7- Şörgözlük
Qadın da, bəzən kişi kimi cinsi istəklərində rənga-rənglik arayır. Bu yöndə onun qarşısında məhdudiyyətlər mövcud olduğu üçün tez-tez boşanmağa və yenidən evlənməyə üz gətirə bilər. Bu hisslər bəzən onu xəyanətə və ya həyat yoldaşını qətlə yetirməyə vadar edir. Elə buna görə də, bir sıra rəvayətlərimizdə, qadının cinsi azğınlığı kişinin şorgözlüyü kimi tənqid edilmişdir. Allahın elçisindən (s) rəvayət olunan hədisdə oxuyuruq: "Sәbәbsiz yerə әrindәn bоşаnmаq istәyәn qаdınа behiştin iyi hаrаmdır."3
8- Xəyanət
Qadının ailənin dağılmasındakı ən təhlükəli addımı, onun ərinə xəyanət etməsidir. Allahın elçisi (s) bu haqda buyurur: "Dörd şey, insanın belini sındırar: ... Əri ilə birlikdə yaşayıb, ona xəyanət edən qadın."1
Bu təhlükəli bəlanın qarşısını alamq məsuliyyəti, həm kişinin və həm də qadının üzərinə düşür. Aydındır ki, kişi və qadın hər biri öz üzərilərinə düşən vəzifələri yerinə yetirsələr, bu təhlükəli bəlanın qarşısını ala bilərlər. Amma şübhəsiz, qadının bu haqda daha ağır məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |