Hər hansı bir insanın niyyətinin xalis olmadığı təqdirdə niyyətini paklaşdırmaq əvəzinə onu tərk etməsi də mümkündür. Bu da insanı yaxşı işlərdən çəkindirən şeytanın yeni tələsidir. Məsələn Məhərrəm ayının ilk on günlüyyündə insan təbliğ işləri görmək qərarına gəlir və öz niyyətini araşdırdıqda onun pak olmadığını anlayır, elə bu səbəbdən də təbliğə getməkdən boyun qaçırır. Həmin şəxs öz-özlüyündə deyir: “Niyyətimin pak olmamasına görə təbliğə getmirəm.” Bu şeytanın istədiyi işdir. Çünki təbliğə gedərək xalqı hidayət etmək bizim borcumuzdur. Şeytanın vəsvəsəsi ilə öz vəzifəmizə göz yumuruqsa, Şeytana başqalarını düzgün yoldan döndərmək sahəsində yardımçı oluruq. Ona görə də niyyətlərimizin pak olmadığını gördükdə vəzifəmizi yerinə yetirməməyin əvəzinə niyyətimizi paklaşdırmağa çalışmalıyıq.
Təbliğ fəaliyyətlərimizin müqabilində pul təklif edirlərsə ya götürməməliyik, ya da az götürməli və onu lazımı yerlərdə xərcləməli və özümüzdən möhtac insanlara verməliyik. Bu qəbil işlər qeyri insani düşüncələrin zəifləməsinə və paklaşmasına gətirib çıxarır.
Dostlarımdan biri belə nəql edirdi: Dini elmlər tədris mərkəzində təhsil aldığım dövrlərdə Tehranın ətrafındakı şəhərlərdən birinə getdim. Orada çox böyük hörmətə malik ruhani var idi və böyük nüfuza malik idi. Bizi o şəhərin ətrafındakı kəndlərdən birinə göndərdilər. Mənim ilk təbliğ ilim və təcrübəsiz olduğuma görə minbər çıxışlarımız xalq tərəfindən yaxşı qarşılanmadı. Sonra bizə az pul verdilər. Öz təbliğat işlərimizdən sonra sağollaşmaq üçün həmin ruhaninin yanına getdik. O ruhani bizi böyük təvazökarlıqla qarşıladı və aramızdakı söhbətlərdən sonra zarafatyana dedi: “Dostlar gəlin bu müddət ərzində yığdığımız pulları bir yerə yığaraq bərabər şəkildə aramızda bölək. Həmin şəxsin tanınmış ruhani olduğuna görə minbər çıxışlarına çox adam toplaşdığı məlum idi. Elə bu səbəbdən də o çoxlu pul qazanmışdı. Həmin ruhani bizim çox da pul qazanmadığımızı bilirdi və ona görə də bizə belə bir təklif verdi. Biz də böyük məmnuniyyətlə bu təklifi qəbul etdik. Gözlərimizi yumaraq bütün pullarımızı üst-üstə tökdük və pulları böldükdən sonra hər birimizə bir neçə dəfə daha artıq pulun düşməsinin şahidi olduq.”
Sözsüz ki, insan öz həyatında çətinliklərlə üzləşir və bu çətinliklər, xüsusən bahalıq və inflyasiya zamanında insanın maddi maraqlarını daha çox oyadır. Belə düşüncələrin və maraqların həddini aşmaması üçün diqqətli olmalıyıq və bizim əlimizə gələn payın bir hissəsini ehtiyaclı şəxslərə verməliyik. Çünki ehtiyaclı şəxslərin sayı çoxdur. Biz əldə etdiyimiz gəlirin bir hissəsini ehtiyaclı şəxslər üçün nəzərdə saxlamalıyıq və yaxşı əməl sahibi adı ilə tanınmalıyıq.
Əli açıqlıq edirsinizsə çalışın yeni pulları verəsiniz və köhnə pulları özünüz üçün saxlayasınız. Bu hərəkət sizin mənəvi dərəcənizi gücləndirib dünyaya olan bağlılıqlarınızı azaldacaq. Öncə vurğuladığım kimi gəlirlərinizin bir hissəsini ehtiyaclı şəxslərə verin. Ehtiyac duymadığımız pulu ətrafımızda olan borclu şəxslərə verək və onu borcunu verə bilməmək xəcalətindən qurtaraq.
Borcu qaytarmaq vacib işlərdən biridir. Əgər təbliğə gedərək buradan əldə etdiyi pulla öz borcunu qaytarmaq istəyirsə bunun şəriyyətlə heç bir ziddiyyəti yoxdur. Baxmayaraq ki, bu yolla nəfsin kamal dərəcəsinə çata bilməyəcək. Əlbəttə bu işdə də ixlas qəsdinə malik olmaq olar.
Nə cür olursa olsun dünya təmayüllərimizi azaltmağa çalışmalıyıq, dünya ziynətlərinə etinasızlıqla yanaşmalıyıq. Biz dünyaya laqeyid olmaq üçün İmam Əlidən (ə) örnək götürməliyik. O həzrət buyurub:
“Tumu parçalamış və canı yaratmış Allaha and olsun, əgər beyət edənlər olmasaydılar, onların mövcudluğu ilə hüccət mənim üçün tamamlanmasaydı, Allah-təala alimlərin öhdəsinə zalimlərin acgözlüyü qarşısında dayanmaq və məzlumun ac qalmasına razı olmamağı qoymasaydı xilafətin yüyənini və kəndirini kənara atar, axırını əvvəlinə qoşardım. (Bundan öncə olduğu kimi bu iş üçün heç bir səy göstərmədiyim kimi, indi də xilafəti atıb gedərdim.)
“Allaha and olsun ki, sizin bu dünyanız mənim gözümdə qotur xəstəliyinə düçar olmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən belə həqir və pisdir.”
Cüzam və qotur xəstəliyinə tutulmuş şəxsin üzü o qədər çirkli olur ki, heç kim onun əlindən bir şey almaq istəmir və xəstəliyin ona da yoluxması qorxusundan ona yaxınlaşmağa belə icazə vermir. Belə bir şəxs əlində donuz sümüyü tutarsa kim bu sümüyü almaq üçün ona yaxınlaşar? Dünya və onun paltar, maşın, ev və xalça kimi ziynətləri Həzrət Əli (ə) nəzərindən cüzama düçar olmuş şəxsin əlindəki donuz sümüyündən belə həqir və pisdir.
“Deməli dünya sizin gözünüzdə Səlm ağacının yarpağının qopmuş hissəsindən (Səlm səhralarda bitən ağacdır. Bu ağacın pis iyli yarpaqlarından dabbağlıqda istifadə olunur.) və qayçıdan tökülən xırdalardan (qoyun qırxarkən qayçının ağzından tökülən xırda yunlar) daha kiçikdir. Gələcəkdəkilərin sizlərin əhvalınızdan örnək götürməsindən öncə, qədimdə yaşayanlardan və onların əhvalatından nəsihət alın və həqir dünyanı özünüzdən uzaqlaşdırın, çünki dünya sizdən öncə yaşamış və onu sevənə də vəfa etməyibdir.”1
Qeyd etmək lazımdır ki, insan üzərinə düşən vəzifəni həyata keçirmək üçün bütün şəri qanunlara riayət etməklə mübah gəlir əldə edə bilər. Amma insanın bütün pis yollardan istifadə edərək, başqalarına xəyanət edərək, İslama və dinə xəyanət göstərərək dünya malını artırmaq istəməsi ən pis xüsusiyyətlərdəndir. Həzrət Əlinin (ə) bu barədə vurğuladığı sözləri həmişə bizim yadımızda olmalıdır. Əgər dünyaya qarşı rəğbətimiz azalarsa təqvamız güclənər. Həzrət Əli (ə) nəzərindən cüzam xəstəliyinə düçar olmuş insanın əlindəki donuz sümüyündən daha dəyərsiz olan dünyaya ürək bağlamış insanın ürəyində Allah, Əli və Hüseyn (ə) sevgisi ola bilməz.
