Ayətullah Fazil Lənkərani


İMAM ƏLİ (əleyhissalam)-İN ÖZ MÜSHƏFİ HAQQİNDA SÖZÜ



Yüklə 0,58 Mb.
səhifə53/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   49   50   51   52   53   54   55   56   ...   109

İMAM ƏLİ (əleyhissalam)-İN ÖZ MÜSHƏFİ HAQQİNDA SÖZÜ


Yuxarıdakı mətləbləri isbat etmək üçün diqqətinizi mərhum Təbərsinin "Ehticac" kitabında qeyd etdiyi bəzi məqamlara cəlb edirik. O kitabda İmam Əli (əleyhissalam)-ın Təlhə ilə bu asimani əmanət haqqındakı söhbətləri müfəssəl surətdə yazılmışdır. Həmin rəvayətin bizə lazım olan hissəsini qeyd edirik. Əmirəl-möminin Əli (əleyhissalam) söhbət əsnasında Təlhəyə buyurdu:

ياَ طَلْحَةُ اِنَّ كُلَّ أيَةٍ اَنْزَلَهاَ اللهُ جَلَّ وَ عَلاَ عَليَ مُحَمَّدٍ عِنْدِي بِاِمْلاَءِ رَسُولِ اللهِ وَخَطِّ يَدِي وَ تَاْوِيلُ كُلِّ أيَةٍ اَنْزَلَهاَ اللهُ عَليَ مُحَمَّدٍ وَ كُلُّ حَراَمٍ وَ حَلاَلٍ اَوْ حَدٍّ اَوْ حُكْمٍ اَوْ شَيْءٍ يَحْتاَجُ اِلَيْهِ الاُمَّةُ اِليَ يَوْمِ الْقِياَمَةِ مَكْتُوبٌ بِاِمْلاَءِ رَسُولِ اللهِ وَ خَطِّ يَدِي حَتّيَ عَرْشِ الْخَدْشِ. قاَلَ طَلْحَةُ: كُلُّ شَيْءٍ مِنْ صَغِيرٍ اَوْ كَبِيرٍ اَوْ خاَصٍّ اَوْ عاَمٍّ كاَنَ اَوْ يَكُونُ اِليَ يَوْمِ الْقِياَمَةِ فَهُوَ عِنْدَكَ مَكْتُوبٌ قاَلَ: نَعَمْ وَ سِويَ ذَلِكَ¨ اَنَّ رَسُولَ وَ اللهِ(ص) اَسَرَّ اِلَيَّ فِي مَرَضِهِ مِفْتاَحَ اَلْفِ باَبٍ مِنَ الْعِلْمِ يُفْتَحُ مِنْ كُلِّ باَبٍ اَلْفُ باَبٍ ...ثُمَّ قاَلَ طَلْحَةُ فَاَخْبِرْنِي عَمّاَ فِي يَدِكَ مِنَ الْقُرْأنِ وَ تَاْوِيلِهِ و َ عِلْمِ الْحَلاَلِ وَ الْحَراَمِ اِلي َ مَنْ تَدْفَعُهُ وَمَنْ صاَحِبُهُ بَعْدَكَø قاَلَ: اِنَّ الَّذِي اَمَرَنِي رَسُولُ اللهِ(ص) انْ اَدْفَعَهُ اِلَيْهِ وَصِيِّي وَ اَوْليَ النّاَسِ بَعْدِي بِالنّاَسِ ابْنِيَ الْحَسَنُ



"Ey Təlhə! (Bil və) agah ol ki, hər ayə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -ə nazil olurdusa o Həzrət qiraət edər, mən də yazardım. Həmçinin ayənin təvilini, halal və haramı, hüdudu, vacibatı, müstəhəbbatı, bir sözlə, ümmətinin qiyamətə qədər ehtiyacı olan hər bir şeyi Peyğəmbər buyururdu, mən də yazırdım."

Təlhə təəccüblənərək o Həzrətdən daha artıq izahat verməsini istədi və dedi: "Siz keçmişdə və gələcəkdə qiyamətə qədər olan bütün cüzi və külli məsələləri, ümumi və xüsusi şeyləri yazmısınız? Həmin kitab da sizin yanınızdadır?"

