Altın Ordu xanlarının yarlıqlarında Edigey dastanı ilə səsləşmələr Bəxtiyar Tuncay Özet



Yüklə 227,54 Kb.
səhifə1/2
tarix08.03.2020
ölçüsü227,54 Kb.
#102255
  1   2

Altın Ordu xanlarının yarlıqlarında Edigey dastanı ilə səsləşmələr
Bəxtiyar Tuncay

Özet
Edige destanında, XIII. yüzyılda Hazar denizi kıyısında kurulan Altınordu Hanlığının XV. yüzyılda Timurlular tarafından yıkılışı anlatılmaktadır. Edige Mirza Bahadır'ın devletini ayakta tutabilmek için yaptığı büyük mücadeleler, ölümünden sonra XV. yüzyılda destan haline getirilmiştir. Destanda anlatılan olaylar Altınordu hanı Toktamışın yarlığında anlatılan olaylarla sesleşmekte. Ayrıca, destan kahramanının ismi Timur Kutluk Hanın yarlığında da keçmekte.

Anahtar Kelimeler: Edige, destan, yarlık, Altın Ordu, Timur Kutluk Han, Toktamış Han.

Common motifs in the labels of the Golden Horde Khans and in the legend of Edigee
Abstract
The Bulgarians saga of Edige is an epic biography of e leader of the Nogay Horde/ It describes his humble beginnings and his rise to power, which included the owerhrow of the previus leader, Khan Tokhyanysh. Although the background facts are political and historical, the story deals particularly with Edige's human and familial relations. The Nogay Horde was formed from the remnants of tehe Golden Horde, which didintegrated after the defeat of Khan Tokhtamysh.

The same event is also mentioned in the label of Khan Tokhtamysh.



Keywords: Edige, the saga, the label, Golden Horde, Timur Kutluk Khan, Toktamish Khan.

Mütəxəssislərin fikrincə, əldə olan bulqar - tatar dastanlarının çox hissəsi Altın Ordu dövründə ərsəyə gəlmişdir. Bu şifahi xalq ədəbiyyatı içərisində Edigəy dastanının özünəməxsus bir yeri var. Edigəy dastanı bulqar-tatar xalqının bir millət kimi formalaşmasının bəzi mərhələlərini özündə əks etdirdirməsi baxımından böyük önəm daşıyır və bulqar və noqay xalqlarını Toxtamış xan dövründəki çətinliklərdən xilas etməyə çalışan qəhrəmanlardan bəhs edir. Bu dastan sözügedən dövrdə xalqın siyasi-ideoloji düşüncəsini də ortaya qoyan möhtəşəm bir sənət əsəridir.

Edigəy dastanı bütünlüklə nəzmlə yazılmışdır, 7000 misradan ibarətdir. O, ən böyük Türk dastanlarındandır. Dastan adını onun qəhrəmanının – Qutlu Qaya oğlu Edigəyin adından almışdır. Onun anası bir insan deyil, pəridir (Kalafat Y., 2003, s. 348).

Dastanın qısa məzmununu belədir:



"Əski zamanlarda Bulqar ilə Sarayı Toxtamış Xan, Səmərqəndı isə Əmir Teymur idarə edirlərmiş. Teymur, Toxtamışa bir məktub göndərərək Tökli Ayak isimli ov quşunu ona vermesini istəyir. Toxtamış cavab mektubu yazıb Teymurun bu isteyini rədd edir. Quş uçurma vaxtı gəldiyində Toxtamış Tökli Ayakın balalarının uçurmaq istəyir. Quşunun baxıcısı Qutlu Qaya Bəyi çağırtdırıb quşun balalarını hüzuruna gətirməsini söyləyir. Toxtamış hər nə edirsə də Qutluqayanın gətirdiyi quşları uçura bilmir. Belə olan halda başa düşür ki, Tökli Ayakın yumurtaları dəyişdirilmiştir. Bundan çox əsəbiləşən Toxtamış, Qutlu Qayanın başını vurdurub oğlunun da öldürülməsi əmrini verir. Toxtamışın bəylərinden Cantəmir hər nə qədər Toxtamışı əngəlləməyə çalışsa da bacara bilmir. Belə olan halda Cantəmir altı oğlundan ən kiçik olan Koboqılı alıb Qutlu Qayanın oğlu ilə dəyişdirir. Qutlu Qqayanın oğlunun əvəzinə Cantəmirin oğlu öldürülür. Cantəmir bu uşağa Edigəy adını qoyur. Ancaq hər kəs onu Koboqıl kimi tanıyır. Kobogıl Cantəmirin altıncı oğlu kimi büyüyür. Doxsan boylu Ordunın doxsan oğlunu çağırtdırıp hamısıyla güləşir, hamsına qalib gəlir və onların başçısı olur. Zamanla Toxtamış Xanın sarayına daxil olur və orada bəy olur. Toxtamış Xanın arvadı Yenike, oğlu Qadirbirdi Gundağdan çıxaanda əkiz qız doğur. Koboqıl da bu arada bir oğlan sahibi olur. Bir gün Yenike Toxtamışa Koboqılın hökmdar kimi davrandığını, onun Toxtamışdan daha şöhrətli olmağa başladığını və Toxtamışın Koboqıla hörmət etməsindən rahatsız olduğunu söyləyir. Yenike Toxtamışı Koboqılın əsil kimliyini araşdırması üçün iqna edir. Bu səbəblə düşüncələrinə uyğun bir neçə sınama həyata keçirirlər, ancaq bu bir sonuc vermir. Toxtamışın bəylərindən Kin Canbay bu işi yüz doxsan beş yaşında olan Subra Yıravın çözə biləcəyini söyləyir. Subra Yırav gətirdilir. O, qardaş olan Kin Canbay ilə Koboqılı qarşısında oturdaraq onlara bir hekayə anladır. Bu hekayəde kimin haqlı olduğunu hər ikisindən soruşur. İkisi də fərqli cavablar verincə Yırav, Koboqıla başqa suallar verərək onu danışdırır və Koboqılın Qutlu Qaya Bəy oğlu Edigəy olduğunu ortaya çıxarır. Özünün kim olduğunu öyrənən Edigəy saraydan qaçır və Əmir Teymura pənah aparır. Yolda bərabərində gələn on yeddi kişi ilə birlikdə dincələrkən bir röya görən Edigəy röyasını yozdurur. Röyaya görə Edigəy Toxtamışı yenib sarayını ələ keçirəcəkmiş. Yollarına davam deyəkən bir kişiyə rast gəlirlər. Bu kişi onlara Kara Tiyin Alp tərəfindən Teymurun qızı Akbiləkin qaçırıldığını söyləyir. Edigəy Kara Tiyin Alpi bulub öldürür ve Akbileki yanına alıb Teymurun yanına gedr. Teymur, Edigəyi çox yaxşıi bir şəkildə qarşılayıb qızını ona verir və onu sarayında bəy edir. Bu arada Edigəyin oğlu Noradın da büyümüşdür. Toxtamış Noradından çəkinir. Onu zəif bir ata mindirərək atasının yanına yola düşməsi üçün çölə buraxır. Noradın babasını tapır. Bir sürə sonra Teymurun ordusuyla bərabər Toxtamışın üzərinə yürüyürlər. Toxtamışın ordusu yenilir ve Toxtamış qaçır. Edigəy, oğlu Noradını Toxtamışın peşinə salır. Noradın Toxtamışı yaxalayıb öldürür. Bu arada Edigəy Teymurun təyin etdiyi yönəticiləri öldürüb hakimiyyəti ələ keçirir. Noradın atasının yanına gələrkən yolda Canbay ilə qarşılaşır ve onu özünə tabe etdirərək xidmətə alır. Canbay, Noradın ilə Edigəyin arasını vurur. Noradın atasının bir gözünü çıxarır ve ondan ayrılıb gedir. Bir sürə sonra peşiman olan Edigəy, oğlunu saraya çağırdır. Noradın gəlir ancaq atasından taxtı istəyir. Bundan inciyən Edigəy taxtı Noradına verib gedir. Noradın Çirüli Gölə quş gəlib- gəlmədiyini öyrənməsi üçün Kin Canbayı göndərir. Kin Canbay Toxtamışın oğlu Qadirbirdi ilə anlaşır ve Noradını Çirüli Gölə çəkir. Gölə gələn Noradın yaxalanaraq əsir edilir. Qadirbirdi, Edigəyə Cingiz Xanın soyundan doqquz bəyin doqquz oğlunu elçi göndərib Noradının fidyəsini istəyir. Edigəy gələn doqquz nəfərin yeddisini əsir edib ikisini geri göndərir. Bunun üzərinə Edigəy və Qadirbirdi əsirləri dəyiş-düyüş etməyə qərar verirlər. O əsnada Noradın yeddi əsiri öldürür. Edigəy və Qadirbirdi döyüşürlər. Qadirbirdiyi öldürən Edigəyin özü də yaralanır. Orada bulunan bəylər Edigəyin arxasınca düşüb onu öldürürlər" (Yıldırım R. Y., Yıldız Ç., 2012, s. 69-71).

