Ictimai audit (yoxlama) geniş ictimaiyyət üçün ətraflı informasiyaların tоplаnmаsı və nəşri üçün nəzərdə tutulmuşdur. Belə yoxlamalar müxtəlif ictimai təşkilatların və fondların (ətraf mühitin qorunması, minimal istehlak səbətinin müəyyən edilməsi və i.a.) tapşırıüı ilə aparıla bilər.
Auditi müşayət edən, onunla yanaşı yerinə yetirilən xidmətləri aşaüıdakı iki növə bölmək olar:
- iqtisadi subyektlərin məcburi audit yoxlamaları ilə birlikdə aparıla bilən xidmətlər;
- iqtisadi subyektlərdə məcburi auditlə bir yerdə aparılması mümkün olmayan xidmətlər.
Iqtisadi subtektlərdə auditor yoxlamaları ilə birlikdə aparılan xidmətlər aşağıdakı sahələrdə göstərilir (yerinə yetirilir): - mühasibat uçоtunun qurulmasında: uçоtun aparılması və hesabatın tərtib edilməsinə nəzarət olduqda; vergilərin hesablanması və ödənilməsi və digər məcburi ödənişlərin nəzarətində; maliyyə təsərrüfat – fəaliyyətinin təhlilində; iqtisadi investisiya lahiyəsinin qiymətləndirilməsində, mühasibat uçоtu sisteminin iqtisadi təhlükəsizliyini və iqtisadi subyektin daxili nəzarət sisteminin qiymətləndirilməsində; məşüələlərin aparılması, ixtisasın artırılması, iqtisadi subtektin heyətinin öyrənilməsində (oxudulmasında) və s.
Mövzu 5. Audit standartlarının əhəmiyyəti və mahiyyəti.
Audit standartlarının məqsədləri və prinsipləri.
Audit fəaliyyəti qanunverici və normativ hüquqi aktlar, sahədaxili əsasnamə, təlimat, metodik vəsait və digər normativ sənədlərlə tənzimlənir. Bu fəaliyyəti həyata keçirmək üçün audit öz işini planlaşdırmalı, müfəssəl proqram tərtib etməli, nizamlamalı, konkret fəaliyyət mexanizminə və metodologıyaya malik olmalıdır. Bаş vermiş təsərrüfat əməliyyаtlаrının və prоseslərin tənzimlənməsi, münasibətlərin qurulması və onun vahid standarta salınması üçün mütləq müvafiq qaydalar (standartlar) işlənib hazırlanmalı və tətbiq olunmalıdr. Audit standartları dedikdə, audit fəaliyyətinin həyata keçirilməsinə dair müvafiq qaydalar başa düşülür və müstəqil auditorlar və auditor firmaları öz fəaliyyətini bu qaydalara - standartlara uyğun qurmalıdırlar.
Audit standartları – öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları normativ materialdır.
Audit standartları, audit aparılması şərtlərindən asılı olmayaraq, auditorpeşəsinin bütün nümayəndələri tərəfindən metodoloji məsələlərə və bazaprinsiplərinə riayət edilməklə, auditin aprılmasına ümumi yanaşmanı, auditoryoxləməsının həcmini, auditor hesabatının növlərini müəyyən edir.
Audit standartlarının məqsədi, auditə dair vahi baza tələbləriniformalaşdırmaq və auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirməklə,auditin etibarlılığına təminat verməkdir.
Audit standartları işlənib hazırlanarkən aşağıdakı prinsiplərə riayətedilməlidir:
1. Audit müvafiq peşəkar səriştəyə malik olan şəxslər tərəfindənaparılmalıdır.
2. Auditor öz öz fikriniyürtməkdə müstəqil olmalıdır.
3. Auditor audit yoxlamasını düzgün və peşəkarlıqla aparmalı və obyektivauditor rəyi tərtib etməlidir.
4. Auditor yoxlamasını aparılması üçün auditpr plan və proqram tərtibetməlidir.
5. Auditor öz xüsusi fəaliyyətini planlaşdırmaq məqsədilə sifarişçini daxilinəzarət sistemi haqqında kifayət qədər məlumata malik olmalıdır.
6. Auditor mühasibat (maliyyə) hesabatlarrının düzgünlüyü haqqında rəyvermək üçün auditor yoxlaması zamanı kifayət qədər auditor sübutları toplamalıdır.
7. Auditor öz rəyində hesabatın uçot qaydalarına və normalarına uyğun olub–olmamasını göstərməlidir.
8. Auditor rəyində əvvəlki hesabat dövrü ilə müqayisədəsifarişçinin uçotsiyasətindəki dəyişikliyə səbəb olan şərait əks etdirməlidir.
9. Auditor rəyində nöqsan göstərilmədikdə, mühasibat (maliyyə) hesabatındakı məlumatlar düzgün hesab edilir.
10. Auditor öz rəyində mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünə dairqeydlər etməli və ya auditor rəyinin tərtib olunməmə səbəbləri göstərilməlidir.
Audit standartları 3 qrupa bölünür:
I Ümumi standartlar.
II Auditor yoxlamasının aparılması standartları.
III Hesabatın (aktın) tərtib edilməsi standartları.
Dostları ilə paylaş: |