Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


«Min-min adam isə ölüm qorxusu ilə yurdlarından çıxanları görməzmi oldu? Allah «ölün» dedi, sonra diriltdi onları».1



Yüklə 202,7 Kb.
səhifə7/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   57
«Min-min adam isə ölüm qorxusu ilə yurdlarından çıxanları görməzmi oldu? Allah «ölün» dedi, sonra diriltdi onları».1

Və yaxud:


وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ

«O gün hər ümmətdən o şəxsləri məhşərə çəkərik ki, ayələrimizi danırdılar».2 Halbuki Allah qiyamətdə bir ümməti deyil hər kəsi məhşərə çəkəcəkdir,3 Ricət inanclarını qınamaq, qədimdən ta bu zamanadək əhli-sünnət alimlərinə adət olmuşdur. Halbuki bu o qədər də əhəmiyyətli bir şey deyilmiş. Fəqət onlar, sanki bütə tapınırlarmış, yaxud Allaha şərik qoşurlarmış kimi bunun üstündə dururlar.

Onlar iddia edir ki, şiələr: - Cəhənnəm şiəyə haramdır. Şiə cəhənnəmdə çox az bir müddət qalar, - demişlər. Bunu şiə kitablarıdan hansında və kim görmüşdür? Şiyələrin kitabları zühurdadır. Allah sübhanəhu və təalanın cənnəti ona itaət edən mömin şəxs üçün yaradılmışdır. İstər o bəndə həbəşi bir kölə olsun, istərsə də şiə. Allah cəhənnəmi ona üsyan edən şəxslər üçün yaratmışdır. İstərsə o bəndə Qüreşli və yaxud seyid olsun, istərsə də bir başqası. Şiə imamlarından (ə) buna bənzər həddə-hesaba sığmaz xəbərlər gəlmişdir. Həzrət Peyğənbərin və İmamların bəzi günahkarlara şəfaət verəcəyi bir şeydir, şəfaətin qəbuluna inanmaq isə başqa bir şeydir. Şəfaətə inanmağın özü isə islam dininin zəruri inanclarındandır.

Şiə və xristianlığı müqayisə etməyə girişənlərdən Allah dərgahında imamın Məsih inancına bənzərliyini söyləyənlər də olmuşdur. Fəqət bu cür bir sözü şiədən kim söyləmişdir, belə bir inanc şiədə umumiyyətlə varmıdır? Əgər bu müqayisəyə girişənlərin məqsədləri imam və xüsusən Həzrət Əli (ə) haqqında ifrat bir inanc bəsləyənlər isə bunları şiəyi-imamiyyə-Cəfəriyə ilə eyni saymaq, bir gözdə görmək, bunların inanclarının imamiyyəyə aid eləmək böyük bir xətadır. Şiyəyi-imamiyyə və imamları bu xirqələrdən kənar gəzmiş, onları kafir adlandırmışlar. Şiyəyi-imamiyyə tənasühün, ittihadın1, hülulun Allahı cisim bilməyin tam əleyhindədir. Hikmət və kəlama aid kitabların sayı minlərlədir. Hər kitabda Allah təbarəkə və təalanin tənzihi, nöqsan sifətlərdən münəzzeh olması, dəlillərlə sübut olunmuşdur. Belə inancların batil olduğu isə yenə də dəlillərlə isbat edilmişdir.

Özlərini şiə sayan, fəqət imamiyyə tərfindən mülhut və kafir olunduğu bildirilən firqələrlə imamiyyəni bir sanmaq aydın-acıq xətadır, böyük bir zülümdür. Fəqət kədərlə qeyd etməliyik ki, şiə haqqında söz söyləyənlər, yazı yazanlar bu məzhəbə aid məlumatlarını bu məzhəbin öz kitablarından deyil, Bərbəri ibn Xəldunun, yaxud əndəlisli Əhməd ibn Əbdurəbbihin və bunlara bənzəynlərin kitablarından əxz etmişlər. Halbuki həm yer baxımından, həm verdikləri məlumatın iftira və təəssübdən doğulması baxımından bunların heç biri şiə kitablarına müraciət etməmişlər. Onlara uyanlar isə belə bir zəhmətə qatlaşmağı ağıllarına belə gətirməmişlər.2

Şiə məzhəbinin Abdullah ibn Səba ilə başladığı da şiə əleyhində olanların əsassız iddialarındandır. Halbuki şiənin Rical kitablarında, yəni Həzrət Peyğəmbərdən (s) və İmamlardan (ə) hədis rəvayət edənlərlə o dövrdə yaşayanların tərcümeyi-hal, məzhəb və məşrəblərini incələyən kitablarda belələri (Abdullah ibn Səba kimilər – H.A.) imamlar tərəfindən də, şiələr tərəfindən də lənətlə yad olunur və bunların şiəyi-imamiyyə ilə heç bir əlaqəsi yoxdur.1

«Şiə» sözü haradan və nə vaxt meydana çıxmışdır? Bu söz ilk söyləyən kim olmuşdur? Biz bu xüsusda şiə yolları ilə imamiyyə raviləri deyil, xüsusən əhli-sünnət qardaşlarımızın rəvayətləri ilə bir-iki hədis zikr etməyi lazım bilirik: Suyuti «Əd-dürrül-mənsur fi təfdiri-kitabillahi vəl mənsur»da İbn Əsakirin rəvayəti ilə Cabir ibn Əbdüllahdan bunları rəvayət edir. O demişdir ki: «Həzrət Peyğəmbərin (s) yanında idik. Əli (ə) oraya gəldi. Peyğəmbər (s) buyurdu ki, nəfsim qüdrət qəbzəsində olan Allaha and olsun ki, bu (Əli - H.A) və şiəsi qiyamət günündə nicat tapanlardandır, muradlarına yetişənlərdəndir». Peyğəmbər (s) bunu buyurarkən Quranın «Bəyyinə» surəsinin 7-ci ayəsi nazil oldu:


إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin