Hədislər:
571. Allahın rəsulu (s): Həyat yoldaşı heyizli olduğu halda onunla cinsi əlaqədə olan şəxsin övladı, anadangəlmə cüzam, alaca xəstəliyinə tutulsa; özündən başqa heç kimi qınamasın.1
572. "Təhzibül-əhkam": Eys ibn Qasim rəvayət edir: İmam Sadiqdən (ə) kişinin öz qadını ilə heyz halında cinsi əlaqəyə girməsi haqda soruşdum. Buyurdu: "Belə iş etməsin! Çünki Allah-təala, qadınla heyizli olan vaxt cinsi əlaqədə olmağı qadağan edib."2
573. İmam Sadiq (ə): Bzimlə yalnız napak doğulanlar və ya heyz halında bünövrəsi qoyulanlar, düşmənçilik edər.3
574. "Əl-Kafi": Əzafir Seyrəfi rəvayət edir: İmam Sadiq (ə) buyurdu: "Bu naqis yaranmış (əlil və ya səmə) məxluqları görürsənmi?"
Dedim: Bəli.
Buyurdu: "Bunlar, valıdeynləri heyizli vaxtı yaxınlıq edənlərin övladlarıdır."4
575. İmam Sadiq (ə): Heyizli qadın, bu müddət ərzində səbir etməlidir. Namaz qılmamalı və həyat yoldaşı ilə yaxınlıq etməməlidir.5
576. "Dəaimül-islam": Əhli-beytdən rəvayət olunan hədislərə əsasən, qadın heyizli və nifaslı olduğu zaman, paklaşmayana qədər, ərinin onunla cinsi əlaqədə olması haramdır1.2
2- Məsciddə etikaf3 saxlayarkən cinsi əlaqədə olmaq
وَ لا تُبَاشِرُوهُنَّ وَ أَنْتُمْ عاكِفُونَ فِي الْمَساجِدِ تِلْكَ حُدُودُ اللَّهِ فَلا تَقْرَبُوها كَذلِكَ يُبَيِّنُ اللَّهُ آياتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ
Qurani-kərim:
"Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, müttəqi olsunlar!"1
Hədislər:
577. "Mən la yəhzərühül-fəqih": Zürarə rəvayət edir: İmam Baqirdən (s) soruşdum: Etikaf saxlayan şəxs cinsi əlaqədə ola bilərmi?
Buyurdu: "Etitikaf saxladığı zaman cinsi əlaqədə olan şəxs, zihar2 edib, gecə həyat yoldaşı ilə intim əlaqəsində olan şəxsin kəffarəsi miqdarında kəffarə ödəməlidir. Gündüz vaxtı bu işi görsə, iki qat kəffarə ödəməlidir."3
578. "Əl-Kafi": Səmaə ibn Mehran rəvayət edir: Etikaf saxlayan şəxsin həyat yoldaşı ilə cinsi əlaqəyə girməsi haqda soruşdum. Buyurdu: "O, Ramazan ayında bir gün orucunu yeyən şəxs kimidir."4
579. "Əl-Kafi": Həsən ibn Cəhm rəvayət edir: Əbül-həsəndən (ə) etikaf saxlayan şəxsin həyat yoldaşı ilə cinsi əlaqəyə girməsi haqda soruşdum. Buyurdu: "Etikaf saxladığı müddətdə, istər gecə olsun, istərsə də, gündüz, həyat yoldaşı ilə cinsi əlaqəyə girə bilməz."5
Dostları ilə paylaş: |