581. Allahın rəsulu (s): İlahi! Dünya və axirətdə, Sənin məni əfv etməyini və əmin-amanlıq bəxş etməyini istəyirəm. İlahi! Dinimi, ailəmi və mal-dövlətimi əmin-əmanlıqda saxla və bizi əfv et. İlahi! (Eyiblərimin) çılpaqlıqlarını ört və qorxularma əmin-əmanlıq bəxş et. Məni qabaqdan, arxadan, sagdan-soldan və başımın üzərindən qoru, mühafizə et. Ayağımın altından yerə gömülməyimdən, Sənə pənah aparıram!1
582. İmam Sadiq (ə): Atam belə dua edərdi: "İlahi! Əzab və bədbəxtliyə düçar olmaqdan, düşmənlərin danlağından Sənə pənah aparıram. Kasıblıqdan və hər bir yükdən Sənə pənah aparıram. Həyat yoldaşımın, övladlarımın və mal-dövlətimin pis gününü görməkdə, Sənə pənah aparıram."2
583. İmam Sadiq (ə): Mal-dövlətinizi və ailənizi bu dua ilə mühafizə edin. Bu duanı işa namazından sonra oxuyun: "Özümü, övladlarımı, ailəmi və mal-dövlətimi hər şeytanın və çalan şeytanın3 və hər bir bəd nəzərin şərrindən Allah-təalanın kamil kəlimələrinin pənahına tapşırıram."
Bu duanı Cəbaryıl Həsən (ə) və Hüseyn (ə) üçün oxumuşdu.4
584. İmam Sadiq (ə): Atam duasında deyirdi: "İlahi! Məni islah et. Çünki mənim yanımda ən əhəmiyyətli şəxs, elə özüməm. İlahi! Övladlarımı mənim üçün islah et. Çünki onlar mənim qol-qanadımdır. Çünki onlar mənim ətim-qanımdır. İlahi! Mənim bütün (müsəlman) bacı-qardaşlarımı və dostlarımı mənim üçün islah et. Çünki onların saleh əməlli olması, elə mənim saleh əmlləi olmağım deməkdir.1
2\7
Dostları ilə paylaş: |