İKİNCİ HİSSƏNİN XÜLASƏSİ
1-"Təthir" ayəsi müstəqil bir ayə olub Ümmü Sələmənin evində nazil olmuşdur.
2-Ayə nazil olan zaman Ümmü Sələmənin evində, beş nəfər əbanın altında idi. Ümmü Sələmə isə onlardan kənarda dayanaraq hadisəni müşahidə edirdi. Bu, bütün müsəlman alimlərinin"istər şiə, istərsə də sünnü"arasında danılmaz bir məsələdir. Hətta Peyğəmbərin iki arvadı, yəni Ümmü Sələmə və cavan qadını Ayişə özlərini bu mənəvi və rəhmani feyzdən məhrum qalmalarını etiraf etdilər.
3-"Kasaları aşdan isti olanlar"ın, yaxud həsəd üzündən od tutub yananların "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə də şamil olmasını, yaxud təkcə onlara şamil olmasını sübut etmək üçün göstərdikləri səylər faydasızdır.
4-Bəzi inadkar adamlar risalət xanədanı üçün böyük fəzilətin olduğunu qəbul etməklə yanaşı, "Təthir" ayəsinin əbanın altında bir yerə yığışanlara"Ali-əbaya aid olmasını qəbul etmirlər. Onların (Ali-əbanın) dadlı-ləzzətli yemək yeyəndən sonra əba altında bir yerə yığışmasını təbii və adi bir iş hesab edir, zamanın keçməsi ilə bu icmanın fəzilətli bir iş kimi cilvələndiyini iddia edirlər.
Halbuki "Təthir" ayəsinin Əhli-beytin böyük və mənəvi fəzilətə, ictimaiyyətdə yüksək məqama malik olduqlarını bildirməsi və həssas əhəmiyyətə malik olan rəhbərlik üçün nəzərdə tutulmaları sübut olundu. Əbanın altında bir yerə yığışmaq da bir növ yaranacaq şübhəni aradan qaldırmaq üçün idi. Çünki zamanın keçməsi ilə bəzi adamların "Təthir" ayəsindəki fəziləti özlərinə və ya başqalarına aid etmələri mümkün idi. Həqiqətdə bu əməl Əhli-beytin müqəddəs vücudlarını açıq-aşkar tanıtdırmaq istəyən bir üslub idi ki, başqaları bu barədə şəkk-şübhəyə düşməsinlər və ya onu inkar etməsinlər.
Əbanın altında bir yerə yığışmağın "Qədir Xum" hadisəsinə çox oxşarlığı vardır. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Qədir Xum" adlı yerdə Əlinin əlindən tutub qaldıraraq onu özündən sonra müsəlmanların rəhbəri elan etdi.
5-Qurani-kərim dəqiq tənzim olunmuş bir kitabdır ki, "Həmd" surəsi ilə başlanır. Onun bir yerə yığılması Peyğəmbərin dövründə tamamlanmış, onda heç bir dəyişiklik və təhrifə yol verilməmişdir. Hər bir ayə Peyğəmbərin dövründə necə tənzim olunmuşdursa, hal-hazırda da olduğu kimi öz yerində qalmışdır.
6-Buna əsasən "Təthir" ayəsi "Əhzab" surəsində, Peyğəmbərin zövcələrinin rəftarlarını bəyan etmək üçün nazil olan ayələrlə yanaşı olmalıdır. Bu ayənin yerləşdirilməsi isə, Peyğəmbərin zövcələrinin şəxsi və ictimai vəzifələri təyin olunandan sonra "Əhzab" surəsinin 33-cü ayəsinin axır hissəsində "vəqərnə fi buyutikunnə" cümləsi ilə bir yerdə yerləşdirilmişdir.
Dostları ilə paylaş: |