MATERİALİZM SON ƏSRDƏ
Bildiyimiz kimi, materializm 18-19-cu yüz illərdə bir dünyagörüşü və ideoligiyası kimi formalaşmağa başlamışdır. Materializm keçmişdə bir ideolioji bir şəkildə olmamışdır. Bu səbəbdən, bəzi əksi Yunan fəlsəfələrinə materializm demək doğru deyildir. Fəlsəfə tarixini yazanların çoxu - fəlsəfədə bilmədiklərindən – hər hansı bir filosofun məddənin və zamanın əzəli və qədim olduğuna inandığını gördükdə, onları, Allahı və metafizikanı inkar edən və maddəçi zənn etmişlər. Sanki, maddənin qədim olduğuna inanmaq Allahı və metafizik aləmini inkar etməkdir.
Bizim nəzərimizdə, bu son iki əsrlərdən öncə maddi bir ideoligiya və materializm adında bir ideologiyanın olduğu sübut olunmamışdır.
Daha öncələrdə istər Yunanıstanda olsun istərsə də başqa ölkələrdə, ancaq materializmə hərdən bir fərdi və şəxsi yönəlişlər olmuşdur.
Elə bu səbəbdən bəzilər bu sorğunu irəli sürməkdədirlər ki, doğrudan da materializmin bir məslək və ideologiya kimi qabarılması elm və elmi inkişaflarla bir başa əlaqəlidirmi?
Əlbəttə ki, materialistlər özləri materializmi bu şəkildə çilvələndirməyə çalışırlar. Onlar bunu təhmil etmək istəyirlər ki, materializm 18-19 yüz illərdə elmi tiorilərin ortaya atılması və elmin inkişafı nəticəsində meydana çıxmışdır. Amma bu söz həqiqət deyil bir zarafata daha çox oxşayır. Materializmə yönəlmə məsələsi ən əski dövrlərdən bəri həm ziyalılar və həm də cahillər arasında olmuşdur. Yeni əsrlərdə vəziyyət eynidir. Bütün təbəqələrin arasında materialistlərin olduğu kimi, ziyanlılar arasında da Allahçı və metafizik aləminə inanan insanlar olmuşdur.
Əgər həqiqət materialistlərin dediyi kimi olsaydı, onda elmin inkişaf etdiyi dərəcədə və böyük ziyalıların meydana gəlməsi ilə bərabər ziyalılar arasında maddəçiliyə yönəliş artmalı və insanlar elm və mədəniyyət sahəsində yüksəldikcə daha çox maddəci olmalı idi, halbuki həqiqət bunun xilafındadır.
Biz, bu gün bir tərəfdən Bertran Rassel1 kimi özünü bir materialist kimi məhşur alimi görürük. Digər tərəfdən 20-ci əsrin böyük alimi Alber Eynşteyn2 kimi Allahçı alimlər də görürük.
Rassel deyir: «İnsan bir sıra məqsədsiz və amacsız olaraq səbəblərin nəticəsindən əmələ gəlmişdir. İnsanın tərbiyəsi, atifəsi, arzu, qorxu, eşq, inam kimi duyğularının ortaya çıxması müxtəlif atomların təsadüfi olaraq birləşmələri nəticəsindəndir». Beləliklə, Rassel şairin yaradıcılıq qüvəsini və varlığı idarə edən bir müdürün mövçudiyyətini inkar edir. Əgər ki o, bəzi sözlərində özünü şübhəçi tanıtdırır və məsələni düzgün şəkilədə açıqlaya bilməyən bir şəxs kimi göstərir.
Albert Eynşteynə gəlincə, Rasselin görüşünü əksinə olaraq deyir: «Bu aləmdə mütləq ağıllı və qadir bir qüvvə vardır ki, bu aləm özü onun varlığına açıq və möhkəm bir dəlil və nişanədir».
Rasselin bu günkü elmi adamlar ilə tanış olduğunu və Eynşteynin tanış olmadığını iddia etmək olarmı? VƏ ya demək olarmı ki, 18-19 yüz illərdə yaşayan filan filosof öz dövrünün elmi adamları ilə tanış olsun, amma Pastor kimi Allaha inanan bir alim öz dövrünün elmi adamları ilə tanış olmasın? Belə bir iddia etmək olarmı?
Və ya Vilyam Ceymz1 kimi arif bir alimin və ya Brekson və Aleksis Karel2 kimi alimlərin öz muasir dövrlərinin elmlərindən xəbərsiz olduqlarını və onların onda biri qədər elmdən bir şey bilməyən bir gəncin məhz Allahı tanımadığı üçün alim olub muasir elmlərə malik olduğunu iddia etmək mümkündürmü? Biz bəzən iki riyaziyyat alimlərindən birisinin Allaha inanıb dindar olduğunu və başqasının dinsiz və imansız olduğunu görürük. Və ya iki fizika, biologiya və ya astronomiya alimini görürük ki, biri maddəçi, digəri isə Allahçıdır. Demək elm bu sadəliklə metafizik aləmini nəhy edib yalan olduğuna dair dəlil gətirə bilməz. Bu söz bir uşağın sözünə çox bənzəyir. Bizim əsas tədqiq edəcəyimiz mövzu materializmin Avropada bir ideologiya kimi yayılması ilə bərabər bu qədər tərəfdar qazanmasının səbəblərini apardırmaqdır. Əgər ki 20-ci əsrdə, 18-19-cu əsrlərin əksinə olaraq materializm gücdən düşmüşdür. 20-ci əsrdə materializm nəzərə çarpacaq dərəcə iflasa uğramışdır. Hər halda, bu kütləvi yönəliş bir sıra tarixi və ictimai səbəblərdən mənşələnir o səbəblər genişcəsinə incələnməli və tədqiq olunmalıdır. Biz, araşdırmalarımız arasında bəzi səbəblərə rastlaşdıq ki, onları burada dərç etməyi lazım gördük. Avropa tarixi sahəsində xüsusilə ictimai elmlər sahəsində araşdırma işləri aparan alimlər digər səbəblərə də rastlaşa bilərlər. Biz ancaq burada aradırmalarımızın nəticəsini qeyd edirik.
Dostları ilə paylaş: |