Axirət azuqəsi


Mədəni və məzhəbi proqramlarda ixlasın əhəmiyyəti



Yüklə 4,35 Mb.
səhifə21/23
tarix08.03.2020
ölçüsü4,35 Mb.
#102275
1   ...   15   16   17   18   19   20   21   22   23

Mədəni və məzhəbi proqramlarda ixlasın əhəmiyyəti


Din təbliğatçıları təbliğ, dini proqramların həyata keçirilməsi, məzhəbi mərkəzlərin təsisi və digər məsələlər zamanı niyyətlərini paklaşdırmalıdırlar. Onlar öz təbliğləri ilə başqalarını düz yola gətirir, onları mədəni və dini məsələlərə cəlb edir, məzhəbi mərkəzlər təsis etməklə cəmiyyətin mədəni tərəqqisi üçün münasib şərait yaradırlar. Amma onlar elə düşünməsinlər ki, bu fəaliyyətlərin ancaq onların özlərinə faydası var. Belə ki, bu fəaliyyətlərin onların axirət azuqələrinə də faydası tükənməzdir. Bu fəaliyyətlər Allah yolunda həyata keçirildiyi təqdirdə bizim üçün xeyirli ola bilər. Bütün səylərimiz ancaq dinin yayılması üçün olmalıdır və heç bir şəxsi mənfəət güdməməliyik. Deməli biz gördüyümüz işlərin nəticələrinin müsbət olduğu təqdirdə bizim üçün faydalı olduğunu düşünməməliyik və öz niyyətimizi araşdırmalıyıq. Belə olduğu halda biz məğrur olmarıq və əksinə niyyətlərimizin pak olmamasından utanarıq. İslam Peyğəmbəri (s) bu məsələ barəsində belə buyurub: “Ey Əbuzər! Allah-təala buyurur: Alimin dilindəki sözlərini qəbul etmirəm, onun ürəyində olanları qəbul edirəm, çünki onun məqsədi və amalı odur. Əgər onun iradəsi mənim razılıq verdiyim işlərə sərf olunarsa, onun sükutunu öz zikrim kimi qəbul edəcəm. Əgər həmin şəxs danışmasa belə.”

Hikmətli sözlər öyrənmiş və bunları xalqa danışan şəxslərə xalq tərəfindən sitayiş edilir və onlara böyük ehtiram qoyulur. Sözsüz ki başqalarına qarşı hüsnü-zənn etmək insanın vəzifəsidir, amma danışan şəxs öz işinə nə dərəcədə inandığına baxmalıdır və diqqət yetirməlidir. “Görəsən mənim yaxşı sözlərim Allah tərəfindən qəbul edilirmi və Allaha yaxınlaşırammı, yaxud əksinə haqdan uzaqlaşıram?” – barədə düşünməlidir. Bu sözün cavabını Allah-təala verib: «Mən hikmətli sözlərə baxmıram, əksinə bu sözlərin arxasında hansı düşüncə və niyyətlər gizlədiyinə baxıram. Mən insanların meyillərinə yox, bu sözləri vurğuladığı zaman ürəklərində tutduqları niyyətlərə baxıram. Mən onların heç bir çətinliyə baxmadan, öz öhdəliklərinə sadiq qalaraq vəzifələrini həyata keçirmələrinə diqqət yetirirəm.»

Deməli əgər o mənim haqq bildiyim yolla, yəni Allah-təala yolunda hərəkət edirsə, öz sükutu ilə də məni zikr etmiş olur. Həmin şəxsin ürəyi mənə bağlı olduğuna görə, məni sevindirə biləcək işlər görməyə çalışır. Sükutda mənim razı qaldığımı gördüyü üçün sükut edir və elə buna görə də onun sükutu ibadətdir. Bütün işi və ürəyi xalq yolunda olan şəxslər heç bir savab qazanmırlar. Onun savabı xalqın söylədiyi təriflərdir. Çünki onun əməlləri Allah yolunda deyil və buna görə də heç bir savab qazanmır.

Qeyd etdiyimiz sözlərə diqqət yetirsək, öz vəzifəsini heç bir çətinliyə baxmadan həyata keçirən şəxsin İlahi təfəkkürə malik olmasının şahidi olarıq. Amma insanları nəzərə alaraq Allahın razılıq verdiyi sözləri vurğulamaqdan çəkinən şəxsin düşüncələri İlahi deyil.


Niyyət və daxili meyllərin yeri


“Ey Əbuzər! Allah-təala sizin üzünüzə, sözünüzə və var-dövlətinizə baxmır, sizin ürəyinizlə əməllərinə baxır.”

