1-SƏQİFƏDƏ
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) -in vəfatından sonra mühacir və ənsar xəlifə təyin etmək üçün bir-birinin canına düşdülər. "Bəni saidə" səqifəsində (kölgəlik üçün düzəldilən yerdir) yığılan birinci dəstə ənsardan idi. (Onlar Mədinədə Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) kömək etmişdilər.) Səd ibni Übadə müsəlmanların rəhbəri olmağa hamıdan çox can atır, öz rəhbərliyini rəsmiləşdirmək istəyirdi. Əbu Bəkr və Ömər hadisədən xəbər tutub təcili olaraq özlərini səqifəyə çatdırdılar.32 Çünki onlar uzun illər arzusunda olduqları rəyasətin ənsara qismət olacağından qorxurdular. Açıq və eyni zamanda həyəcanlı bir məclisdə Əbu Bəkr söhbətə başladı. Onun son nəzəri bu oldu ki, rəhbər (xəlifə) mühacirlərdən, vəzir isə ənsardan olsun. Amma bu nəzər ənsarın başçılarından olan Hübab ibni Münzərin ciddi müxalifətinə səbəb oldu. Səd ibni Übadənin öz məqsədinə çatmasına (rəhbər olmasına) az qalmışdı. Lakin gözlənilmədən onun əmisi oğlu Bəşir ibni Səd müsəlmanların rəhbərinin mühacirlərdən seçilməsini zəruri hesab etdi. Bəşirin öz əmisi oğlu Səd ilə əvvəldən yaxşı münasibəti olmadığından onunla rəqabətə başladı. Nəhayət Bəşir belə bir təklif irəli sürdü ki, Qüreyş başçılarından biri müsəlmanların rəhbəri olsun. Uzun-uzadı çəkişmələrdən, əsassız və mənasız mübahisələrdən sonra əksəriyyətin müxalifəti ilə yanaşı, Əbu Bəkri rəhbərliyə qəbul seçdilər.
Ömər Əbu Bəkrin rəhbər seçilməsindən çox sevinirdi. Onun gördüyü şirin yuxular artıq gerçəkləşmə ərəfəsində idi. Müsəlman cəmiyyətində qılıncının dalı da, qabağı da kəsəcəkdi. Amma eyni halda Əli (əleyhissalam) barəsində nigaran idi. O, Əli (əleyhissalam)-ın öz haqqını tələb edərək Allah tərəfindən ona verilmiş imaməti (rəhbərliyi) tələb etməsindən qorxurdu. Buna görə də Fatimənin evinə gedib, Əli (əleyhissalam)-ı Əbu Bəkrin yanına aparmaq istədi ki, onunla beyət etdirsin. Lakin Əli (əleyhissalam) onunla beyət etməkdən ciddi şəkildə imtina etdi. Ömər isə bu işə ciddi şəkildə israr edirdi. Əliyyibni Əbitalib (əleyhissalam) Ömərə dedi: "Ey Ömər! Sənin xilafətin "südlə dolu bərəkətli döşündən" çoxlu mənfəət götürməkdən başqa bir məqsədin yoxdur. Bu gün işi möhkəm tutmaq istəyirsən ki, sabah özünü o südlə sirab edəsən. Amma bil ki, heç vaxt sənin bu təklifinə əhəmiyyət verməyəcək, Əbu Bəkrin əsası zülm ilə qoyulan xilafətini qəbul etməyəcəyəm!"
Bu vaxt Əbu Übeydə söhbətə başladı. Onun Əliyyibni Əbitalibin rəhbər olmasına tutduğu yeganə irad o Həzrətin cavan olması idi. Əbu Übeydənin yersiz və xam xəyalla dolu olan sözlərindən sonra, İmam (əleyhissalam) özünün müsəlmanların rəhbəri kimi təyin olunmasını və bu işə hamıdan artıq ləyaqətli olmasını isbat etmək üçün "Təthir" ayəsinə istinad edərək buyurdu:
ياَ مَعْشَرَ الْمُهاَجِرِيبنَ لاَ تُخْرِجُواسُلْطاَنَ مُحَمَّدٍعَنْ داَرِهِ وَبَيْتِهِ اِليَ بُيُوتِكُمْ وَ دُورِكُمْ وَلاَتَدْفَعُوا اَهْلَهُ عَنْ مَقاَمِهِ فِي النّاَسِ وَحَقِّهِ فَوَ اللهِ ياَ مَعْشَرَ الْمُهاَجِرِينَ نَحْنُ اَهْلَ الْبَيْتِ اَحَقُّ بِهذاَ الاَمْرِ مِنْكُمْ اَماَ كَانَ مِناَّ الْقاَرِئُ لِكِتاَبِ اللهِالْفَقِيهُ فِي دِينِ اللهِ الْعاَلِمُ
"Ey Mühacirlər! Mühəmmədin hökumətinin qüdrətini o Həzrətin evindən çıxardıb, öz evlərinizə tərəf çəkməyin. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in vəfatından sonra onun sülaləsinin layiq olduqları məqamı onların əlindən almayın. Ey mühacirlər, and olsun Allaha, müsəlmanlara rəhbərliyə yalnız biz layiqik. Çünki, "Əhləl-beyt" bizik. Deyin görək, Allahın kitabına bizdən də elmli, Allahın dinində bizdən də bəsirətli, Rəsuli Əkrəmin sünnəsinə bizdən də agah, ictimai təşkilatçılığı bizdən yaxşı bilən bir kəs varmı?"
قاَلَ الْبَشِيرُ بْنُ سَعْدٍ: لَوْ كاَنَ هذاَ الْكَلاَمُ سَمِعَتْهُ مِنْكَ الاَنْصاَرُ ياَ عَلِيُّ قَبْلَ بَيْعَتِهِمْ لاَبِي بَكْرٍ ماَ اخْتَلَفَ عَلَيْكَ اثْناَنِ وَ لكِنَّهُمْ قَدْ باَيَعُوا
Bəşir ibni Səd Həzrəti Əlinin möhkəm və kəsərli dəlillərindən sonra dedi: "Ey Əli, əgər bu sözləri Əbu Bəkrlə beyət etməzdən qabaq bizə desəydin, ənsardan heç kəs səndən başqasına beyət etməzdi. Lakin nə etmək olar, artıq iş işdən keçib."33
Dostları ilə paylaş: |