463. "Usdül-ğabə": Ənəs rəvayət edir: Peyğəmbər (s) Təbuk döyüşündən döndükdə, Səd Ənsari onu qarşıladı və Peyğəmbər (s) onunla görüşdükdə, soruşdu: "Əllərin nə üçün qabar bağlayıb?"
Cavab verdi: Ey Allahın rəsulu! Kəndir çəkib, yer belləyir, ailəmin məişət xərclərini ödəyirəm.
Peyğəmbər (s) onun əllərini öpüb, buyurdu: " Bu əllərə cəhənnəm odu toxunmayacaq."2
464. İmam Əli (ə): Kim atası, ya övladları, ya da ki, həyat yoldaşı üçün halal ruzi qazanmaq (yolunda çalışsa), Allah-təala, (qiyamət günü) qəbir evindən, onun simasını on dörd gecəlik ay kimi parlaq ayağa qaldıracaq.3
Dostları ilə paylaş: |