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur bizi pəhrizkarlara rəhbər et» («Fürqan» 74). Öz nəsli üçün cəmiyyətə rəhbərlik və namazda sabitlik İbrahimin istəklərindəndir. Eləcə də, o, Allahdan istəyir ki, onun nəslindən ilahi ayələri tilavət edən, xalqı tərbiyələndirən bir peyğəmbər seçsin. («Bəqərə» 129).

Allah-taala İbrahimin istəklərinə diqqət yetirib, Kəbəni öz amanında qərar verir. («Bəqərə» 125). Eləcə də İbrahim nəsilində ilahi rəhbərlər seçilir. «Biz İbarhimin övladına da kitab hikmət vermiş, böyük mülk bəxş etmişdik» («Nisa» 54). Əksər peyğəmbərlər, xüsusi ilə də Bəni-israil peyğəmbərləri mülk sahibi olmaqla İbrahimin nəslindəndirlər. («ənbiya» 73). «Allah möminlərə lütf mərhəmət göstərdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı hikməti öyrədən bir peyğəmbər göndərdi» («Ali-imran» 164).

Həzrət Məhəmməd (s) buyurur: «Mən İbrahimin duasının qəbuluyam». Allah-taala İbrahimin nəslindən büdpərəstlikdən çəkilmiş insanlar yaratdı və büdpərəstliyi heç zaman tanımamış bu şəxslər son peyğəmbərin babaları seçdilər.

İBRAHİM DİNİNİN DAVAMI


İbrahim-xəlil (ə) ülul-əzm, kitab və şəriət sahibi olan peyğəmbərlərdəndir. Bir çox dini əməllərin, həcc mərasiminin bünövrəsinini qoymuşdur. O, «Rəbbimiz, bizə həcc əməllərini ibadət qaydalarını göstər», deyə dua edir, bu biliklərə vəhy yolu ilə yiyələnir, ilbə il dünyada genişlənən ilahi dinin əsasını qoyur. İbrahim (ə) və onun ardıcılları həcci yerinə yetirib, ərəfat və minaya gedirdilər, qurban kəsirdilər, təvaf və səy icra edirdilər. Həcc işlərinin idarəsi, ziyarətçilərin qayğısına qalmaq İbrahim (ə) övladları arasında nəsildən nəsilə ötürülüb. Bu fəaliyyətlər islamın zühuruna qədər Məkkə əhalisi arasında məlum idi. Yəqubi bu barədə yazır: «Qüreyş və Möd ibni ədvanın (ərəbi) bütün övladları İbrahim (ə) ayinlərində olub, həcci yerinə yetirirdilər. Qonaqları əziz tutur, uyğun aylara hörmət qoyurdular. Zülm və fəsaddan çəkinir, günahkarları cəzalandırırdılar». («Tarixe Yəqubi» 1-ci cild).

Möd Peyğəmbərin (s) on doqquzuncu babası idi. İbrahim (ə) ayinləri onların dövründə davam etmiş və Peyğəmbərin atası Əbdüllaha, Peyğəmbərin (s) özünə çatmışdır. Beləcə, Məkkə daim tövhid (təkallahlıq) mərkəzi, onun əhalisinin çoxu təkallahçı, Məkkənin rəsmi dini İbrahim-xəlildən son peyğəmbərədək İbrahim dini olmuşdur. Məkkə ətrafında, xüsusi ilə Mədinədə məsihilik və yəhudilik nüfuz etmişdir.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin