ƏSƏRLƏRİ
İşlərinin bu qədər çox olmasına baxmayaraq, əsər yazmaq və kitab hazırlamağı da bir an unutmamışdır. Lübnanda yaşayarkən bəzi kitabların nəşrinə müvəffəq olmuş və bu kitablara şərhlər və haşiyələr yazmışdır. Bunlara Cürcaninin «Əl-vəsatətü beynəl-Mütənəbbi və hüsumihi», «Müəllimul-isabə fil-kitabi vəl kitabə», Məhəmməd Səid əl-Hübubinin «Divan», Seyyid Cəfərül-Hillinin «Divanu sehribabul və səcul-bəlabil» kitablarını göstərə bilərik.
Aşağıdakı kitabları isə farscadan tərcümə etmişdir:
«Heyət», «Hüccətüs-səadə», Nasir Xosrovun «Səfərnaməsi», İran ədəbiyyatına dair bəzi əsərlər.
Nəşr olunmuş kitabları daha çoxdur. Burada onlardan bir neçəsini qeyd edirik:
1. «Vacizatul-məsail», (fiqhə aiddir), fars və ərəb dillərində, Nəcəfdə dörd dəfə nəşr olunub.
2. «Eynül-həyat»a haşiyələr», (firhə aiddir), Bombeydə çap olunub.
3. «Əl-müraciətür-Reyhaniyyə» (filosof Əminür-Reyhani ilə tarix və fəlsəfi mövzuda mübahisələri əhatə edir) 2 cilddə, Saydada və Argentinada nəşr edilib.
4. Reyhaninin «Nəqdü mülukil-ərəb», Nəcəf qəzetində çap olumuşdur.
5. «Sual və cavab» (fiqhə aiddir), Nəcəfdə üç dəfə çapdan çıxıb.
6. «Zadül-müqəllidin» (fiqhə aiddir) fars dilində, Nəcəfdə və Xorasanda on dəfə çap olunub.
7. Seyyid Kazimi Yezdinin fiqhə aid «Ürvətül-vüsəqa»sına haşiyə», Nəcəf şəhəri.
8. Əllamə Hillinin «Təbsirəsinə haşiyə», Bağdad şəhəri.
9. Qardaşı Əhməd Əli Kaşifül-Gitanın bütün fiqh qaydalarını əhatə edən «Səfinətün-nicatına tərtib», dörd cilddə.
10. «Əl-ayatul-bəyyinat», (əməviləri, bəhailəri, vəhhabiləri və məddəciləri rədd etmək barəsində), Nəcəf.
11. «Təhrirul-məcəllə», beş cilddə, Nəcəf.
12. «Əl-arizu vət-turbətul-Hüseyniyyə», Nəcəfdə altı dəfə nəşr olunub.
13. «Əl-firdövsil-əla» (bəzi şəriət hökmlərinin hikməti və faydaları barədə), Nəcəfdə iki dəfə və Təbrizdə bir dəfə nəşr edilib.
14. «Müztəsərül-əğani», Bağdad.
15. «Əd-dinu vəl-islam», iki cilddə, Saydada nəşr edilib.
16. «Nəbzətun-minəs-siyasətil-Hüseyniyyə», Nəcəfdə bir neçə dəfə çapdan çıxıb.
17. «Əl-misaqul-ərəbiyyul-vətəni». Nəcəf.
18. «Ət-tövzih fil-İncil vəl Məsih», iki cilddə, Qahirə və Bağdadda.
19. «İngiltərə və Amerika səfirlərilə söhbətlər», Nəcəfdə və Argentinada.
20. «Əslüş-şiəti və üsuliha» (Cəfəri məzhəbi və əsasları), Nəcəf, Bağdad.
Bunlardan başqa alimin çap olunmamış birinci cildi itmiş «Əl əqabətül-ənbəriyyə fi təbaqatil-Cəfəriyyə», fiqhə aid iki böyük cilddə ibarət «Şərhi-ürvətil vüsqa», 1329-cu ildə Həcc səfərinə aid xatirələrini ehtiva edən «Nüzhətüs səmər və nuhzətüs səfər», «Cənnətül-məva», «Əd-dini-vəl islam»ın üçüncü cildi, «Tənqiyh hul kifayət», üsuliddin və firuiddinə aid «Daruətül-mərafil-ülya» adlı əsərləri ilə səkkiz min beytdən artıq olan «Divanı» vardır.
Həyatının sonunda Bağdadın Kəhr xəstəxanasında yatmış, sonra İranda Kərənd şəhərinə getmiş, on səkkiz zilqədə 1373-cü ildə (19 iyul 1954) orada vəfat etmişdir. Cəsədi Bağdada, sonra Nəcəfə aparılmış, Vadisəlam qəbristanının sonundakı bir qəbrdə dəfn olunmuşdur. Bu qəbri o özü ölümündən iki əvvəl hazırlatmışdı (rəhmətullahi-əleyhi və raziy əllahu ənh).
Dostları ilə paylaş: |