İYİRMİ BİRİNCİ DƏRS 3
Təffəkürün əhəmiyyəti və qəfləti aradan aparan amillərin qorunmasının lüzumu 3
Təffəkürün əhəmiyyəti və qəfləti aradan aparan amillərin qorunmasının lüzumu 4
Peyğəmbərin üç tövsiyyəsi 5
İnsanın oyanışına səbəb olan amillərə diqqətsizliyin mənfi nəticələri 10
Tənbəlliyin və yersiz gülüşün məzəmməti 12
İbadətdə təfəkkürün rolu 14
İYİRMİ İKİNCİ DƏRS 16
Haqq və batilin hüdudları 16
Haqq və batilin hüdudları 17
Haqq və batil və onların istifadə yerləri 17
Haqq və batilin zahiri nişanələri 18
Muxtar insan və ilahi imtahan 20
İnsan və daxili qüvvə olan haqq və batil arasında çəkişmə 22
Hissi və dünyəvi ləzzətlərə ümumi təmayül 25
İYİRMİ ÜÇÜNCÜ DƏRS 29
Kamil fəqih (alim) və əfali tövhidə etiqadın rəftarda təzahürü 29
Kamil fəqih (alim) və əfali tövhidə etiqadın rəftarda təzahürü 30
İbrahim və əfali tövhidə etiqad 31
Allahdan qeyrisinə etimad, əfali tövhidə etiqadsızlığın nəticəsi kimi 32
Şeyx Ənsari və Şeytanın toru 34
Təvazö - izzət və başıucalıq amili 35
Həzrət İmam Səccad (ə) və zati ehtiyac və nöqsanın dərki 37
Həqiqi imanın səmərəsi Peyğəmbərin (s) kəlamında 39
İYİRMİ DÖRDÜNCÜ DƏRS 41
Mühasibənin, əməllərin ölçülməsinin və Allahdan həya etməyin əhəmiyyəti 41
Mühasibənin - əməllərin ölçülməsinin və Allahdan həya etməyin əhəmiyyəti 42
Mühasibə, qaçılmaz zərurət 42
Müşaritə, müraqibə və mühasibə 44
Nəfsin mühasibəsinin faydası 48
Çirkin əməlin doğurduğu xəcalət 51
Xəcalət və həyanın məfhumu 52
Qələt adət - ənənələrin yayılmasının amilləri 54
İYİRMİ BEŞİNCİ DƏRS 58
Behiştə getməyin yolu və İlahi həyanın cilvələri 58
Behiştə getməyin yolu və İlahi həyanın cilvələri 59
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi 59
Dünya - vəsilə, ya hədəf 61
Mütləq Qəni olana üz tutmaq ehtiyacsızlığın əsas amili kimi 62
Ölümü anmaq və İlahi həyanın cilvələri 65
“Qarnını və orada olanları unutma” 67
Pakizəlik, övliyaların əxlaqı 68
İYİRMİ ALTINCI DƏRS 70
Xalis duanın və saleh əməlin rolu 70
Xalis duanın və saleh əməlin rolu 71
Duanın məfhumuna bir işarə 71
Dua etməkdə insanların bir-biri ilə fərqi 72
Allah dərgahında gücsüzlüyünü etiraf etməyin lüzumu 74
Duanın saleh əməllə olmasının lüzumu 76
Saleh insanın varlığının bərəkəti 78
İYİRMİ YEDDİNCİ DƏRS 82
Xalis bəndənin Allah yanındakı məqamı və mənziləti 82
Xalis bəndənin Allah yanındakı məqamı və mənziləti 83
İnsanın üstünlük meyarı 83
İki amilin – istiqlalın və ixlasın – rolu 86
İYİRMİ SƏKKİZİNCİ DƏRS 93
İbadətin və bəndəliyin əzəməti, onun təkvini təsiri 93
İbadətin və bəndəliyin əzəməti, onun təkvini təsiri 94