İmam Əli (əleyhissalam) buyurdu: "Bəli, sən dediklərindən çox-çox artıq şeylər yazmışıq, hamısını da bilirik. Bu yazıları (elmi) Allahın Rəsulu öz həyatının son anlarında mənə vermişdir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sirlər xəzinəsindən elmin min babının açarını mənə verdi. Hər bir qapıdan min dənə elm qapısı mənim üzümə açıldı."

Təlhə Həzrət Əlinin yanında olan, Quranın sirləri və təvillərini əhatə edən, Peyğəmbərin tərəfindən ona əmanət çatan bu kitabın yüksək məqamını dərk edib bir az fikrə daldı. O, İslam ümmətinin bu cür əzəmətli elm xəzinəsi haqqında fikirləşəndən sonra yenə soruşdu: "Çox yaxşı, əgər bu kitabın sirlərini hamıya açmaq olmazsa, bəs özündən sonra onu kimə verəcəksən və onu kim öhdəsinə götürəcək?"

İmam Əli (əleyhissalam) onun cavabında buyurdu: "Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) mənə əmr edib ki, bu kitabı özümdən sonra vəsim və müsəlmanların rəhbəri olan oğlum İmam Həsənə verim."

Deməli, Əli (əleyhissalam)-ın yanında olan kitabın aşağıdakı xüsusiyyətləri vardır:

1-Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan hər bir şey İmam Əlinin əli ilə o kitabda yazılmışdır

2-Hər ayənin təvili (ayələrin batini mənalarının şərhi) həmin kitabdadır

3-İslam ümmətinin qiyamətə qədər ehtiyac duyduğu bütün hökmlər, halal və haramlar, vacib və müstəhəblər, hüdud (cəza tədbirləri) və s. bu kitabda İmam Əlinin əl yazması ilə mövcuddur və İmam ondakı ilahi göstərişləri elə diqqətlə yazmışdır ki, hətta üzün cızılmasının hökmü belə unudulmamışdır.

4-Bu kitab hamının ixtiyarında qoyulmamalı, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in əmri ilə əvvəlcə öz vəsisi (canişini) İmam Əli (əleyhissalam)-ın əlində olmalıdır. O Həzrət də özündən sonrakı vəsisinə"İmam Həsənə tapşırmalıdır. Bu tərtiblə imamlarımız o kitabı bir-birinə tapşıraraq axırda 12-ci İmamımıza çatdırmalıdırlar.

Bütün bu xüsusiyyətlərlə yanaşı o kitabın hamısının Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan həqiqi Quran olduğunu demək olarmı? Əli (əleyhissalam)-ın sözünə əsasən bunun cavabı mənfidir. Çünki, o kitabda bütün hökmlər"istər ümumi, istərsə də xüsusi istər incə və cüzi, istərsə də külli və ümumi hökmlər müfəssəl surətdə yazılmışdır. O kitabda təkcə ayələr deyil, həm də onların təvili yazılmışdır, məhz buna görə də əmanət kimi ilahi övsiyanın (canişinlərin) əllərində qalmalıdır ki, İslamın bütün sirlərindən və onun səmərəli nəticələrindən agah olalar.

Buna görə də İmam Əli (əleyhissalam)-ın cəm etdiyi kitabın yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in qəlbinə nazil olan ayələr-dən ibarət olduğunu deyə bilmərik. Çünki o həzrətin cəm etdiyi kitabda ayələrin təvili də vardır, təvil də ayənin özündən tamamilə başqa bir şeydir.

Peyğəmbər Quranı müsəlmanlar üçün oxuyub onlara öyrətdiyi kimi, Qurani-Kərim xalqın hamısının ixti-yarında qoyulmaldırı. Quranın özü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -ə əmr verir ki, onu hamıya öyrətsin:

يُعَلِّمُهُمُ الْكِتاَبَ وَ الْحِكْمَةَ

Halbuki, İmam Əlinin (əleyhissalam) cəm etdiyi kitab yalnız imamlarımızın yanında əmanət olmalıdır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin