MADDƏNİN ƏZƏLİ OLMASI
Qərb fəlsəfəsi yetərsizliyinin digər nümunələrindən biri də onların məddənin əzəli oluşu ilə Allaha inanmağın zidd olmasını təsəvvür etmələridir. Halbuki, bu teori ilə Allahı inkar etmənin heç bir münasibəti yoxdur. İlahi filosoflara görə Allaha inanmağın tələbi onun əzəli olması, varlıq bağışlamasının davamı və yaradıcılığının davamıdır ki, bu da yaradılışın əzəli olmasını sübut edir. Bir neçə il bundan əvvəl bir rus alimlərindən birisinin farsca yayılan bir jurnalda məqaləsi dərc olunmuşdur. O İbn Sinanın idealizm ilə materializm arasında şübhəli qaldığını iddia etmişdir.
İbn Sinanın xüsusiyyətlərindən biri budur ki, öz əqidə və görüşlərində bir üslubda hərəkət görünməyir. Bu da onun güclü istedadından asılı imiş ki, heç vaxt öz sözünü yadından çıxartmazdı. Buna diqqət edərək deməliyik ki, bəs nə üçün bu rus alimi İbn Sina haqqında belə iddia etmişdir. Bu rus alimi bir tərəfdən İbn Sinanı maddənin əzəli olduğuna və zamanın bir başlanğıcısı olduğuna dair imanını gördükdə onu bir materialist kimi tanımış və digər bir tərəfdən onun Allaha və ilk səbəbə etiqad və inamını gördükdə onu bir idealist kimi təsəvvür etmişdir. Demək onun zənnicə Əbu Əli ibn Sina materializm və idealizm qütbləri arasında şübhəli qalmış və sabit əqidəyə malik olmamışdır.
Bu rus alimi «maddənin əzəli olması» görüşü ilə onun yaranmış olması arasında ziddiyət olduğunu zənn etdiyindən İbn Sina haqqında belə düşünmüşdür. Halbuki, İbn Sina öz məntiq elmləri mübahisələrində «əşya nədən səbəbə möhtacdır» bəhsini hadislik (sonradan var olma) deyil «imkani zati» olduğunu bildirmişdir.
Bundan öncə, fəlsəfənin ən mühüm məsələlərindən biri olan və yalnız islam fəlsəfəsində mövzu-bəhs olan «əşya nədən səbəbə möhtacdır» məsələsini açıqladıq. Orada dedik ki, bir şeyin yaranmış və məmul olmasının tələbi zaman baxımından hadislik deyildir. Yəni heç bir maneə yoxdur ki, bir şey həm əzəli və əbədi olsun və həm də varlığını başqasından alsın. Bu məsələ barəsində yenə izahat verəcəyik.
Dostları ilə paylaş: |