Allah-təala insanın zahirinə, qabar bağlamış alnına və təntənəli geyiminə baxmır, Allah-təala nəzərində mühüm olan məsələ insanların pak ürəkləri və əməlləridir. Belə olmadıqda Allah-təala onlara savab vermək əvəzinə onları münafiqlər sıralarına daxil edir. Hədisin bu hissəsi olduqca əhəmiyyətlidir və bu əhəmiyyətlilik daxilində olan xəbərdarlığa diqqət yetirilməlidir. Belə olduğu təqdirdə özümüz barədə çıxardığımız qərarların çoxu dəyişiləcək. İnsan öz niyyətlərini araşdırsa onların çoxunun ilahi olmamasını görə bilər. Heç olmasa onların niyyətlərinin bir hissəsi qeyri-ilahidir və başqalarını Allahla şərik edir. Allah-təala da buyurur ki, “Hər kim başqasını mənimlə şərik edərsə bütün öz payımı da şərikimə verərəm.”

Biz danışdığımız sözün, gördüyümüz işin, oxuduğumuz dərsin və qıldığımız camaat namazlarının hansı niyyətlər əsasında həyata keçirilməsi barədə düşünməliyik. Görəsən Allah-təalanı sevdiyimiz üçün camaat namazına gedirik, yaxud bu sahədə başqa düşüncələrimiz var. Əgər bizim ibadətlərimiz qeyri-ilahi düşüncələrlə dolu olarsa, bizim başqa işlərimizdəki niyyətlərimiz də xalis ola bilməz. Riyakarlıq və maddi düşüncələri ibadətə daxil etmək kimi çatışmamazlıqlar xalqın hidayətini öz üzərinə götürmüş şəxslər üçün başqalarından daha çox olur. Camaatın imamət vəzifəsini daşıyan, xalqa dini elmlər öyrədən və başqalarını hidayət edən şəxslər üçün riya və bu tipli məsələlər daha ciddidir.

Peyğəmbər (s) zahiri əməllərinin təqvaya dəlalət etmədiyini və təqvanın insanın ürəyində yerləşdiyini təsdiq etmək üçün öz sinəsinə işarə edərək buyurur:

“Ey Əbuzər! Təqva buradadır, təqva buradadır.” Hər bir şəxsin zahirdə yaxşı işlər görməsi, çoxlu namaz qılması və zikr əhli olması həmin şəxsin təqvalı olmasını sübut etmir. İnsan öz niyyətini təmizləməlidir. Belə ki, insanı Allah üçün xalisləşdiyi zaman təqvalı adlandırmaq olar. Bundan öncə vacibatı yerinə yetirməyə, haramlardan uzaqlaşmağa, əmələ, ləyaqətli və saleh əməllərin mənşə aldığı anlama təqva deyildiyini vurğulamışdıq. Bizim əməllərimiz, ibadətlərimiz və faydalı işlərimizin mənşəyi Allah sevgisi olduğu halda təqva adlandırıla bilər. Elə bu səbəbdən də biz öz niyyətlərimizə və əməllərimizin mənşəyinə diqqət yetirməliyik, çünki heç bir iş niyyətsiz həyata keçirilə bilməz. İnsanın ixtiyarı əməlləri niyyətdən mənşə alır və o niyyət insanda iş görmək şövqü yaradır. İnsanın hər hansı bir işi görmək üçün özünü hazırlaması, amma nədənsə bu işin ilkin mərhələlərinin aradan getməsilə qeyd olunmuş işi həyata keçirməməsi mümkündür. Belə olduqda işin mənəvi təsiri ürəkdə qalır. Baş vermədiyi üçün xaricdə onun heç bir əsərinin qalmamasına baxmayaraq ürəkdə təsiri qalır. O mənəvi əsər və əlamət daxili niyyətdən qalıb və rəvayətdə o “həmin” kimi qeyd olunub.

Peyğəmbər (s) buyurur: Əməllərin haradan mənşə almasına və daxili meylinin hansı səmtə yönəlməsinə diqqət yetir. Bax gör bu işinlə Allaha diqqət yetirirsən, yaxud xalqa və dünya mənfəətlərinə diqqət yetirirsən? Belə ki, əməllərinin yaxşı olmasına baxmayaraq İlahi əsər-əlamətə malik olmadığı üçün insanı səadətə aparmır. Allah-təala əməllərin batininə diqqət yetirir və zahirinə laqeyiddir:

«Onların nə əti, nə də qanı, əlbət Allah-təalaya çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. səmimi-qəlbdən etdiyiniz ibadətdir.»1


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin