108. Allahın rəsulu (s): Ləyaqətli qadına sahib olmaq, kişinin xoşbəxtliyindən sayılır.3
109. Allahın rəsulu (s): Bir ləyaqətli qadın, min ləyaqətsiz kişidən daha üstündür.4
110. Allahın rəsulu (s): Möminin ilahi təqvadan sonra malik olduğu ən dəyərli şey, ləyaqətli həyat yoldaşıdır.1
111. Allahın rəsulu (s):Dünya mal-mülkdür, ən dəyərli sahib olduğunuz şey isə ləyaqətli həyat yoldaşıdır.2
112. İmam Baqir (ə): Bir kişi Peyğəmbərin (s) yanına gəlib, evlənmək istədiyi haqda məşvərət etdi. Allahın elçisi (s) ona belə buyurdu: "Evlən, dindar, imanlı qadınla evlən! Allah sənə xeyir-bərəkət versin!"3
113. İmam Əli (ə): Allah-təala öz bəndəsinə xeyir vermək istədikdə, onun qəlbinə qənaətcil olmağı nəsib edər və ona ləyaqətli həyat yoldaşı qismət edər.4
114. İmam Əli (ə): Ən xoşbəxt yaşayış budur ki, Allah-təala insana qənaətcillik və ləyaqətli həyat yoldaşı nəsib etsin.5
115. İmam Əli (ə): Ləyaqətli qadın, iki (qiymətli) qazancdan biridir.6
116. İmam Həsən (ə): Bir kişi İmam Həsənin yanına gəlib, qızını kimə ərə verməsi barəsində onunla məşvərət etdiyi zaman buyurdu: "Qızını təqvalı və imanlı şəxsə ərə ver. Çünki o, sənin qızını sevsə onun qayğısına qalacaq və əgər sevməsə ona zülm verməyəcək."1