Dastan Edigəyin ölərkən bəddua etməsi, bu beddua səbəbindən İdil-Yurtun qan gölünə çevrilməsi və Kırım, Kazan, Həştərxan kimi bəyliklərin yaranmasıyla sona çatır (Sulti R., 1998, s. 35-182).

Edigəy Dastan çox böyük coğrafiyaya yayılmışdır. Krım və Qafqazlardan başlayaraq İdil-Ural bölgəsinə, oradan da Sibir və Orta Asiyaya qədər geniş bir ərazidə (Schmitz, 2004, s. 21) yayğın olan və sevilən bu dastan təkcə İdil-Ural türkləri arasında deyil, eləcə də noqaylar, başqırdlar, qaraqalpaqlar, Sibir tatarları, türkmənlər və özbəklər arasında da çox məşhurdur (Zakirova, 2011, s. 219).

Dastanın müxtəlif variantlarının V. Jirmunskiy, P. Melioranskiy və A.Samoyloviç tərəfindən fərqli Türk xalqlarından toplanıldığı, bütün bu variantların P. Falev tərəfindən geniş tədqiq edildiyi məlumdur (Yıldırım R. Y., Yıldız Ç., 2012, s. 69-71).

Tatar alimləri hesab edirlər ki, günümüzdə tatarlar və başqırdlar arasında sevilə-sevilə oxunan "İdeqəy cıruı" (Edigəyin türküsü) adlı qəhrəmanlıq (bahadırlıq) nəğməsi sözügedən bulqar-tatar dastanının tərkib hissəsi kimi yaranıb və xalq tərəfindən sevildiyi üçün ayrıca nəğmə kimi oxunaraq günümüzədək yetişib (Urmançeyev F., 1969, s. 169). Bu nəğmə özünün yurd sevgisi ilə fərlənir:

İ İdel Yort, İdel Yort, (Ey, İdil ölkəsi, İdil yurdu,

İdel eçe imin yort, İdil içrə əmin yurd,

Atam kiyaü bulqan yort, Atamın boya-başa çatdığı yurd

İelep təğzim kılqan yort, Əyilib təzim etdiyi yurd

Anam kilen bulqan yort. Anamın gəlin olduğu yurd).

(Xakimov R. F., 2012, s. 11-12).

Bu nəğmə təkcə Kazan tatarları içərisində deyil, Həştərxan tatarları arasında da sevilə-sevilə oxunan nəğmələrdən olub. Onu ilk dəfə yazıya köçürən və özünün iki cildlik "Türk müntəxabatı"na daxil edən tanınmış türkoloq İ. M. Berezin (1818-1896) olmuşdur.

