Kişi ailə qurmaq, inkişaf etdirmək və saxlamaq üçün özünün və ailəsinin əsas ehtiyaclarını təmin etmək yolunda çalışır. Bu sağlam və təbii bir ailənin xüsusiyyətidir və kişi narkomaniyaya, əxlaqi-ictimai çatışmamazlıqlara düçar olmadığı müddətdə ailəsi üçün beləcə çalışır. Bu sanki kişinin ilahi vəzifəsidir və qadına minnət qoymağa heç bir haqqı yoxdur. Amma problemin mənşəyi, kişinin bəzən mali problemlərlə üzləşdikdə qadının istəklərini təmin etməkdə çətinlik çəkməsindən və ya qadının lazım olan miqdardan daha artıq tələb etməsindən qaynaqlanır. Bu iki halda, qadın öz istəklərini cilovlamasa, onları təmin etmək üçün ərinə təzyiq etsə, Allah-təalanı qəzəbləndirməkdən əlavə ərinin narahatlığını da qazanmış olur.
Belə vəziyyətdə kişi, qadının danlaqları müqabilində oğurluğa, bac almağa, haram qazanclara üz gətirir və ya evdən uzaqlaşmağa, narkomaniyaya doğru meyillənir. Ən ağır halda isə həyat yoldaşından ayrılaraq, ailəni dağıtmağa qərar verir. Bütün bu vəziyyətlərdə kişi ailədə öz ruhi sakitliyini əldən verir, baxışları depressiyaya uğrayır və daim əsəbi olur. Bununla da evliliyin ən əsas hədəfi (ailə dincliyi) zərbə alır. Bu üzdən, islami rəvayətlər, ərini qüdrəti çatmayan işlərə məcbur edən qadını şiddətlə tənqid edir:
"Allah-təala ailə xərclərində ərinə çətinlik yaradan və onu qüdrəti çatmayan işlərə məcbur edən qadının tövbəsini, sədəqəsini qəbul etməz. Yalnız tövbə edib, doğru yola dönsə və ərinin gücü çatdığı miqdarda ondan (xərclik) tələb etsə, bağışlanar."1
Dostları ilə paylaş: |