Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə


«Onlar lazımı qədər Allahı tanımadılar».1



Yüklə 396,36 Kb.
səhifə9/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   ...   5   6   7   8   9   10   11   12   ...   46
«Onlar lazımı qədər Allahı tanımadılar».1

Allahı tanımaq üçün ilk addım budur ki, Allahı bütün varlığın yaradıcısı bilək. Varlıqlar və kainatda hər nə vardısa – müstəsna Allahın qüdrətinin, elminin, hikmət və iradəsinin göstəricisi (nişanəsi) olub birlikdə onun camalını və kamalını göstərir. Burada və bu baxımdan səbəbi bilinən şeylər ilə səbəbi bilinməyən şeylər arasında heç bir fərq yoxdur. Kainat öz nizam-intizamı və səbəblərilə birlikdə oun zatına bağlıdır. Onun varlığı zamandan və məkandan öncədir. Zaman və zaman çərçivəsinə sığışanlar, məkan və məkanda yerləşənlər, istər məhdud olsun, istərsə də əzəldən əbədiyyətə qədər uzadılsın və habelə, varlığın məkan və fəza cəhətləri, istər məhdud, istərsə də məhdud olmasın, hamısı təmamilə onun (Allahın) varlığıdan sonra mövcud olmuşlar. Onlar varlıqlarını odan (Tanrıdan) almışlar (Onları Allah yaratmışdır).

Demək, bu cəhalətin son dərəcəsidir ki, kilsə tərz-təfəkürü kimi düşünək və ya Öqüst Kont kimi aləmin bir güşəsində bir şeyin səbəbini araşdırdıqda, ani olaraq Tanrını tapıb buna görə də şənlik etməyə başlayaraq və ya həmin yerdə Tanrını tapmasaq, bir başa Allahın varlığını danaq. Bu, son dərəcə bilməməzlik və cəhalətdir. Əksinə olaraq, bu halda elə bir (onun kimi) Tanrını inkar etməliyik. Yəni, aləmin parçası kimi sayılan və başqa varlıqlar kimi araşadırılan və kəşf olan Tanrını inkar etmək lazımdır. Çünki, bu xususiyyətlərlə qeyd olunan Allah qətiyyət Allah deyildir.

Başqa sözlə desək, Tanrını bu şəkildə araşdırmaq ona bənzər ki, birisinin əlinə bir saat verək və ondan, «bunun yaradanı varmı?» - deyə sual edək. Oda saatın içində onun yaradanını axtarıb tapmadıqda «bunun bir yaradıcısı yoxdur» - deyə cavab verə. Və ya buna bənzər ki, birisinin əlinə yaraşıqlı bir paltar verib deyərlər ki, bu paltarı bir dərzi tikmişdir, o isə cavab verə ki, əgər mən dərzini bunun ciblərində tapa bilsəm, onun bir dərzini vasitəsilə tikilməsini qəbul edəcəyəm, yoxsa qəbul etmərəm.

Bu tərz-təfəkür islam təlimatını baxımından tamamilə səhvdir. İslam maarifinə əsasən Tanrı, təbiət (maddi) səbəblər sırasında deyildir ki, biz deyə bilək: Filan şeyi Allahmı yaratmışdır, yoxsa filan təbii səbəbin vasitəsilə yaranmışdır? Maddi səbəblərilə Tanrını bu şəkildə müqayisə etmək olmaz ki, biz sorğumuz bu şəkildə irəli sürə bilək. Bu növ tərz-təfəkkürlər Allahın ziddinə olan tərz-təfəkkürdür. Allaha inanmaq, təbiətin təmailə - əvvəldən axıra kimi – onun iradəsi ilə yaranması və idarə olunması inanmaq deməkdir. Yoxsa, yaradılışın bir parçasını ələ alıb, «bunun səbəbi, Tanrımı və ya təbiətmi?» deməyimiz və səbəbləri bilinməyənləri Tanrıya və ya səbəbləri bilinənləri isə təbiətə bağlamaq böyük bir səhvdir.


Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin