Anemiyalar


İki fazalı soyuq aqlutininli autoimmun hemolitik ane­­miya (paroksizmal soyuq hemoqlobinuriyası)



Yüklə 1,02 Mb.
səhifə98/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   129
İki fazalı soyuq aqlutininli autoimmun hemolitik ane­­miya (paroksizmal soyuq hemoqlobinuriyası). Xəstə­lik qəfildən yaranır. Paroksizmal soyuq hemoql­o­bi­­nu­riyası keçirilmiş virus infeksiyaları zamanı (qızılca, parotit), sifilisin son mər­hə­lə­sin­də (Do­nald-Landşteyner antiteli) müşahidə edilir. Soyuqlamadan müəy­yən müd­dət sonra xəs­tədə sidiyin rəngi tündləşir, qarında ağrı, öyümə-qusma, tit­rət­mə, Rey­no sindromu, məxmərək əlamətləri qeyd olunur. Xəstədə bir neçə də­qi­qə və ya bir neçə saat ərzində prodormal əlamətlər-bel və ayaq­larda, baş­da ağrılar, qa­şınma, hal­sızlıq, diarreya, titrətmə, qızdırma, tünd qara sidik ifrazı olur. Bə­dən hə­ra­rə­ti bir ne­çə saat müddətində artır. Hemoliz 2-3 gün davam edir və 1-2 gün qara rəngli sidik ifrazı olur. Kriz dövründə dəri və selikli qişalarda sarılıq əlamətləri müşahidə edilir. Bə­zən dalaq və qa­ra­ ciyər böyüyür.

Hematoloji dəyişikliklər kəskin damardaxili hemolizə uyğundur. Hemoqlobinin sə­­viyyəsi kəskin kriz dövründə 50 q/l-ə qədər azalır. Plazmada qaptoqlobulin, zər­­dabda hemo­qlo­­binin miqdarı artır. Kriz dövründə bəzən leykositlərin miqdarı azalır, hət­­ta trombositopeniya da müşahidə edilir. Sidik­də çoxlu miqdarda zülal, hemoqlobin və met­hemoqlobin aşkar olunur.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin