* * *
89a
1 Ey pəri, sənsiz pərişanəm ruzigarəm doğrusu,
Sən gedəndin bərlü bisəbrü qərarəm doğrusu.
2 Yüz qəmim bardur, vəli bir qəmgüsarım yoxdurur,
Bidilü bidilbərü biqəmgüsarəm doğrusu.
3 Naseha, görsən məni rüsva, məlamət qılma kim,
Tilbəlik çağımdırü biixtiyarəm doğrusu.
89b
4 Zərvərəq birlə bəzənmiş yüzüni gördüm bu gün,
Vermədim janü yüzündin şərmsarəm doğrusu.
5 Mey gətür, saqi, məni qurtar nəmazü rövzədin
Kim, mən ol zöhdü riyadin tövbəkarəm doğrusu.
6 Ölmüşəm hijrində, jana, vəsl ilən jan ver mana
Kim, məni-bidil sana jan birlə yarəm doğrusu.
7 Xəlq deyir kim, Kişvəri bir fasiqi-məhrumdur,
Hər nə kim derlər mana, yüz anjə barəm doğrusu.
* * *
89b
1 Xanı sən, ey çarəsiz, dərdi-dilimnin çarəsi,
Janım aramı, könül məqsudi, bağrım parəsi.
90 a
2 Tazə qıldım sən gedəndin bərlü dırnağım bilə,
Bitmiş ikən köksüm üzrə tiği-hijran yarəsi.
3 Gözlərim hər birisi bir daği-həsrətdir mənim
Kim, qırağı açılıb düşmaydır anın qarəsi.
4 Vəh ki, mən divanənin əhvali şərhin bilmədi,
Ol pəri kim, bolmuşam ansız jəhan avarəsi.
5 Ey ki, dersin qurtulay bir gün bəlayi-eşqdin,
Bir bəladır bu ki, jan verməkdir anın çarəsi.
6 Kirpigindir xar, könlün xarə, ey baği-behişt,
Yoxdurur baği-behiştin gərçi xarü xarəsi.
90b
Xəstəxatir Kişvəri tək nejə qılsün tərki-mey,
Hər kimin kim, var sənin tək dilbəri-meyxarəsi.
* * *
90b
1 Ey qəmindin eşq ili bixanü biman barjəsi,
Surəti-divar tək yüzünğə heyran barjəsi.
2 Əqlü huşü səbrü aramü zirədməndin bitər,
Sizni görgəj boldular bisəbrü saman barjəsi.
3 Arizin çahi-zənəxdanın, dodağın, ğəbğəbin.
Hər biri bir çeşmeyi-dür, abi-heyvan barjəsi.
* * *
91 a
Müəmmalar
[?]
1 Qıya baxışla janım aləsidir,
Yenə ol qaşı yayının dəlisidir.
Məhəmməd
2 Ol gün ki, səninlən içəmən badeyi-gülgun,
Məhşər kimi sərməd bolisi dövlətim ol gün.
İsmayıl
3 Kakilinğə qarşu boldu sünbülün yüzi qara,
Şəm'inin başı töküldi həsrətindin il ara.
[…]
4 Çeşmi-tər birlə mənəm ol şəm'inin pərvanəsi,
Dərdi-dil birlə könüldür eşq otindin yanəsi.
QEYDLƏR VƏ İZAHLAR
1.Bu xüsusda bax: Oğuzda (Türkmənha). Tərcümə: Anadərdi Ünsüri. Naşir: Hacı Təlayi. Günbədi-Qabus. Çape-əvvəl. 1380, s.223.