Edigəy dastanının ən önəmli özəlliklərindən biri burada nəql edilən hadisələrin gerçək tarixi olaylarla üst-üstə düşməsi, dastan personajlarının da gerçək tarixi şəxsiyyətlər olmasıdır (Usmanov M. A., 1972, s. 115, 117).

Deyilənlərin həqiqət olduğunu Altın Ordu xanı Toxtamışın Polşa kralı və Böyük Litva knyazı Yaqayloya göndərdiyi məşhur yarlığı da təsdiq etməkdədir.

Əski Türk kəlməsi olan "yarlıq" termini bugünkü türkcəmizdəki "yazılı xan fərmanı" kimi anlaşıla bilər. Bu kəlmə Türk dilindən ərəb, fars, suryani, erməni (Qriqoryev V. V., 1842, s. 16-17), rus, monqol və s. dillərə də keçmişdir. Monqollarda bu kəlmə "carlıq" formasında, böyüklərin kiçiklərə buyuruqları anlamında, Əski rus mətnlərində isə "yarlık" şəklində və "xan və ya sultan fərmanı" anlamında işlənir (Srezovskiy İ. İ., 2003).

Əski cağatay mətnlərində "yarlıq" kəlməsi ilə eyni kökdən olan "yarlımaq" (danışmaq, əmr etmək, buyurmaq) felinə də rast gəlinməkdədir. Çağdaş rus dilində həmin kəlmə mənasını bir qədər dəyişərək "etiket", "işarə" anlamlarında işlənir. (Qriqoryev V. V., 1842, s. 16-17).

Yarlıqlar məzmun baxımından əsasən iki cür olurdu. Bunların bir qismi cari siyasi, sosial, inzibati və iqtisadi məsələlərin həlli ilə bağlı buyruqlardan ibarət idi. Digər yarlıqlar isə "yasa" (qanun) hökmündə idi. Türk Törəsinin əsasını da ən qədim dövrlərdən İslamın qəbuluna kimi sürən minilliklər ərzində müxtəlif xanlar tərəfindən verilən, sonrakı xanlar tərəfindən yenisi ilə əvəz edilməyən və ya edilən bu kimi yasalar təşkil edirdi.

Cari siyasi, sosial, inzibati və iqtisadi məsələlərin həlli ilə bağlı buyruqlardan ibarət yarlıqları 3 qismə ayırmaq olar.

Birinci qismə vergi və inzibati xarakterli məsələlərlə bağlı hökmləri əhatə edən tərxan yarlıqları aiddir.

İkinci qismə hərbi xidmətlətə görə torpaq sahəsinin ayrılması, müxtəlif şəxslərin müxtəlif vəzifələrə təyin edilməsi, diplomat və tacirlərə toxunulmazlıq elan edilməsi, onlara müxtəlif mülklərin icarəyə verilməsi kimi süyurqal yarlıqları daxildir.

Üçüncü qismə müxtəlif dövlətlərlə saziş və müqavilələr, eləcə də vassal dövlətlərəin hökmdarlarına buyuruqlar aiddir (Qriqoryev A. P., 1978, c. 71; Usmanov М. А., 1979, s . 243–244).

Yasalara gəlincə, onların heç birinin orijinal mətni dövrümüzədək qorunub saxlanılmamışdır. Bununla belə, onlardan bəzisinin məzmunu barədə orta əsr mənbələrindən, eləcə də həmin yarlıqlara istinad edən digər xan yarlıqlarından məlumat əldə etmək mümkündür. Əksər hallarda bu və ya digər xanın yasası barədə qısa xatırlatmaya rast gəlinir (Juvaini Ata-Malik, 1997. s. 121–122, 145, 255–258, 480, 508–509, 551, 605–606; Raşid ad-Din, 1960, s. 34, 37, 66, 142, 195).

