4- Minnnət qoymaq
Ərinə sərvət və ailə nüfuzu ilə üstün olan qadın, diqqət etməlidir ki, bunları onun üzünə vurmaq, minnət qoymaq, şirin ailə həyatının bəlası və afəti sayılır. Bəzən isə onun dağılmasına səbəb olur. Bu etikadan uzaq davranış, dinimizdə qadağan olunmuşdur: "Qadın yer üzünün bütün qızıl-gümüşünü ər evinə aparsa, amma günlərdən bir günü ona bunun üçün minnət qoysa və " Sən kimsən? Bu mənim var-dövlətimdir."- söyləsə, sonra tövbə edib, sözündən dönməsə və ərindən üzr istəməsə, bütün (yaxşı) əməlləri hədər olacaq. Hətta insanların ən abidi olsa belə."1
Dostları ilə paylaş: |