MATERİALİZM İSLAM DÖVRÜNDƏ
Dəhr, fələk, ruzikar və zaman deməkdir. Yuxarıda nəql etdiyimiz ayədə «Dəhr» kəlməsi bunu göstərir ki, islam dövründə Allahı inkar edənlərə «Dəhri»lərə deyilirmiş müxtəlif mədəniyyətlərin və görüşlərin islam dünyasına daxil olduqda islam tarixinin özəlliklə Abbasilər dövründə bəzi «Dəhr» və maddi düşüncələrə malik olan kimsələrə rastlaşırıq.
O dövrdə əlbətdə Abbasilərin siyasətləri ilə ziddiyətli olmayan miqdarda - elmi, dini və fəlsəfi azadlıq olduğundan bəziləri aşkar sürətdə maddəçi və Allahı inkar edən tanınırdılar. Bunlar vahid Allaha inamlarla mübahisələr aparmış və tövhidə inanların dəlillərini batil üçün xeyli çalışırdılar. Öz görüşlərini azadlıqla ortaya atıb yaymaq istəyirdilər. Bunların adları bəzi islami mətnlərdə və kitablarda çəkilmişdir. Belə bir düşüncələrə malik olanlara İmam Sadiq (ə) zamanında peyğəmbərin məscidinə toplaşıb mübahisə edərdilər. «Tövhidi müffəzzəl» adlı kitab həmin cərəyanların nəticəsi olaraq yazılmışdır.
İmam Sadiq (ə)-ın səhabələrindən olan Müfəzzəl ibn Əmr nəql edir: Peyğəmbərin məscidində namaz qıldıqdan sonra peyğəmbər və onun böyüklüyü barədə fikrə dalmışdır. O zamanın deyilmə «zəndiq» firqəsindən olan Əbdül-Kərim ibn Əbil-Əvça məscidə gəlib məndən bir az aralıda oturdu, sonra onunla həmfikir olan başqa bir nəfər də gəldi. Onlar küfr danışmağa başladılar, Allahı inkar edir və peyğəmbər həzrətlərini də ulu tanırının bir elçisi və rəsulu kimi deyil, bir düşüncəli ziyalı kimi xatılayırdılar. Onlar deyirlər ki, peyğəmbər öz fikir və görüşlərini xalqa təhmil etdirmək üçün vəhy kimi qiymətləndirib xalqa bəyan etdi. Yoxsa nə Allah vardır, nə vəhy adında bir şey və nədə ki, qiyamət.
Müfəzzəl onların danışdıqları sözlərdən açığlanıb onların yamanladı. Sonra İmam Sadiq (ə)-ın hüzuruna gəlib onu olduğu kimi Həzrətə söylədi. İmam Sadiq (ə) ona ürək verib dedi; «Mən, sənə onlarla qarşılaşdıqda onları susdura biləcək dərəcədə təlimat verərəm». Sonralar Müfəzzəl İmam Sadiq (ə)-ın dərslərini bir kitab kimi topladı. Bununla «Tövhidi müfəzzəl» adında ortaya çıxdı.
Dostları ilə paylaş: |