5. SİYASİ VƏ İCTİMAİ ANLAMLARIN YETƏRSİZLİYİ
Xalqın materializmə yönəlməsinə səbəb olanlardan birisi də siyasi-ictimai anlamların yetərsizliyi olmuşdur.
Siyasət fəlsəfəsi tarixindən oxuyuruq ki, qərbdə siyasi-ictimai anlamların və habelə təbii huquq və milli hakimyyətin meydana gəlməsi zamanında, bəzilər siyasi zorakılığın tərəfdarı oldular.
Hakimin müqabilində xalqın bir hüquqa malik olmasını qəbul etmədilər. Xalqın hüququnu yalnız hakimin fərmanını həyata keçirib, öz vəzifələrinə əməl etməkdə bilirdilər. Bunlar öz mürtəcə siyasətlərini bir təhər ört-basdır etmək üçün Tanrıya sığınıb özlərini Tanrının nümayəndəsi kimi tanıtdılar. Belə iddia etdilər ki, güya hakim xalq ki, güya hakim xalq qarşısında deyil, yalnız Tanrı qarşısında sorğu-suala çəkilə bilər. Amma xalq, hakimin qarşısında vəzifəlidir. Xalq, hökmranı sorğu-suala çəkə bilməz. Onu etdikləri işlər üçün istintaq edə bilməzlər. Yalnız Tanrı onu sorğu-suala çəkə bilər. Xalqın hökmranın boynunda heç bir haqqı yoxdur, amma hökmranın xalqın boynunda haqqı var və gərək xalq onun haqqını ödəsin.
Bu səbəbdən belə təsəvvür olundu ki, Allaha inanmaq hökmrana təslim olmaqdır. Hökmran xalqın işlərini idarə etmək üçün Allahın nümayəndəsidir. Buna görə də, üzdən o hökmranın işlərinə müdaxilə etmək olmaz. Demək bir tərəfdən Allaha inanmaq və digər tərəfdən hökmrana təslim olmaq arasında saxta bir əlaqə törənmişdir. Və həmçinin bir tərəfdən milli hakimiyyət haqqı, digər tərəfdən Allahsızlıq arasında da bir növ saxta əlaqə yaratmişdir.
Doktor Mahmud Sənai, «Fərdi azadlıq və dövlət gücü» adlı kitabında qeyd etmişdir: «Avropada siyasi istibdad və zorakılıq Tanrı məsələsilə birgə mövzu-bəhs olmuşdur».
Xalq belə düşünürdü ki, Allahı qəbul etməklə bərabər, hökmən diktator qüvvələrin istibdadını da qəbul etmək məcburiyyətində qalacaqlar. Yəni, yalnız hökmrana tabe olub heç bir hüquqa olmayacaqlar. Hökmran isə xalqın qarşısında məsuliyyətli olmayacaq və yalnız Tanrı vasitəsilə sorğu-suala çəkiləcək.
Bu səbəbdən xalq belə fikirləşirdi ki, əgər Tanrını qəbul etsələr ictimai iğtişaş və münaqişələri də qəbul etməlidirlər və əgər «Azadlıq» tələb edilərsə hökmən Tanrını inkar etməlidirlər. Buna görə də Tanrını inkar edib ictimai azadlığı üstün tutdular.
İslamın ictimai fəlsəfi baxımından Allaha inanmaq, bəzi adamların mütləq hakimiyyətlərini qəbul etmək mənasında deyildir. Hökmranın xalq qarşısında məsul olduğu lazım bilən islamın ictimai fəlsəfi baxımından, yalnız Allaha inanmaqla, hökmranın xalq qarşısında məsul olması mümkün olur. Və yalnız Allahı qəbul etməklədir ki, xalq bir sıra hüquqa malik olur və bu hüququn ödənilməsi bir şəri vəzifə kimi dəyərləndirilir.
Möminlər ağası, siyasi-ictimai rəhbər, məsum imam, Həzrət Haqqın öz seçdiyi Həzrəti Əli (ə) «Siffeyn» savaşında xalqa xitabən belə buyurdu:
«Sizə hakim olduğuma görə Haqq-təala mən bəzi haqqlar vermişdir. Mənim sizin boynunuzda haqqım olduğu qədər sizin də mənim boynumda haqqınız vardır. Haqq həmişə iki yönlüdür. Heç kimsənin başqasında bir haqqı olmaz ki, onun da bunun boynuda haqqı olmamış olsun.
Əgər belə bir nəfər vardırsa ki, başqalarını boyunda haqqı olsun və başqalarının onun boynunda haqqı olmasın o, yalnız Allahdır. Heç bir yaradılış olanın bu haqqı ola bilməz. Çünki, yalnız Allah-Təaladır ki, öz yaratdıqlarına tam qüdrətlə nəzarət edə bilər. Onun hər bir qərarı (qəzası) ədalət üzərədir».
Demək, haqq iki tərəflidir. Birisi ondan faydalanırsa, faydalandığı qədər də başqası qarşısında məsuldur.
Doktor Sənainin nəql etdiyinə görə, Qərbdə güya din ictimai münaqişələri ilə vahid anlam təşkil edir. Amma islam dinincə, din həmişə azadlığa dayaq arxa və dini anlamlar azadlığla vəhdət təşkil etmişdir.
Açıq-aydındır ki, metodların və işlərin nəticəsi insanları dindən qacırdıb materializmin qucağına atdıqdan və dinə, Allaha və dinlə əlaqədar olan hər bir şeyə şübhə ilə yanaşmaqdan başqa heç bir şey olmazdı.
Materializmə yönəlmək üçün daha üç səbəb vardır ki, burada qeyd etməyi lazım bildik. Bu səbəblər həm xristian aləmində həm də bizim öz içimizdən materializmə yönəlmənin səbəbi olmuşdur.
Bu səbəblər keçmişdəki və hal-hazırdakı, bəzi din alimlərinin təbliğat sistemləri və onların öz əməlləri ilə əlaqədardır.
Dostları ilə paylaş: |