RəSULULLAH (S) Və XALQLA YAXINLIQ
Cəmiyyətin rəhbərləri, xüsusi ilə də siyasi rəhbərlər xalqdan uzaq gəzirlər. Bir növ özlərini xalqdan yuxarı bilirlər. Bu uzaqlığın iki nöqsanı vardır. Bir tərəfdən bu uzaqlıq tərbiyədə mühüm rol oynayan səmimiyyəti aradan qaldırır. Digər tərəfdən qalqın rəhbərlərə öz dərdini deməyə ehtiyacı var. Əgər səmimiyyət olmasa rəhbərlər xalqın dərdini necə bilə bilər? Bu halda böyük bir nöqsan ortaya çıxır.
Üçüncü tərəfdən rəhbərliklə xalqın arasındakı səmimiyyət xalqı onlara bağlayır. Bu bağlılıq olduqda rəhbərlər və xalq birləşir. Həm xalq öz çətinliklərini asanlıqla deyir, həm də müdiriyyət tam agahlıqla öz işini yerinə yetirir. Bu vaxt xalq hökuməti müdafiə edir və müvəffəqiyyət üçün yol açılır. Xalqla rəhbərlik arasında fasilə artıqdca nöqsanlar da çoxalır.
Böyük ilahi peyğəmbərlərin, xüsuilə də həzrətin böyük müvəffəqiyyətlərindən bir xalqa səmimi əlaqədir. Peyğəmbərlər öz sadəliklərinə görə xəmi rəhbər olmuşlar. Ona görə də öz risalətlərinin icrasında daha çox müvəffəqiyyət qazanmışlar. Heç bir rəhbər bu qədər müvəffəq olmamışdır. Allah bu müvəffəqiyyəti tə’rif edir: «Salam olsun peyğəmbərlərə» («Saffat» 181).
Peyğəmbərlər arasında həzrətin yolu daha da aydındır. O, xalq arasından çıxmış xalqla birgə dayanan dini ictimai, siyasi bir rəhbərdir. Onunla ümmət arasında o qədər dərin bağlılıq vardır ki, onun ardıcılları bir parça eşq və əlaqədirlər. O, ən üstün insan olsa da, özünü xalqdan artıq bilmirdi. O, mö’minlərlə o qədər səmimi idi ki, onların sözünü qəbul edirdi. Allah-taala da onun bu xasiyyətini tə’rif edir ki, xalqı bu sayaq dinləmək və xalqa bu sayaq e’timad göstərməyin mühakiməsi yoxdur. «Peyğəmbər sizi yaxşı dinləyir» («Tövbə» 61). Fərzanələr fərzanəsi olan peyğəmbərin başqalarının məsləhətinə və təcrübəsinə heç bir ehtiyacı olmasa da onların rə’yini qiymətləndirirlər, onlarla məşvərət aparardı. «Xalqın işlərində onlarla məşvərət et, amma qərar çıxaranda qəlbini Mənə tapşır» («Ali-imran» 159). Ardıcılları arasında ən dərin əlaqə yaradan ən səmimi rəhbər Rəsulullah (s) olmuşdur.
RəHBəRLİK EVİ
Xalqla o qədər yaxın idi ki, onu özlərindən bilirdilər. Sirlərini onunla bölüşürdülər. Onu qonaq çağırırdılar. Cəmiyyətin ən aşağı adamı onu qonaq çağıranda bu də’vəti açıq ürəklə qəbul edərdi. Onun evi rəhbərlik mərkəzi və xalqın gəlib-getdiyi ev idi. Bu evdə uzun uzadı xalq yığıncaqları olardı. Onun süfrəsi başına toplaşar söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata vardılar ki, həzrətin rahatlığını pozdular. Amma o kimsədən üz döndərmirdi. Bə’ziləri o qədər həddi aşdılar ki, Allahdan ayə nazil oldu: «Ey mö’minlər, Peyğəmbərin də’vəti və icazəsi olmadan onun otağına daxil olmayın, də’vət ediləndə vaxtından əvvəl gedib, yemək gözləməyin. Elə ki yemək yediniz peyğəmbərin evində bir-birinizlə söhbətə başlamayınız. Sizin orada çox qalmağınız ona əziyyət verir. O, isə üzə vurmağa utanır» («əhzab» 53). Həzrət o qədər xoş rəftarlı idi ki, xalq onun evində toplanardı. Hansı rəhbər onun kimi xəlqidir?! Hansı rəhbərin evi xalq üçün yığıncaq yeri olub?! Bu sayaq xüsusiyyətlərə yalnız ilahi səfirlərdə rast gəlmək olardı.
RəSULİLLAH (S) Və MəS’ULİYYəTLəRİN QəBULU
Peyğəmbərin həyatında nəzərə çarpan digər bir xüsusiyyət onun məs’uliyyəti qəbul etməsidir. Axı insanda rahatlığa bir meyl var. O, məs’uliyyəti qəbul etməklə başqalarına xidmətə çalışır. Əlbəttə ki, çoxları ictimai və siyasi məs’uliyyəti öz istəklərini həyata keçirmək üçün qəbul edirdilər. Hansı ki, ilahi və insani dəyəri olan məs’uliyyətin qəbulu ilahi razılıqdan ötrü başqalarına əl tutmaq üçündür və nəfs bu işdən qaçır. Cəmiyyətə rəhbərlik peyğəmbərlərin öhdəyə götürdüyü çox böyük məs’uliyyətdir. Bu məs’uliyyət çətinliklərə dözməklə, böhtanlarla üzləşməklə, müxtəlif xalifətlərlə rastlaşmaqla həyata keçir. Bütün dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm sahibi olduqlarından cəmiyyətə rəhbərlik məs’uliyyətini daşıya bilmişlər. İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər. Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar. Cəmiyyətdən zülmün əlini kəsmək və onu nizama salmaq kiçik iş deyil. Bu işin icrası üçün böyük dözüm və məs’uliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox aydındır. Qur’an onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti üçün gecə-gündüz tanımadı. Xalqın e’tiqadı və əxlaqi bəlalardan, zalımların zülmündən qurtarmaq üçün məs’uliyyət hiss etdi. «O, sizin hidayətiniz üçün çalışır, mö’minlərə rəuf və mehribandır» («Tövbə» 128). «İnadkar günahkarların hidayətinə nə qədər çalışsan və sə’y göstərsən də qəbul etməyəcəklər» («Nəhl» 37). O, hətta azğın inadkarlar və düşmənlər üçün də çalışırdı. Onları cəhənnəm odundan qurtarmaq istəyirdi. Həzrət o qədər çox çalışır ki, Allah onu özünü zəhmətə salmamağa çağırır. «Qur’anı sənə nazil etmədik ki, özünü bu qədər zəhmətə salasan» («Taha» 1).
Həzrətin bu yolu onun ardıcılları üçün çox böyük bir də’vətdir. Özünü müsəlman adlandırıb vəzifəyə gəldikdə səhlənkarlıq edənlər bu yoldan dərs almalıdırlar. Peyğəmbərin yolu beləcə nümunə olmalı, cəmiyyəti hərəkətə gətirməlidir. Bu yolun qiyməti o zaman bilinər ki, insanlar peyğəmbərin ilahi razılıqdan başqa əvəz gözləmədiyini bilsinlər. Ona də heç bir nəfs istəyir müşahidə edilmir. Ona görə də cəmiyyətdə bu yolun çox böyük bir tə’siri var.
Dostları ilə paylaş: |