Bəzi mənbələrdə isə onların tam məzmunu verilir. Bu baxımdan XIV əsrin böyük Azərbaycan tarixçisi Rəşidəddinin fars dilində qələmə aldığı “Cəmi ət-Təvarix” adlı əsərini qeyd etmək lazımdır. Həmin əsərdə Hülakülər sülaləsindən olan Azərbaycan hökmdarı Qazan xannın (XIII-XIV əsrlər) 7 yarlığının tam mətni fars dilinə tərcümədə təqdim edilir (Raşid ad-Din, 1946, s. 275–282).

Söhbət orijinalları dövrümüzədək yetişməmiş yarlıqlardan gedərkən, deyilənlərə başqa bir Azərbaycan səlnaməçisinin – XIV əsrdə yaşamış Mühəmməd ibn Hinduşah Naxçivaninin “Dəstur əl-Kitab” adlı əsərini də xüsusi qeyd etmək lazımdır. Onun kitabında Cəlarilər sülaləsindən olan Azərbaycan hökmdarlarının müxtəlif şəxslərin müxtəlif vəzifələrə təyin edilməsi barədə yarlıqları barədə maraqlı məlumatlara rast gəlmək mümkündür (Muxammad ibn Xinduşax Naxçivani, 1964; 1971).

Orijinalları əldə olmayan, fəqət haqlarında müxtəlif rus salnamələrindən müəyyən məlumata sahib olduğumuz yarlıqlar içərisində müxtəlif rus knyazlarının bu vəzifəyə təyin edilməsi və ya yeni xanın taxta çıxması barədə sənədləri də xüsusi qeyd etmək lazımdır. Sözügedən salnamələr sözügedən yarlıqların tarixini tam dəqiqliklə müəyyənləşdirməyə imkan verir (İpaytevskaya letopis, 2001, s. 550; Moslovskiy letopisnıy svod kontsa XV v., 2000, s. 213, 48, 259, 339).

Bəzi yarlıqların tam mətni dövrümüzədək latın və italyan dillərinə tərcümədə yetişmişdir. Bunlar Altın Ordu xanlarının və bəylərinin Venesiya (10 sənəd) və Genuya (2 sənəd) respublikaları ilə razılaşmaları əks etdirən sənədlərdir (Qriqoryev A. P., Qriqoryev V. P., 2002; Vaşari İ., 2001, s. 193-206).

Çingizoğulları dövrünə aid əldə olan yarlıqlar bir qayda olaraq 1,5 m. uzunluğa, 20 sm. Enə sahib olan kağızlarda qara mürəkkəblə xaqaniyyə (uyğur) türkcəsində yazılar, yazının xüsusi önəm daşıyan hissələri bəzi hallarda qırmızı və ya qızıl rəngində olardı. Onlar mütləq göndərildiyi məmləkətin xalqının dilinə də tərcümə edilər və tərcüməsi ilə birlikdə göndərilərdi. Yarlıqların yerli dillərə tərcümə edilməsi o dövrdə həmin dillərin də, o cümlədən Azərbaycan türkcəsinin də uyğur türkcəsi ilə yanaşı dövlət dili statusunda olduğunu təsdiq edir. Yəni Çingizoğulları, o cümlədən Hülakülər yerli xalqların dillərinə hörmətlə yanaşardılar.

İslamdan sonra yarlıqlar ərəb qrafikası ilə, yenə də türkcə yazılırdı. Hərçənd ki, bəzi xanlar əski qaydaya uyğun olaraq, uyğur yazısından da istifadə edilmişlər. Bu baxımdan Toxtamışın Polşa kralı Yaqayloya göndərdiyi yarlıq deyilənlərə ən gözəl sübutdur.

Belə hesab edilir ki, bu adəti Çingiz Xan özündən öncəki uyğur xanlardan əxz etmiş və sonrakı Çingizoğlları da buna eyni qaydaya əməl etmişlər. Bunu dövrümüzədək ulaşan, X-XI əsrlərə aid olan uyğur yarlıqları sübut edir (Poçkayev R. Yu., 2009, s. 62).

Hazırda dünyanın İstanbul, Kiyev, Budapeşt, Moskva, Sankt-Peterburq, Kazan və s. Kimi şəhərlərinin muzey və arxivlərində onlarala yarlıq və ya onların tərcümə mətnləri qorunmaqdadır. Onların önəmli hissəsi Altın Ordu xanlarına, başqa sözlə XIII-XV əsrlərə aid sənədlərdir. Bunların bir qismi müxtəlif dövrlərdə tədqiq edilmiş, bir qismi isə bu və ya digər səbəbdən tədqiqata cəlb edilməmişdir. Tədqiqata cəlb edilmiş yarlıqlar aşağıdakılardır:

Menqü Teymurun mitroplolit Kirillə göndərdiyi yarlıq (1267-ci il).

Özbək Xanın Pyotra göndərdiyi yarlıq (1313-cü il).

Özbək Xanın Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1332-ci il).

Canıbıyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1342-ci il).

Canıbıyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1347-ci il).

Berdibəyin mitropolit Alekseyə göndərdiyi yarlıq (1357-ci il).

Berdibəyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1358-ci il).

Berdibəyin Krım xanı Qutluq Teymura göndərdiyi yarlıq (1358-ci il).

Mühəmməd Büləkin mitropolit Mixayıla ünvanladığı yarlıq (1379-cu il).

Toxtamışın Bəy Hacıya göndərdiyi yarlıq (1381-ci il).

Toxtamışın Polşa kralı və Litva knyazı Yaqayloya göndərdiyi yarlıq (1393-cü il).

Teynur Qutluğun Mühəmmədə göndərdiyi yarlıq (1398-ci il).

Uluq Mühəmmədin Tuğlu Bəyə və Xızıra göndərdiyi yarlıq (1420-ci il).

Əhmədin Osmanlı sultanı II Mühəmmədə (Mehmetə) göndərdiyi yarlıq (1476-cı il).

Əhmədin böyük knyaz III İvana göndərdiyi yarlıq (1476-cı il).

Mürtəzanın böyük knyaz III İvana göndərdiyi yarlıq (1486-cı il).

Bütün bu deyilənlərdən başqa, elm aləmində Altın Orda və Krım xanların məktubları barədə də müəyyən məlumatlar bulunmaqdadır ki, onlardan aşağıdakılarının adını çəkə bilərik:

Uluq Mühəmməd Xanın Osmanlı sultanı II Murada məktubu (1428-ci il).

Mahmud Xanın Osmanlı sultanı II Mühəmmədə (Mehmedə) məktubu (1466-cı il).

Əhməd Xanın Osmanlı sultanı II Mühəmmədə (Mehmetə) məktubu (1477-ci il).

Mürtəza Xanın Nur Dövlət Xana məktubu (1486-cı il).

Səid İbrahimin III İvana məktubu (1489-cu il).

Səid İbrahimin III İvana məktubu (1439-cü il) və s.

Bu və digər sənədlərin öyrənilməsinə hələ XIX əsrdə başlanmış və bu sahədə ilk addımı A. M. Kovalevski və Mirzə Kazım bəy atmışlar. Onlar Toxtamış xanın Polşa kralı və Litva knyazı Yaqayloya (1392-1393-cü illər) yarlığını araşdırmış, yarlığın uyğur dilində, yəni xaqaniyyə türkcəsində, uyğur əlifbası ilə yazıldığını, bu dilin Çingizoğullarının hakim olduqları bütün ərazilərdə, yəni Çindən Mərkəzi Avropaya qədər olan geniş ərazidə dövlət dili rolunu oynadığını təsbit etmişlər (Yarlık хаnа.., 1850; Qriqoryev V. V., Berezin İ. N., 1842-1852).

Altın Ordu dövrünə aid sənədlərin öyrənilməsində İ. D. Belyayaev (Belyayev İ. D., 1850) və İ. N. Berezinin (Berezin İ. N., 1850; 2011) xidmətləri az olmayıb. Lakin bunlardan İ. D. Belyayaevin araşdırmasının dərin olmadığı, üstəlik də bu sənədlərdən birinin, daha dəqiq desək, Özbək Xanın Pyotra göndərdiyi yarlığın (1313-cü il) sonradan saxta olduğunun anlaşıldığı bildirilir (Poçkayev R. Yu., 2004, s. 136).