İnsanın əməllərinə yerin şahidliyi 94
Yerin və cansız mövcudatın sitayişinin keyfiyyəti 95
Yaradılmışların şüur və dərki və təsir qəbul etməsi 97
Məsum imamların nurlarının hüzur dairəsi 99
Əməllərin şahidlərin nəzərindən gizli qalmaması 100
Bəndəlikdəki ixlas – şadlığın və öyünməyin mayası 102
İxlas 103
İYİRMİ DOQQUZUNCU DƏRS 106
Bəndəlik və ibadət, insanın ən böyük sərmayəsi 107
Dünyanın insan üçün tüfeyli olması 107
Kamil insanın şərafət və kəraməti 108
Behiştin möminlər və Əhli-beyt (ə) dostları üçün olması 110
Behiştin sahibləri 111
Peyğəmbərlərin və İslam Peyğəmbərinin (s) məqamı 112
Salehləri məqamı 113
Siddiqlərin məqamı 114
Allahın seçilmiş bəndələrinə məxsus olan ismət məqamı 115
İsmətin bölmələri 115
İmanda sədaqətin əhəmiyyəti və ona çatmağın yolları 117
OTUZUNCU DƏRS 121
Zikrin məqamı, faydalı əlaqələr və dostu seçməyin meyarı 121
Zikrin məqamı, faydalı əlaqələr və dostu seçməyin meyarı 122
Guşənişinliyin, təkliyə çəkilməyin faydaları 122
Başqaları ilə get-gəlin, əlaqə saxlamağın faydaları 124
Ülfət və qardaşlıq ilahi nemətlər sırasında 127
Dostun seçilməsi meyarı 128
Qafillərin arasında Allahı yad etməyin əzəməti 131
İnsanın öz danışığına nisbətdə məsuliyyət daşıması 132
Möminlə bir süfrədə oturmağın hüsniyyəti və fasiqin süfrəsindən çəkinmək 134
OTUZ BİRİNCİ DƏRS 138
Dil – hidayətə və ya azmağa vasitə 138
Dil – hidayətə və ya azmağa vasitə 139
Kamala çatmaq yolunda dildən və digər üzvlərdən bəhrələnmək 139
Dildən bəhrələnməyin qaydası və onun bəlasından qaçmaq 141
Başqarışdıran sözlərdən pəhriz etmək və zarafat etməkdə həddi gözləmək 143
Hidayət yollarının müxtəlifliyi 146
Danışığın və rəftarın əksüləməllərinə bir baxış 148
Təhqiq əsasında söz danışmağın lüzumu və şayiə yaymaqdan çəkinmək 149
OTUZ İKİNCİ DƏRS 153
Allahın ehtiram və cəlalının göstəriciləri 153
Allahın ehtiram və cəlalının göstəriciləri 154
Peyğəmbər (s) və imamların (ə) gizli qalmış mənziləti 155
Allaha itaət etməyin Peyğəmbərə (s) və Əhli-beytə (ə) olan itaətlə əlaqəsi 156
Möminlərə ehtiram etməyin lüzumu 159
Cəmiyyətdə hökumətin və qanunun zəruriliyi 165
Saleh və ləyaqətli hakimin şəraiti 167
Vəliyyi-fəqih ən saleh və ən ləyaqətli şəxs 169
OTUZ ÜÇÜNCÜ DƏRS 172
Dilin qorunmasının lüzumu və onun eyiblərinin məzəmməti 172
Dilin qorunmasının lüzumu və onun eyblərinin məzəmməti 173
Əməllərin qarşılıqlı təsiri və ya ehbat və təkfir 173
Başqalarında eyb axtarmağın məzəmməti 176
Yaltaqlığın və yersiz tərifin məzəmməti 179
Başqalarına tənə vurmağın məzəmməti 182
Yersiz inadcıllığın məzəmməti 184
OTUZ DÖRDÜNCÜ DƏRS 187