* Sultan Yəqubun qüdrətli bir şair və eyni zamanda mahir bir xəttat olduğunu tarixi mənbələr qeyd etmişdir. Türk və fars dillərində şeirlər yazan Sultan Yəquba həsr edilən bir çox anadilli əsərlərin meydana çıxması onun türk (Azərbaycan) dilinə diqqət və əhəmiyyət verməsilə əlaqədardır. İstanbulun Topqapı sarayı muzeyində qorunan Sultan Yəqubun iki mürəqqəsi mədəniyyətpərvər sultanın Azərbaycan və eləcə də ümumiran ədəbiyyat və incəsənətinin inkişafındakı rolunu əks etdirir. Bu barədə bax:
Yaşio Fusa Sekey: Asare-xoşnəvisi dər do mürəqqeyi – Sultan Yəqub. Nameye-baharistan. Cilde 11-12. Tehran. Mərkəze-İsnade-Məclise-Şuraye-İslam. 1385. s. 75-172.
2. Cahanşahın azərbaycanca yazdığı şeirlər 1966-cı ildə lətif Hüseynzadənin tərtibi ilə Bakıda nəşr edilmişdir. 1989-cu ildə Əbülfəz Rəhimov şairin qəzəl və rübailərini ərəb əlifbası ilə Bakıda çap etdirmişdir. H.1380–m.2002-ci ildə Cahanşahın divanı Firüz Rifahi Ələmdari tərəfindən nəfis surətdə çap edilmişdir. Şairin farsca və azərbaycanca əsərlərini ehtiva edən bu divan Tehran Universitetinin Mərkəzi Kitabxanasında saxlanan əlyazma nüsxəsi [№8198] əsasında tərtib edilibdir.
3. Əmir Əfsəhəddin Hidayətin türkcə divanının bir neçə əlyazma nüsxəsi Britaniya, Türkiyə və İran kitabxanalarında saxlanılır. Vladimir Minorski və Əbdülqadir Qaraxanın bu xüsusda yazdıqları məqalələr xüsusilə diqqətəlayiqdir. Bax: Prof. Dr. Abdulkadir Karahan. Eski Türk Edebiyatı incelemeleri. (Kitab). İstanbul: Edebiyat Fakültesi Neşri, 1980, s. 249-255.
V.Minorsky. The Chester Beatty Library, a catalogue of the Turkish Manuscripts and Miniatures. Dublin, 1958. p.1,ms 401.
4. Əhmədi Təbrizinin «Əsrarnamə» əsərinin Bakı əlyazma nüsxəsinin fotofaksimilesi 1964-cü ildə Cahangir Qəhrəmanov tərəfindən nəşr etdirilmişdir. Kitaba əsərin sözlüyü əlavə edilmirdir. 1977-ci ildə Azərbaycanın dilçi alimi Şaməddin Xəlilovun «Əsrarnamənin dili» adlı elmi monoqrafiyasını Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı çapdan buraxmışdır.
5. Dədə Ömər Rövləni barədə bax:
Musayeva Azadə. Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdırmalar. Bakı: Nurlan, 2004; Həmin kitabın II cildi-elmi tənqidi mətn.
6,7. Şeyx İbrahim Gülşəni və Sururinin tərcümeyi-halları və şeirlərindən nümunələr Azərbaysan Klassik Ədəbiyyatı Kitabxanası antologiyasının 3-cü cildində verilMişdir. Antologiya 1984-cü ildə çap edilmişdir.
8. Xətai Təbrizinin Sultan Yəquba həsr etdiyi «Yusif və Züleyxa» əsərinin əlyazma nüsxəsi AMEA M.Fuzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur [M-185].
9.Xəlili barədə bax:
Hüseyni Məhəmmədəli. Ədəbiyyat tariximizdən səhifələr. Bakı: Nurlan, 2004. s. 55-54. Daha ətraflı məlumat üçün:
Musayeva Azadə. XV-XVI əsrlər Azərbaycan mühacirət ədəbiyyatı və Xəlili «Firqətnamə»si. Bakı: Elm, 2007.
10. Həbibinin əsərləri Əzizağa Məmmədov tərəfindən 1980-ci ildə çap etdirilmişdir.
11. Hikmət İsmayıl. Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı: Azərnəşr, 1928. s.286-290.
12. Həmin əsər. S. 286.
13. Araslı Həmid. Füzuli sələflərindən Kişvəri / Ədəbiyyat məcməsi. II cidd. Bakı: 1946. s.305-308.
14.Qəhrəmanov Cahangir. Kişvərinin bir əlyazma divanı haqqında/Əlyazmalar xəzinəsində. Cild 4. Bakı: Elm, 1976. s.46-52.
15. Eyvazova Roza. Kişvəri divanının dili (Morfoloji xüsusiyyətlər) Bakı: Elm, 1983.
16. Qəhrəmanov Cahangir. Kişvəri əsərləri. Bakı: Yazıçı, 1984.
17. Yenə orada s.4.
18. Münzəvi Əhməd. Fehristi-nüsxəhaye-xəttiye-farsi. Cild 3. Tehran: Müəssiseye-Fərhəngi. 1350. s.2491-2492.
19. Təbatəbayi Bəhbəhani, Seyyid Məhəmməd. Fehriste-müxtəsəre-nüsxəhaye-xəttiye-kitabxaneye-Məclise-Şurəviye-İslami, Kitabxane, muze və …. Tehran: Məclis, 1386/2007. s.374.
* Yeri gəlmişkən, bu qiymətli və nəfis kataloqu ünvanıma göndərən möhtərəm alim, doktor Seyyid Məhəmməd Təbatəbayi cənablarına öz dərin minnətdarlığımı bildirirəm.
20. Məsalisün-nəfais. Berlin nüsxəsi. 107 vərəqdən ibarət bu nüsxəni h.982-ci ildə (m.1574) məşhur xəttat Müzəffər Əli kitabət etmişdir. Der Staatsbibliothek prenBischer /[Diez a.80.100]. Kulturbesitz zu Berlin.
21.Əmir Əlişir Nəvai. Məcalisün-Nəfais. Be təshih və müqəddime Əli Əsğər Hikmət. Tehran: Çape-banke-Melli, 1323.
* Təxminən eyni zamanda, yəni h. 927-ci ildə (m. 1521) Fəxri Hərəvi Heratda, Həkim Şah Məhəmməd Qəzvini İstandulda «Məcalisün-Nəfais»i müxtəlif əlavələrlə fars dilnə tərcümə etmişlər. Əli Əsgər Həkim həmin iki tərcümə əsərini çap üçün bir cilddə tərtib etmişdir.
22. Bəyani Mehdi. Əhval və asare-xoşnevisan. Cild 1-2. Çape 2. Tehran: Elmi, 1362/1985. s.588.
23. Azərbaycanın məşhur alimi Hacı Mirzə Cəfər Sultan Əlqərainin vəfatından sonra onun zəngin şəxsi əlyazma və nadir çap nüsxələri fondu İran Parlamenti Kitabxanası tərəfindən satın alınmışdır. Mərhum alimin təfəkkürünə tam zidd olan bu kimi təşəbbüs olduqca təəssüf doğurucudur. Milli şüura, milli qeyrətə malik olan Sultan Əlqərayi belə bir nəcib əqidə və məntiqin sahidi idi: «Azərbaycanın maddi və mənəvi sərvəti Azərbaycanda saxlanmalı, qorunmalıdır». O bu fikri həmişə vurğulamışdır. Bu barədə daha ətraflı məlumat üçün bax:
Sədr Ələşrafi, Seyyid Rzaəddin. Dər sugi-dai və ustadəm Mirzə Cəfər/ Yadnameye-Mirzə Cəfər Sultan Əlqərai. Gerd arərdəndeqan: Doktor Rəhimlu, Dotkor Bəradərane Şükuhi və… Təbriz: Daneşaqahe-Təbriz. 1370. s.66-96.