İ. N. Berezinə gəlincə, o, Toxtamışın Polşa kralı və Litva knyazı Yaqayloya (1392-1393-cü illər), eləcə də Teymur Qutluq və Səadət Gəraya göndərdiyi yarlıqlarını araşdırmışdır ki, onun tədqiqat əsəri bu gün də öz dəyərini itirməmişdir.

XX əsrin 20-ci illərində sözügedən mövzuya F. Petrun (Petrun F., 1928), 30-cu illərində A. Nasonov (Nasonov А. N., 2002), 50-ci illərində Q. Vernadskiy (Vernadsiy Q. V., 1999; 2000), 90-cı illərində K. Solovyov (Solovyov К. А., 1999) toxunmuşlar. Onlar xan yarlıqlarının daha çox Altın Ordu ilə digər dövlətlərin münasibətləri kontekstindən incələmişlər.

Bu sırada Topqapı Saray Muzeyinin arxivində qorunub saxlanılan, Altın Ordu, Kazan, Kırım və Türküstan xanlarına aid olan sənədlər barədə geniş məlumat verən A. N. Kurat (Kurat A. N., 1940, 1972), M. Özyetgin A. (Melek Özyetgin A., 1996), Altın Ordu xanlarının məktublarından söz açan T. Sultanov (Sultanov Т. İ., 1978), Əhməd Xanın Sultan II Mühəmmədə (Mehmedə) göndərdiyi məktubu incələyən İ. Zaytsev (Zaytsev İ. V., 1999), eləcə də xan yarlıqlarını sırf hüquqi aspektdən ələ alan R. Poçkayev (Poçkayev R. Yu., 2004; 2009) və s. kimi tədqiqatçıların adlarını da xüsusi vurğulamaq lazımdır.

Altın Orda xanı Toxtamışın Polşa kralı Yaqayloya göndərdiyi yarlıq Polşanın qədim sənədlərin qorunduğu Baş Arxivində, 5612 nömrəli şifrə altında qorunmaqdadır. Bundan öncə isə sözügedən yarlıq Polşa Kral Arxivində saxlanılırdı. XIX əsrin əvvəllərində həmin sənədi üzə çıxaran Naruşeviç soyadlı polyak alimi onun surətini çıxarmış və Rusiya Xarici İşlər Nazirliyinin Baş Arxivinə göndərmişdi. 1834-cü ildə həmin sənəd Kazan Universitetinin üzvü K. Obolenskinin diqqətini çəkir. O da sələfi kimi yarlığın dəqiq surətini çıxararaq tədqiq edilməsi üçün Kazan Universitetinin professorları A. Kovalevskiy və Mirzə Kazım bəyə göndərir (Yarlık хаnа.., 1850).

K. Obolenskinin yazdığına görə, tədqiqatlar sənədin uyğur əlifbası ilə “tatar” (türk - B.T.) dilində olduğunu üzə çıxardı. Məlum oldu ki, yarlıq uyğur əlifbası ilə yazılmış olsa da çox səliqəsiz icra edilmişdi və elə bu da onu Teymur Qutluq və Arqun Xanın daha öncədən məlum olan və eyni əlifba ilə yazılmış olan yarlıqlarından fərqləndirməkdə idi. Mirzə Kazım bəy yazını ərəb əlifbasına keçirərək, onun transkripsiyasını tərtib etdi və oxudu. Məlum oldu ki, sənəd hicri 795-ci ilin Rəcəb ayının 8-də, başqa sözlə, 1393-cü ilin 20 may tarixində qələmə alınmışdır (Berezin İ. N., 1850, s. 6-7).

