«Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!»2
Bir şəxsin bədən üzvlərindən birini kəsmək kimi bir cinayət ya qəsdən, istəyərək, bilərək, yaxud qəsdə bənzər bir tərzdə və ya yanlışlıqla olur.
Bilə-bilə, qəsd edərək belə bir cinayəti işləmək xüsusunda izahata bir lüzum görmürük. Qəsdə bənzər cinayət belə ola bilir:
Bir şəxs öldürmək, yaxud bədən üzvlərindən birini şikəst etmək qəsdilə deyil, cəzalandırmaq, tərbiyələndirmək üçün oğlunu, şəyirdini döyərkən əli ölümcül bir yerinə deyər və onun ölümünə səbəb olarsa, yaxud vurduğu şillə qulaq pərdəsini partladıb onu kar edərsə, bu bir təsadüfdür. Deyən şəxsin belə bir qəsdi yoxdur.
Yaxud bir şəxs xəstəyə onun halını yaxşılaşdırmaq üçün bir dərman verərsə, dərmanı içən şəxs onun təsiri ilə ölərsə, bu növ cinayətlərə qəsdə bənzər cinayət deyilir.
Bir quşa atılan ox, güllə bir adama rast olub onun ölümünə səbəb ola bilər; bu cür cinayətlər yanlışlıqla edilən cinayətlər növündəndir.
Silahını təmizləyən bir şəxsin əlindəki silahdan gözlənilmədən atəş açılıb birisini öldürə bilər. Bu da yanlışlıqlar edilən cinayətdir.
Yuxuda ikən gəzən bir şəxs heç bir qəsdi olmadan gördüyü bir kabus nəticəsində birini öldürə bilər. Dəli və yetkinlik yaşına çatmamış uşaq da adam öldürə bilər. Bunlar da yanlışlıqlar edilən cinayətdir.
Amma bir şəxs bir şəxsi öldürmək qəsdi ilə atəş açarkən küllə həmin adama deyil, bir başqasına deyib onu öldürərsə, yaxud çaldığı yumruq araya girən birinə təsadüfən deyib onun ölümünə səbəb olarsa, çəkdiyi bıçaq başqa bir şəxsə dəyib onu öldürərsə, öldürülən şəxsin qanı şərin mənfuz və haram olduğundan bu hərəkət qəsdən adam öldürmək hökmünə daxildir.
Bir də bunu qeyd etmək lazımdır ki, yuxarıda göstərilən öldürmə hadisəsində bir şəxs istər özü də əli ilə bu işi görmüş olsun, istərsə bunun üçün şərait hazırlasın ikisi də eynidir. Cinayətdə bir şəxslə müştərək olmaqla o cinayəti etmək arasında da elə bir fərq yoxdur.
Məsələn, bir şəxs təkbaşına, yaxud bir neçə nəfərlə bərabər bir cinayəti etmiş olsa, onların hər ikisi birdir; təkbaşına birini öldürən də günahının şəri cəzasına çatar, onunla bərabər cinayətə ortaq olanlar da eyni cəzaya mübtəla olarlar.
***
Qisas - bilə-bilə, qəsdən adam öldürən şəxsə tətbiq olunan şəri cəzadır.
Yanlışlıqla, yaxud qəsdə bənzər, yanlışa bənzər tərzdə adam öldürəninin diyət verməsi lazımdır.
Qisas üçün caninin ağlı başında olması və yetkinlik yaşına çatması şərtdir. Yetkinlik yaşına çatmamış uşaq on yaşına girmiş olsa belə qisas tabe deyildir. İstər yetkinlik yaşına çatmış şəxsi və istərsə də uşağı öldürülmüş olsun dəlinin cinayəti qisasla cəza hökmünə daxil deyildir. Çünki dəlinin qəsdi də xəta hökmündədir və yalnız diyətə tabe olur. Bu halda diyəti caninin atasına nəsil baxımından yaxın olan şəxslər - qardaşları, əmiləri, əmisi oğlanları ödəməlidir. Bunlar qisasa aid hökmlərdir.
Öldürülən şəxsə gəlincə, onun da ağlı başında olması, yetkinlik yaşına çatması şərtdir. Bir uşağı öldürənin cəzası qisas deyil, diyətdir. Ancaq bu halda qisasını lazım olduğunu söyləyənlər də olmuşdur.
Qisasın şərtlərindən biri də caninin cinayət etməyə məcbur edilməməsidir. Ancaq bu şərt adam öldürməkdən başqa cinayətlərdəndir. Bir şəxsi öldürməyə məcbur edilən adam öz canını qurtarmaq, yaxud da zərərə uğramamaq üçün günahsız bir şəxsi öldürərsə, məruz sayılmaz. Çünki qan tökməyə təqiyyə ola bilməz və bu şərtlə adam öldürən şəxs qisasla cəzalandırılır. Onu bu işə məcbur edən şəxs və ya şəxslər isə ömürlük həbs cəzasına məhkum edilir.
Qisas şərtlərindən biri də öldürülən şəxsin günahsız və qanı haram olmasıdır. Öldürülən şəxsin öldürülməsi vacibdirsə, öldürənin qisas cəzasına məhkum olunması mənasızdır.
Canı öldürülən kişinin atası, yaxud da babası ilə istər yaxın, istər uzaq qohumdursa, bu zaman cinayət diyətə tabedir və bu diyət ölənin varisinə ödənilir. Ata və babaya bundan pay düşməz.
Bir müsəlmanı qəsdən öldürən müsəlmandan qisas alınaraq öldürülməlidir.
Azad bir kişiazad bir kişiyə, yaxud azad bir qadına əvəz qisasla cəza görür. Azad bir qadını öldürən azad bir kişi öldürülür və qadının vəlisi öldürülən azad kişinin əhlinə yarım diyət verir. Çünki kişinin diyəti qadının diyətinin yarısı qədərdir. Lakin bunun əksi olarsa, yəni azad bir qadını öldürdüyünə görə kişi ölümə məhkum edilərsə, öldürülən kişinin adamlarına diyət verilmir. Çünki caniyə öldürülməkdən başqa cəza düşmür.
***
Azad bir müsəlmanın diyəti (qan bahası) yüz dəvə, yaxud iki yüz öküz, yaxud min qoyun, yaxud hər biri iki dəst olmaqla iki yüz dəst libas, ya da min dinardır. Bunlardan hansı verilsə, olar.
Qəsdən adam öldürməyin əvəzində verilən cəza qısasdır. Fəqət öldürülən kişinin varisi razılaşsa, cani cəzadan diyətlə də canını qurtara bilər. Bu diyət isə bir il ərzində tam ödənilməlidir.
Qəsdə bənzər cinayətdə cəza diyətdir. Bu diyət iki il müddətində ödənməlidir.
Yanlışlıqla adam öldürən də diyətlə cəzalandırılır. Diyətin tam ödənmə müddəti üç ildir. Hər il diyətin üçdə birinin ödənməsi lazımdır.
***
Əl, yaxud ayaq kəsmək və ya gözü kor etmək kimi cinayətlər qəsdən edilmişsə, cani qısasla cəzalandırılır. Yəni gözün əvəzinə gözün çıxarılması, qulağın əvəzinə qulağın kəsilməsi, dişin əvəzinə dişin qırılması kimi Qurani-Kərimin «Maidə» surəsində buyurulmuşdur:
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنْفَ بِالْأَنْفِ وَالْأُذُنَ بِالْأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ
Dostları ilə paylaş: |