7. Avtomatik tənzimləmə sistemləri haqqında ümumi məlumat
7.1. Avtomatik tənzimləmə probleminin mahiyyəti
Müxtəlif maşın, aparat və aqreqatların iş rejimlərinin insanın iştirakı olmadan texniki qurğuların köməyi ilə sabit saxlanılması və ya müəyyən qanun üzrə dəyişdirilməsi avtomatik tənzimləmə adlanır.Tənzim olunan maşınlar, aparatlar və aqreqatlar tənzimləmə obyekti adlanır. Obyektlərdə baş verən proseslərin fiziki mahiyyətindən asılı olaraq onları texniki, texnoloji, energetik, bioloji və s. obyektlərə ayırırlar.
Obyektə məqsədyönlü idarə təsiri göstərən texniki qurğu tənzimləyici (ümumi halda idarə qurğusu) adlanır. Tənzimləyici ilə obyektin vəhdəti tənzimləmə sistemi adlanır. Obyektin tənzimləyici ilə birləşdirilmə qaydası tənzimləmə sisteminin quruluşunu təyin edir.
Tənzimləmənin problem kimi meydana çıxması obyektə təsir edib onu öz tarazlıq vəziyyətindən meyl etdirməyə çalışan ziyanlı qüvvələrin mövcud olması ilə əlaqədardır. Belə qüvvələr həyəcanlandırıcı təsirlər adlanır. İstənilən tənzimləmə sisteminin əsas vəzifəsi həyəcanlandırıcı təsirləri kompensasiya edib obyektin normal iş rejimini bərpa etməkdən ibarətdir.
İdarə və həyəcanlandırıcı təsirlər obyektin giriş koordinatları, tənzimlənən kəmiyyətlər isə çıxış koordinatlarıdır. Uyğun olaraq, birinci növ girişlər idarə girişləri, ikincilər isə həyəcanlandıcı təsir girişləri adlanır. İnformativlik baxımından həyəcanlandırıcı təsirlər nəzarət olunan (ölcülən) və nəzarət olunmayan təsirlərə ayrılırlar.
Y uxarıda verilən anlayışlara uyğun olaraq tənzimləmə obyektinin (TO) sxemi şəkil 7.1-də göstərilmişdir. Burada – idarə; – xarici həyəcanlandırı təsirlər;
Şəkil 7.1.
– isə obyektin çıxış koordinatlarıdır. Parametrik həyəcanlandırı təsirlər şəkildə göstərilməyib. Şəkil 7.2-də obyektin vəziyyət dəyişənlərini də nəzərə alan vektor sxemi göstərilmişdir.
Avtomatik tənzimləmə nəzəriyyəsində adətən dinamik obyektlər öyrənilir. Girişinə pilləvari siqnal verildikdə vəziyyəti zamana görə dəyişən obyektlər dinamik obyektlər adlanır. Statik və ya ətalətsiz obyektlərdə giriş pilləvari dəyişdikdə obyektin vəziyyəti ani dəyişərək yeni sabit qiymət alır.
Şəkil 7.3-də avtomatik tənzimləmə sisteminin (ATS) ümumiləşdirilmiş sxemi göstərilmişdir. Şəkildə – tapşırıq təsiri olub sabit və ya zaman üzrə dəyişən funksiya; T – isə tənzimləyicidir.
Tənzimləyicinin məqsədi həyəcanlandırıcı qüvvələrin mövcud olduğu şəraitdə çıxış kəmiyyətinin tapşırıq siqnalına mümkün qədər yaxın olmasını təmin etməkdən ibarətdir, yəni .
Şəkil 7.2 Şəkil 7.3
ATS-ə konturları qırıq-qırıq xətlə çəkilmiş düzbucaqlının daxilində yerləşən obyekt kimi baxsaq görərik ki, onun giriş və çıxış siqnalları tənzimləmə obyektində olduğu kimidir. Fərq yalnız formal olub ondan ibarətdir ki, burada idarə siqnalı ilə işarə edilərək tapşırıq (bəzi hallarda etalon siqnal) adlanır. ATS-in daxili quruluşuna gəldikdə isə burada prinsipial fərq movcuddur. Obyektlə onun özü kimi dinamik qurğu olub, layihəçi tərəfindən seçilən tənzimləyicinin birgə fəaliyyəti obyektin dinamikasını və statikasını süni surətdə dəyişdirib, lazımi nəticə almağa imkan verir. Əldə edilən göstəricilər daha tənzimləmə obyektinə aid edilməyib, ATS-in göstəriciləri kimi qələmə verilir.
Dostları ilə paylaş: |