İbadətin cilvəsi, islamda məscidin yeri və rolu 187
–İbadətin məfhumu və əhatə dairəsi 187
İbadətin cilvəsi və məscidin islamda yeri və rolu 188
İbadətin məfhumu və əhatə dairəsi 188
A)–İbadət üçün bir bölgü 189
V)–Namaz bəndəliyin zirvə nöqtəsi və Məbuda yaxınlaşmaq 191
S)–Müqəddimatın şəriliyinin fəlsəfəsi və namaza diqqət yönəldən amillər 193
Məscid - haqq dəgahı aşiqlərinin yüksəliş məkanı 195
Xalqı məscidə sövq etməyin hikməti 197
Məscidin əhəmiyyətini dərk etməyin lüzumu və orda olmağın qayda-qanunları 198
Məsciddə olmağın və orada ibadətin fəziləti 204
Allahın sevimli bəndələri 207
OTUZ BEŞİNCİ DƏRS 209
Təqva, zöhd və vərənin məqam və dərəcələri 209
Təqva, zöhd və vərənin məqam və dərəcələri 210
Təqvanın məfhumu və onun xofla əlaqəsi 211
Təqvanın əhəmiyyəti və əldə edilməsi yolları 212
Təqvanın dərəcələrinə bir baxış 216
Təqvanın təsirinə bir baxış 217
Müttəqilərin hesabdarlıq və başqa neçə xüsusiyyətləri 222
Vərə və zöhd peyğəmbərin kəlamında 225
OTUZ ALTINCI DƏRS 229
Peyğəmbərin nəzərində helm, müdara və təvəkkül 229
Peyğəmbərin nəzərində helm, müdara və təvəkkül 230
Helmin uca məqamı 231
Helm Allah övliyalarının zinəti 234
Müdara, onun yaltaqlıq və təslimçiliklə fərqi 236
Müşriklər qarşısında Peyğəmbərin (s) sərtliyi 238
Təvəkkül məqamı 242
Təvəkkül və maddi, mənəvi amillərdən istifadə 243
Təqvanın təvəkkül ilə əlaqəsi 247
OTUZ YEDDİNCİ DƏRS 249
İlahi tədbir və təqdirlər, doğru etaqad və inamın rolu 249
İlahi tədbir və təqdirlər, doğru etiqad və inamın rolu 250
Haqq qarşısında təslim, nigarançılıqların aradan qaldırılmasının amili 250
Qəzavü-qədərə bir baxış 252
Yəqin məqamı və onun mərtəbələri 255
Allah övliyaları və ilahi təqdirə razılıq 258
Səbr məqamına bir baxış və onun əhəmiyyəti 263
Allahın istəyini öz istəyindən önə salmağın rolu 266
OTUZ SƏKKİZİNCİ DƏRS 271
Allahı və Onun həkimanə sistemini tanımaq 271
Allah və Onun həkimanə sistemini tanımaq 272
İnsan və Allahla rabitə 272
Çətinliklərdə Allaha diqqətin lüzumu 275
Allahdan kömək istəməyin lüzumu 277
Allahın həkimanə tədbirini tanımağın və ona yəqini olmağın əks-təsiri 280
İnsanın tərəqqisi və kamilliyi yolunda çətinliklərin rolu 282
Qənaət və ehtiyacsızlıq 284
OTUZ DOQQUZUNCU DƏRS 286
Allah-təala nəzərindən dəyərliliyin meyarı 286
Allah-təala nəzərindən dəyərliliyin meyarı 287
İman və əməli salehlik insanın ən yüksək meyarıdır 287
İslam nəzərindən faydalı və dəyərli iş! 289
Mədəni və məzhəbi proqramlarda ixlasın əhəmiyyəti 293
Niyyət və daxili meyllərin yeri 295
Düşüncə və niyyətin sağlamlaşdırılması yolları 296