Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə19/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   129
Klinika. Yaranma səbəbinin müxtəlif olmasına baxma­yaraq kəskin qan­itir­mə­nin klinikası eynidir və qanaxmanın sürəti və həcmindən, xəstənin yaşı və ümumi və­ziy­­yə­tin­dən asılıdır.

Qanaxmanın (1-2 sutka) başlanğıcında ön plana hemo­dinamik dəyişikliklər, qa­nax­ma gücləndikdə isə şokun klinik əlamətləri çıxır. Kəskin qanaxmanın klinik əla­mət­­lərinə avazima, başgicəllənmə, təngənəfəslik, qulaqlarda küy, soyuq tər, qus­ma, hu­şun alaqaranlıqlaşması, ağır halda qıcolma və huşun itirilməsi aiddir. Xəs­tə­də qan təz­yiqi aşağı düşür, taxikardiya, sapvari nəbz müşahidə edilir. Bu dövrdə erit­ro­sit­lər­də morfoloji dəyişiklik yaranmır, eritrosit və hemoqlobinin miqdarı norma həddində ol­duğu ücün bunlar qanitirmənin gös­təricisi olmur. Kəskin qanitirmənin ilkin əlaməti trom­bositlərin miqdarının artması (1000x109 q/l-ə qədər) və ney­trofil ley­ko­si­toz­dur (so­la meyillilik). Eyni zamanda hemo­dinamikada patoloji dəyişiklik yaranır: dövr edən qa­nın həcmi azalır, periferik damarların spazmı yaranır, qanın ya­pış­qanlığı və lax­ta­lan­ması artır, formalı elementlərin damar daxili aq­re­qa­si­ya­sı nəticəsində mik­ro­tromb­lar əmələ gəlir.

Qanaxmanın 2-3-cü günü toxuma mayesinin və elek­trolitlərin damar daxilinə keç­­məsi nəticəsində plazmanın həcmi artdığı üçün dövr edən qanın həcmi də bərpa olu­­nur. Xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə edilir. Təxminən 5 gün ərzində xəs­tə­­də eritrosit və hemoqlobin bəra­bər şəkildə azalmağa başlayır, nor­mo­xrom ane­miya yaranır.

Bu dövrdə anemiyanın yaranması orqanizmin kom­pensator qabiliyyətinin yaxşı olduğunu göstərir. Qanitirmədən sonra uzun müddət Hb və erit­ro­sit­lə­rin səviyyəsinin normal saxlanılması orqanizmin kompensator gös­tə­ri­ci­lə­ri­nin zəif ol­ma­sını bildirir.

Qanitirmədən 5-7 gün sonra itirilmiş qanın bərpa dövrü başlayır. Sümük iliyində eritroid şaxənin proliferasiyası nəti­cə­sində retikulositlərin sayı kəskin artır. Əgər qa­nax­­­ma da­vam etmirsə, 2-3 həftə ərzində qan göstəriciləri bərpa olunur. Dəmir ehtiyatı kifayət qədərdisə, bir dəfə baş verən qanaxma zamanı hipoxromiya yaranmır. Hi­po­xro­miyanın yaranması üçün qanaxma bir neçə dəfə təkrarlanmalı və yaxud dəmir eh­ti­­yatını azaldan və ya onun istifadəsini pozan patogenetik faktorlar olmalıdır.

Müalicə. Kəskin və böyük həcmdə qanitirmə zamanı trans­fuzion terapiyanın əsas məqsədi:


  • normovolemiya və orqanlarda qan dövranını bərpa etmək

  • hemostaz yaratmaq üçün plazmada laxtalanma fak­torlarının miqdarını lazım olan səviyyədə saxlamaq

  • toxumaların oksigenə olan tələbatını ən azı minimal sə­viy­yədə təmin etmək üçün eritrositlərin miqdarını normallaşdırmaq.

Kəskin qanitirmə zamanı ilk olaraq qanaxmanı sax­lamaq, hemodinamik də­yi­şik­li­yi aradan qaldırmaq, qanın reo­loji xüsusiyyətlərini yaxşılaşdırmaq lazımdır. Bu məq­sədlə kəs­kin qanitirmə zamanı təzə dondurulmuş plazma, duz məh­lulları, kol­loid­lər-təbii albumin, hidroksietilnişasta, modifika­siya olunmuş jelatin, dekstran, qan kom­ponentləri (eritrosit, trombosit) istifadə olunur.

İtirilmiş qanı qısa zamanda qanköçürmə ilə əvəz etmək olmaz, çünki bu kütləvi hemotransfuziya sindromuna səbəb olar. Təzə dondurulmuş plazma çatışmayan lax­talanma fak­tor­­larını korreksiya etməklə yanaşı, qan dövranında kolloid-osmotik təzyiqi də artırır. Eritrosit kütləsinin köçürülməsində məqsəd or­qa­niz­­­min eritrositlə təchizatını yaxşılaşdırmaqdır. Xəstədə trombositopenik petexial qa­nax­ma və ya DDL sind­romunun nəticəsi olaraq sərf olunma trombositopeniyası ya­ra­nar­sa,trombosit kütləsi köçürülməsi məsləhətdir.

Qanaxmanın miqdarını təyin etmək üçün müxtəlif metodlardan istifadə olunur. Fizioloji olaraq kişilərdə ümumi dövr edən qanın həcmi bədən çəkisinin 7%-ni, qa­dın­larda isə 6,5%-ni təşkil edir. Qanitirməni həkim çox zaman öz klinik təcrübəsinə, xəs­tənin hərtərəfli müayinəsinin nəticələrinə əsaslanır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin