Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


- Ağır mehriyyə təyin etməkdən çəkinin



Yüklə 2,04 Mb.
səhifə45/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   41   42   43   44   45   46   47   48   ...   282

4- Ağır mehriyyə təyin etməkdən çəkinin


156. Allahın rəsulu (s): Qadınların mehriyyəsini təyin etdikdə ifrata varmayın, çünki onlar ilahinin (rəhmət) yağışıdır.5

157. Allahın rəsulu (s): "Ey Həvla! Məni haqq olaraq peyğəmbər və elçi göndərənə and olsun ki, ərinə ağır mehriyyələr təyin edən qadına, Allah-təala cəhənnəm atəşindən ağır zəncirlər hazırlayıbdır.6

158. Allahın rəsulu (s): İlahi! Ğəssanın hökmranlığına son ver və "Kinda mehriyyələri1"nin miqdarını azalt!2

159. Müsnədi-ibn Hənbəl: Məhəmməd ibn İbrahim Teymi, Əbu Hədrəd Əsləminin vasitəsilə rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, bir qadının mehriyyəsi haqda ondan məsləhət (ya da ki, kömək) istədi. Allahın elçisi (s) buyurdu: "Ona nə qədər nmehriyyə təyin etmisən?"

Dedi: İki yüz dirhəm.



  • "Bəthandan3 belə götürsəydiniz, artıq gətirməzdiniz."4

160. İmam Sadiq (ə): Qadının nəhs olması, mehriyyəsinin ağırlığında və qısırlığındadır.5

161. İmam Sadiq (ə): Qadının səadəti az xərcə mail olması və rahat şəkildə övlad dünyaya gətirməsindədir. Qadının uğursuzluğu isə, onun bədxərc və çətinliklə övlad sahibi olmasındadır.6

162. Allahın rəsulu (s): Ən yaxşı mehriyyə, ən yüngülüdür.7

163. Allahın rəsulu (s): Ən bərəkətli qadınlar, mehriyyəsi az olanlardır.1

164. Allahın rəsulu (s): Ən bərəkətli evlilik, xərci ən az olan evlilikdir.2

165. Allahın rəsulu (s): Elçiliyi, mehriyyəsi və doğuşu (övlad dünyaya gətirmək qabiliyyətinə malik olması) asan olması, qadının xeyir-bərəkətindən sayılır.3

166. Allahın rəsulu (s): Ümmətimin ən yaxşı qadınları onların ən gözəlləri və ən az mehriyyə tələb edənləridir.4

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin