TARİXİ BİR KEÇMİŞ
Belə bir tərz-təfəkkür yeni bir şey deyildir. Belə zənn etməməliyik ki, bu tərz-təfəkkür (başqa elmi nəzəriyyələr kimi) elm və texnikanın inkişafı nəticəsində öncəki yüz illərdə olmayıb yalnız birinci dəfə olaraq bu son bir-iki yüzillərin ərzində ortaya çıxmışdır. Heç də belə deyildir. Qətiyyən insanın maddəçiliyə yönəlməsi bu son yüz illərə aid olmur. Əksinə olaraq bu tərz-təfəkkür ən əski tərz-təfəkkürlərdəndir. Fəlsəfə tarixlərində oxuyuruq ki, Soqrat1 və onun fəlsəfə hərəkatı dövründən öncə əski yuyan filaosoflarının bir çoxu maddəci olub metafizik aləmini inkar etmişlər.
Həzrəti Muhəməd (s)-in besəti zamanında yaxın dövrdə də (cahiliyyət dövrü) cahil xalqlar arasırnda bu cür tərz-təfəkkürə malik olan çox idi. Quran onlarla mübahisə edib onların görüşlərini nəql edərək tənqid etmişdir.
وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ
Və qalu mahiyə illa Həyatunəd- dünya nəmutu və yəhya və ma yohlekna illəd dəhru.
«Həyat ancaq bu dünyadır - ölürük və yaşayırıq, bizi ancaq zəmanə (dəhr) yox edib həlak edir».1
Dostları ilə paylaş: |