OV VƏ HEYVAN KƏSMƏK
Cəfəri məzhəbinə görə, fəqihlərin nəfsi-sailə dedikləri, daha doğrusu, çəkilərkən qanı axacaq damarları olan heyvan öldükdə murdar sayılır. Onların təmiz çıxarılması mümkün deyilir. Köpək və donuz kimi. Bunlardan başqa heyvanlar təmizdir. Birinci qismdən murdarlığı təmizləmək olmaz. Onların diriləri də murdardı, ölüləri də. Kəsilmələri də murdardı, özü ölənləri də.
İkinci qisim şəri qayda ilə kəsilməmiş ölsə, murdardı, ətləri isə haramdır. İstər quş olsun, istər başqa heyvan, istər əhliləşmiş olsun, istər vəhşi, istər qanı axar olsun, istər axmayan, hökm eynidir. Əti halal olan heyvan üzü qibləyə çevrilərək, bismillah deyilib kəsilərdsə əti halaldır. Lakin yırtıcı heyvanların əti haramdır. Təzkiyə (təmizə çıxartma) iki növdür:
1) Ovlamaq. Bu iki yolla - ov itləri, yaxud da ox və tüfənklə olur. Əgər ovlayan müsəlmandırsa, ovu nişan olarkən bismillah deməlidir. Bismillah deyiləndən sonra vurulan ov ölsə də, əti halaldır. Əgər ovçu ova yetişərkən görsə ki, vurduğu ov hələ ölməyib, onda onun üzünü qibləyə çevirib bismillah deyərək kəsməlidir. Bundan başqa hər hansı bir heyvanla və ya başqa ov alətlərilə ovlanan heyvan diri olduğu halda kəsərkən «bismillah» deyilsə, əti halal olar.
2) Şəri təzkiyə. Bu, heyvanın üzünü qibləyə çevirib «bismillah» ilə boğazını, hulqumunu və iki şah damarını kəsməkdir. Kəsən alətin dəmir olmadı şərtdir. Fəqət çarəsizlik olduqda başqa əşya ilə də mümkündür. Dəvə isə nəhr edilməlidir, yeni boğaz çuxuruna bıçaq soxulmalıdır.
Balıqlardan isə yalnız axçalı olanlar halaldır və onların sudan çıxarıldıqdan sonra ölməsi şərtdir.
Dostları ilə paylaş: |