Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə


Varlığı səbəb ilə deyil, dəlil ilə açıqlamaq lazımdır. 2



Yüklə 396,36 Kb.
səhifə17/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   ...   13   14   15   16   17   18   19   20   ...   46
1. Varlığı səbəb ilə deyil, dəlil ilə açıqlamaq lazımdır.

2. Mərifət ilə varlıq vəhdətdədir – (mərifət və varlıq birliyi).

Hekkel öz zənnicə ilk səbəb sayılan varlıqdan başlayır və varlığı yoxluqdan çıxarır, və ondan da hərəkətin məhfumu olan «olmaqlığı» çıxarır. O, bu şəkildə öz dialektikasını davam etdirir. Biz burada, çox maraqlı və geniş islam fəlsəfəsinin prinsipinlərini zikr və Hekkelin fəlsəfəsini tənqid etmək və onun səhvlərinin səbəbini açıqlamaq istəmirik. Təkcə bu qədər işarə edirik ki, sadiq insanların məxsus burhanlarına (dəlil) görə və həmçinin «əsaləti-vücud» fəlsəfəsinə əsasən, Hekkelin səbəb ilə dəlil – (limi sübuti ilə limi isbati) arasında təsəvvür etdiyi fərqlik, su üzündən çəkilmiş rəsm kimidir ki, dərhal aradan getməlidir.

Bu fəlsəfəyə əsasən, ilk səbəb həm özünün varlığını təmin edir, yəni başqa bir səbəbə möhtac olmur və həm də heç bir dəlilə möhtac deyil (nə səbəbə möhtacdır və nədə ki, dəlilə). O, bütün əşyanın həm səbəbi, həm dəlili və həm də açıqlayanıdır. Mərifət (varlığı tanıma) məsələsini həll etmək üçün Hekkelin irəli sürdüyü teorisinə yəni «varlıq ilə mərifət birliyi» teorisinə, ehtiyac yoxdur. Mərifət məsələsi fəlsəfəsinin ən çətin və dolaşıq məsələlərindəndir ki, onu həll etmək üçün başqa yollar da vardır. Biz bu iki mövzunun izahını başqa bir yerdə edəcəyik.

Bunu qeyd etdik ki, «əsaləti-vücud» görüşünə görə «ilk səbəb nə üçün səbəb olmuşdur?» deməyə bunu artırırıq ki, bu sorğu əsaləti mahiyyətə inananların nəzərincə də belə doğru sorğu deyildir. Bu sorğu o zaman ortaya çıxır ki, biz «vacibəl-vücu»dun zatını başqa varlıqların zatı kimi «mahiyyət» ilə «vücud»dan mürəkkəbləşən bir zat bilək. Yəni, başqa zatlar kimi bir mahiyyətə malikdir ki, vücud sonradan o mahiyyət ilə birləşmiş və ona qalib olmuşdur.

Amma biz belə bir təsəvvürü lazım bilmirik. Biz onun xilafına təsəvvür lazım bilirik. Səbəblərin silsilələnməsi qeyri-mümkün olduğu üçün ilk səbəbi, yəni «vacibəl-vücud» qəbul etmək məcburiyyətində qaldığımız kimi «vacibəl-vücud»un iki həqiqətdən (vücud və mahiyyətdən) mürəkkəblənməsi qeyri-mümkün olduğu üçün «vacibəl-vücud»un məhz varlıq olmasını qəbul etmək məcburiyyətində qalırıq. Buna görə bir sorğu-sual qalmır.

Bu istidlal (nəticə çıxartmaq) «əsaləti mahiyyət» görüşünə görə də tam bir istidlaldır. İbn Sina1 kimi şəxslər də bu yolu getmişlər. Əgər bir sorğu qalmışdırsa başqa bir yerdədir və o da budur ki, əgər «vacibəl-vücud»un həqiqəti məhz varlıqdırsa, başqa şeylərin həqiqəti bəs nədir? Görəsən, doğrudan da digər şeylərin həqiqətləri onların mahiyyətləri ilə eynidirmi? Və vücud (varlıq) onlarda zehni bir şeymidir? Bununla belə, nəticədə varlıq aləmi iki həqiqətdən birləşmişmi? Və ya həqiqət digər varlıqlarda onların məhz varlıqdan aldıqları paymıdır? Bu sorğunun cavabı budur ki, biz ikincisini, yəni həmin «əsaləti-vücudu» qəbul edək.

Əlbəttə, İbn Sinalar kimi şəxsiyyətlər «əsaləti-vücudu» inkar etmirlər. Onların zamanında filosofların və başqa alimlərin arasında habelə «əsaləti-vücud» və «əsaləti-mahiyyəti» (mahiyyət əslidirmi yoxsa vücud) məsələsi mövzu bəhs olmamışdır. Bu səbəbdən bu sual o zamanda hələ mövzusu ortaya qoyulmayan məsələyə aid olur, yoxsa bu cəhətdən İbn Sinaya eyb tutmaq deyil. Hər bir halda «əsaləti-vücud» görüşündən göz yumsaq da belə, yenə Kantın, Hekkelin və Spenserin tənqidləri doğru bir tənqid ola bilmir. İndi nəticənin səbəbə möhtac olmasının səbəbi barədə mövzu-bəhs açıb bu məsələnin açıqlamaq istəyirəm.


Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin