Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə


ÖQÜST KONTUN2 GÖRÜŞÜNƏ GÖRƏ TANRI



Yüklə 396,36 Kb.
səhifə7/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   2   3   4   5   6   7   8   9   10   ...   46
ÖQÜST KONTUN2 GÖRÜŞÜNƏ GÖRƏ TANRI
Flamarion, pozitizm təməlçisi olan və kilsə mühitində böyüyən Öqüst Kont kimi alimlərin Allahdan olan təsəvvürlərini yaxşı təsvirə çəkir. Flamarion Öqüst Kontun dilindən deyir: «Elm, təbiət və kainatın atası və müdürünün geçici xidmətlərindən qədranlıq edərək, onu işindən bərkənar etmişdir.

Onun bu sözündən məqsədi budur: ən qədim zamanlarda hər hansı bir hadisənin səbəbinin Allahdan mənşələnməsi söylənilirdi. Misal üçün birisi qızdırma xəstəliyinə düçar olsaydı, onu «Allaha bağlayıb» onun səbəbi Allahdır» deyirlər.

Bu sözün mənası budur ki, Tanrı başqa sehirli vücudlar və cadugərlər kimi ani bir qərarla bu xəstəliyi yaratmaq iradəsinə gəlmiş və onu yaratmışdır. Amma bu son vaxtlarda elm qızdırma xəstəliyinin əsl səbəbini kəşf etdikdə onun səbəbinin Tanrı olmaması anlaşıldı. Elm sübut etdi ki, bu xəstəliyin səbəbi bir növ mikrobdur.

Allah burada bir addım dala çəkildi. Allahçılar mübahisəni mikrobun üzərinə çəkdilər. «Mikrobu kim yaratdı» deyə mübahisəni qızışdırdılar. Elm, mikronbun hansı şərait altında meydana çımasını kəşf edib mikrobun səbəbini açdıqda Tanrı bir addım da gerilədi. Bu proses beləliklə davam edib günü-gündən Tanrı geri çəkilirdi. Elm, genişlənib bir çox məsələni həll edib səbəblərini kəşf etdikcə Tanrı geriləyirdi. Elmin vasitəsilə qədimdən səbəbi bilinməyən şeylərin səbəbləri kəşf olduqda, insan, Tanrının işindən bərkənar edib onun işinə son qoydu. Çünki, artıq Tanrıya layiq olan və Tanrının görəcəyi üçün bir iş və məqam qalmamışdı.

Burada Tanrının vəziyyəti bir müəssisədə işləyən işciyə bənzəyir ki, əvvəldə ona mühüm bir iş tapşırırlar, sonra ondan daha bacarıqlı bir işci tapıldıqda ona tapşırılan işləri tədricən əlindən alırlar. Bu vəziyyət get-gedə genişlənib bir həddə çatır ki, onun görəcəyi bir iş qalmayır və onun müəssisədə qalmasına dair heç bir məşğələ və məqam olmur, bu halda müəssisənin sədri o işcinin keçmişdə etdiyi xidmətlərindən qədrdanlıq edərək onun işdən bərkənar olmasına dair əlinə bir bəhanə verib, həmişəlik müəssisədən yola salır.

Öqüst Kont Tanrını «təbiətin atası» ləqəbləndirmişdir. Bu söz onun kilsədə öyrəndiyi tərz-təfəkkürü göstərir. O, kilsə təlimatları ilə müxalif olsa da, Tanrı haqqındakı görüşü kilsənin bu haqdakı görüşü ilə eynidir. O, özünü kilsə tərz-təfəkküründən uzaq saxlaya bilməmişdir.

Öqüst Kontun sözündən bu nəticəyə gəlirik ki, onun zənnində Tanrı da kainatın bir parçası və bir başqa səbəbi olduğu halda əsrarəngiz və tanımayan bir səbəbdir. Habelə, onun fikrincə bütün varlıqlar iki hissəyə bölünürlər:


Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin