3. İctimai quruluşun tənzimlənməsi
Ailə qurmaq, təkcə cavan nəslin ruhi təskinliyini təmin edərək, əxlaqi davranışlarının tənzimlənməsinə əsaslı şəkildə xidmət etmir. Doğrusu, insan cəmiyyətinin formalaşmasında da, mühüm rol oynayır. İmam Hadi (ə) buyurur: "Allah-təala evliliyi qəlblərin bir-biriləri ilə ülfət bağlaması və qohumluq əlaqələrinin yaranması üçün qərar verdi. Onun vasitəsi ilə qohumluq əlaqələrini yaratdı və onu məhəbbət və mehribanlıq mayəsi etdi. Bunda insanlar üçün ilahi nişanələri vardır."1
Əsl həqiqətdə, ailənin insan cəmiyyətinin formalaşmasındakı rolu o qədər böyükdür ki, İmam Rzadan (ə) nəql edilmiş rəvayətə əsasən, əgər Quranda və Peyğəmbərin (s) sünnəsində (üslublarında) onu təyid edən heç bir dəlil-sübut tapılmasaydı belə, onun cəmiyyətə bəxş etdiyi müxtəlif xeyir-bərəkətlər, ağıllı insanları evlənməyə vadar edərdi. Rəvayətin mətni belədir: "Ailə qurmağa hətta (Qurani-kərimdə) aydın şəkildə ayə ilə təkid olunmasaydı və həmçinin (Peyğəmbərimizin) sünnəsində görülməsəydi belə, sösüz ki, qohumlara yaxşılıq etmək, yad insanlarla ünsiyyət qurmaq, qəlblər arasında ülfət yaratmaq, hüquqlara qarşılıqlı riayət etmək, cəmiyətin artması, həyatın eniş-yoxuşlarına və zəmanənin çətinliklərinə sinə gərməyi öyrətmək məqsədilə övlad tərbiyə etmək kimi (evliliyin sayəsində olan bu xeyirli işlər naminə) hər ağıllı insan evlənməyə həvəs göstərər və hər məntiqli şəxs ailə qurmağa can atardı."2
Dostları ilə paylaş: |