Əbdulbaqi GÖLPINARLI
RAHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ.
كَأَيِّنْ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ
«Göylərdə və yerdə neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər».1
Bu ayeyi-kərimədə buyurulduğu kimi, həqiqətən də hər vaxt üz çevirdiyimiz dəlilləri ən böyüklərindən biri də üstündə yaşadığımız, ondan meydana gələn şeylərlə güzəran keçirdiyimiz torpaqdır, yer üzüdür. Bu barədə Qurani-Kərimin «Taha» surəsinin 53-55 ayələrinə nəzər salmaq kifayətdir. Orada buyrulur:
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِنْ نَبَاتٍ شَتَّىٰكُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰمِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ
«Yer üzünü sizdən ötrü döşəmiş, orada sizdən ötrü yollar açan, səmadan su endirrən Odur. Növ-növ bitki bitirmişik bu su ilə; yeyin, həm də heyvanlarınızı otarın. Şübhəsiz, bunlarda ağıl sahibləri üçün ayələr var! Biz, ayələrimizin hamısını ona (Firona) göstərdik. Lakin (Firon) onları yalan sayıb (heç birini) qəbul etmədi».
Yer üzündə gəzib-dolanıb, əkib-biçir, heyvan otarır, onun bərəkətindən faydalanırıq. Bütün həyatımız boyu onunla təmasda oluruq. Lakin onu bir dəfə də olsun ağlımıza, xatirimizə gətirmirik. Dəlillərdən xəbərsiz qalır, ondan üz çeviririk. Ondakı çox böyük qüdrətə göz yumuruq. Torpağı varlıların ən əhəmiyyətsizi bilir, onu tapdalayıb keçirik. O görünüşcə çox sadədir, lakin onda neçə ünsürlər, neçə xassələr vardır! Yeyəcəymiz ruzi oradan gəlir, yeyəcəyimiz şeyləri o verir. Dadı, ləzzəti, xassəsi müxtəlif olan meyvələri o bitirir.
Torpaq dadlı, ləzzətli, həyat bağışlayan nemətlər, rəngbərəng ətirli gül-çiçəklər yetirdiyi kimi, acı, öldürücü zəhər də yetirir. Halbuki, hamısı yaşıldır, rəngarəngdir, hamısıda bir-birinə bənzəyir.
وَفِي الْأَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِي الْأُكُلِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
«Bir-birinə qonşu olan sahələr, üzüm bağları, tarlalar, çox kök üstə bitər xurma ağacları mövcüddur yer üzündə. Hamısı da bir su ilə sulanır, amma onların bir-birindən üstün tuturuq».1
Bu ayeyi-kərimədə göstərildiyi kimi, torpaq birdir, su da bir. Fəqət yetişdirdiyinin hər birində ayrı bir xassə vardır; heç biri o birinə bənzəməz. Hər meyvə öz mövsümündə yetişər, hər bitki isə öz mövsümündə göyərər. Baharda yetişən qışda görünməz, qışda olana baharda rast gəlmək olmaz. Torpağın xassələrindən biri də ondakı mədənlərdir. Bu qızıla-gümüşə, bu firuzəyə bax! Hamısı torpaqdan çıxmırmı? Bəli torpaq canlı və cansız nə varsa, hamısının anasıdır. O, su ilə, hava və günəşlə əhatə olunmuşdur. Həyat da, ölüm də ondadır. Xəstəlik orada meydana gəlir, dava-dərman orada bitir. Göy üzünün əsərləri bəlkə sayıla bilər, ancaq yer üzünün əsərlərini sayıb qurtarmaq olmaz. Onun mədənlərini, bərəkətini saymağa, bilməyə imkan yoxdur. Qurani-Kərimin «Mursəlat» surəsinin 25-26-cı ayələrində buyrulur:
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًاأَحْيَاءً وَأَمْوَاتًا
Dostları ilə paylaş: |