24. Sam Mirzə Səfəvi. Təzkireye-Töhfeye-Sami. Təshih və müqəddimə: Rüknəddin Humayunfər. Tehran: Elmi, Tarix (?). s. 275-276.
25. Tərbiyət Məhəmmədəli. Daneşməndane-Azərbaycan. Tehran, 1314.
26. Həmid Araslının 1946-cı ildə çap etdirdiyi «Füzuli sələflərindən Kişvəri» adlı məqaləsini əldə edə bilmədiyimizdən alimin Kişvəri ilə bağlı fikirlərini onun «Böyük Azərbaycan şairi Füzuli» kitabından öyrəndik. Bax:
Araslı Həmid. Böyük Azərbaycan şairi Fuzuli. Bakı: Uşaq və Gənclər Nəşriyyatı, 1958. s.52-56.
27. 2003-cü ildə Nizami Qunəvi əsərlərinin müəyyən hissəsi Nizami Gəncəvi adına çıxılaraq Tehranın «Əndişeyi-no» nəşriyyatı tərəfindən çap edilmişdir. Bu barədə tənqidi mülahizələrim üçün bax: Huseyni Məhəmmədəli. Nizami Gəncəvi adına çıxılan bir əlyazma haqqında. «Ədəbiyyat qəzeti», Bakı 12 mart, 2004; Hüseyni Məhəmmədəli. Nizami Qunəvi, ya Nizami Gəncəvi. Tərcümə: Behruz Mütəllibzadə. Məcəlleye-Gave. Alman. Münix. Sale-çehelo çəharom. Şomare 120. Zemestan. 1386/Janvye 2008. s.77.
28. Təqiəddin Kaşani. Xülasətül-əşar Zübdətül-əfkar. Təlif tarixi: 917-1016/1567-1607. Əlyazma. Berlin [Sprenger 321]. Vərəq 373b-374a.
* Təəssüf ki, bu nəhəng təzkirənin bu nüsxəsində şairlərin şeirlərindən nümunə verilməmişdir.
29. Münzəvi Əhməd. Fehriste-nüsxəhaye-xəttiye-farsi. Həmin, s.2491-2492.
30.Təzkirətül-osmani. Təlif: Mirzə əfəndi (?). h.957 (m.1550). Dər zikre-Şah İsmail Səfəvi və şüəra və üləma və vüzəra və məşahere-zəman-vey. Nüsxə: Fehriste kitabxane Əlxidiv Əlmisriyyə. S.501. (Təzkirenəvisiye-farsi dər Hind və Pakistan. Niqareş: Doktor Seyyid Əlirza Nəqəvi. Tehran: Elmi, 1343/1964. s.770).
31. Qazi Əhməd Quminin bu əsərindən bir nüsxənin Moskvada olması barədə məlumatımız vardır. Hansı kitabxanada saxlandığını dəqiq bilmirik.
32. «Yovmən əbusən qəmtərirən» - «Çox pis və çətin gün». Burada Kişvəri öz vəziyyətini Quranda təsvir edilən qiyamət gününə oxşadır. Bax: «Əlinsan», yaxud «Əddəhr». 76-cı surə, 10-cü ayə.
33. Kişvəri əsərləri. Göstərilən mənbə(16). s.136-137.
34.Əbdülcəmil bin Məhəmməd Rza Ənnəsiri Tusi. Türkcə-farsca lüğət. Əlyazma. Tehran mərkəzi Kitabxanası. № 8336.
* XVII əsrə aid olan bu qiymətli əsər II Şah Abbasın tapşırığı ilə yazılmışdır.
35. Şeyx Süleyman əfəndi. Lüğəte-çığatay və türkiye-osmani. Cilde-əvvəl. İstanbul: Mehran. 1298/1880.
FAKSİMİLE
M Ü N D Ə R İ C A T
Kişvərinin türkcə əsərləri 3
Divan 17
Qeydlər və izahlar 47
Fotofaksimile 52
Dostları ilə paylaş: |