Mirzə Kazım bəyin oxunuşu ilə razılaşmayan İ. Berezin mətnin monqol dilində olduğunu zənn edərək tərcümə prosesinə monqol alimi D. Banzarovu dəvət etdi. Lakin onlar da sonda mətnin məhz uyğur əlifbası ilə türkcə yazıldığı qənaətinə gəldilər. Alimlər öncə mətni monqol və ərəb əlifbasına keçirərək, onun transkripsiyasını tərtib etdilər. Onların tərtib etdikləri transkripsiya Mirzə Kazım bəyin transkripsiyası ilə müəyyən fərqlərə sahibdir (Berezin İ. N., 1850, s. 8).

Bu gün elmi ədəbiyyatda qəbul edilmiş tərcümə kimi İ. Berezinin tərcüməsi əsas götürülür. Bu tərcümə elə Toxtamış Xanın zamanında sözügedən orijinal mətnin Polşada keçərli olan əski slavyan dilinə tərcümə edilmiş mətni ilə üst-üstə düşür. Daha dəqiq desək, türk mətninin anlamlandırılmasında yarlığın əski slavyanca tərtib edilmiş tərcüməsi əhəmiyyətli rol oynamışdır.

Eyni mövzuya XIX əsrin 80-ci illərində tanınmış türkoloq V. V. Radlov da müraciət etmiş və o da öz tərcümə variantını təqdim etmişdir (Radlov V. V., 1888, s.1-17).

Toxtamışın uyğur əlifbası ilə türkcə (xaqaniyyə türkcəsi ilə) qələmə alınmış olan yarlığının orijinalı iki xüsusi hamarlanmış vərəqdə yazılmışdır. Bunlardan birincisinin uzunluğu 40 sm, ikincisininki isə təqribən 42,22 sm-dir. Hər iki vərəqin eni təqribən 17 sm-dir. Yazı hər iki vərəqin sadəcə bir üzünə həkk edilmiş, vərəqin digər üzləri təmiz saxlanmışdır. Sətirlərin sayı birinci vərəqdə 13, ikincisində isə 12 olmaqla üst-üstə 25-dir.

Birinci səhifənin başında, sağ tərəfdə yer alan “Toğtamış” və sözüm” kəlmələri, eləcə də ikinci vərəqin birinci sətri qızıl rəngli hərflərlə yazılmışdır. 6-cı sətirdə yer alan “biz” sözü də eyni qaydada işlənmişdir.

Birinci səhifənin sağ tərəfinə, 1 və 5-ci sətirlər arasında, 2, 3 və 4-cü sətirlərə paralel olan boş sahəyə üzərində ərəb kufi xətti ilə aşağıdakı kəlmələrin yer aldığı dördkünc möhür vurulub və buradakı yazı da qızıl rəngli hərflərlə yazılıb. Möhürün ortasında ərəbcə bu sözlər yazılıb:



Əl-Sultan əl-Adil Toğtamış (Ədalətli Sultan Toxtamış).



Bu kəlməni əhatə edən haşiyədə isə ərəbcə aşağıdakı sözlər qeyd edilib:

Bismillah əl-Rəhman əl-Rəhim la ilahə illəllah (Rəhman və Rəhim olan Allahın adı ilə. Yoxdur başqa ilah (tanrı).

Allah. Mühəmməd rəsululllah (Allah. Məhəmməd Allahın elçisidir).

Birinci vərəqin arxa tərəfində XVII və ya XVIII əsrdə, yəni çox-çox sonralar latın dilində edilmiş bir qeyd var: İmp. Tartarorum non recognita (Berezin İ. N., 1850, s. 12).

Bu qeyddən belə məlum olur ki, Avropada XVIII əsrə qədər Çingizoğullarının hakim olduqları böyük dövlət “Tartariya” (Tatarıstan) adı ilə tanınmış, onun hökmdarları, o cümlədən Toxtamış Xan isə imperator kimi qəbul edilmişdir.

Yarlıqda yer alan kəlmələr bunlardır:



Yüklə 227,54 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin